Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gonipia linearis
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Vael Qonim
Google" korporasiyasının Yaxın Şərq bölməsinin top-meneceri Vael Qonim İran müxalifətinə müraciət edib. İran müxalifətçiləri fevralın 14-də Tehranda etiraz yürüşünə çıxmağa hazırlaşırlar. "İranlılara məsləhət görərdim ki, vaxtılə biz onlardan öyrəndimiyiz təki, indi də onlar bizdən öyrənsinlər. Xalq istəyəndə hər şeyə nail ola bilər. Məqsədlərimizə inanırıqsa, birləşmişiksə, istənilən arzularımızı gerçəkləşdirə bilərik", - Qonim deyib. O, etiraf edib ki, Misir prezidenti Hüsni Mübarəkə qarşı kütləvi xalq etirazlarını hər vasitə ilə genişləndirməyə çalışıb. İki həftə həbsxanada olan Qonim Misir ictimaiyyətinin tələblərindən sonra azad edilib və xalq hərəkatının liderlərindən birinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, prezident Hüsni Mübarəkin istefasından sonra yaradılacaq keçid hökumətində Qonim nazir postu ala bilər. Vael Qonim isə siyasətçi olmayacağını, inqilab başa çatandan sonra işinə qayıdacağını deyib.