Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nefrit
Yəşim — qiymətli mineral daş. Yəşimin digər adı - nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.
Tefrit
Tefrit — teralitin effuziv analoqu olub qələvi bazaltoidlərin tipik və çox geniş yayılmış növü. Xarici görünüşünə görə bazalta çox oxşayır, əsas kütlədən və mineral püruzlərdən təşkil olunmuşdur. Püruzlər plagioklaz, piroksen və olivindən, bəzən nefelin və ya analsimdən ibarətdir. Bütöv və ya mandelşteyn teksturla səciyyələnir. Tefrit mineral tərkibi əsas paragenezislərə görə təyin olunur: plagioklaz, monoklinal piroksen, olivin, feldşpatoidlər. Qələvi çöl şpatı, hornblend, biotit də iştirak edə bilər. Aksessor mineralları: apatit və titanmaqnetit. Törəmə mineralları: seolitlər, xlorit, kalsit. Tefrit quruluşu porfir və ya afir, əsas kütlənin quruluşu isə intersertaldır. Sinonim: Nefelinli bazanitoid, linozait, linozit, monsonit, nefelinli dolerit, tefrit-bazalt və b.
Gerrit
Gerrit — açıq, veb əsaslı komanda kod əməkdaşlıq aləti. Komandadakı proqram təminatı tərtibatçıları veb brauzerdən istifadə edərək mənbə kodunda bir-birlərinin dəyişikliklərini nəzərdən keçirə və bu dəyişiklikləri təsdiq və ya rədd edə bilərlər. O, paylanmış versiyaya nəzarət sistemi olan Git ilə sıx inteqrasiya edir. Gerrit Rietveld əsasında hazırlanıb. Hər iki alət holland dizayner Qerrit Ritveldin şərəfinə adlandırılıb.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ofris
Ofris (lat. Ophrys) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində, ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri Xarıbülbül adı ilə tanınır və latınca "ophrys caucasica" və ya "ophrys" mammosa adlanır. Ophrys — yunan mənşəli sözdür, mənası "qaş" deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı "baxmağını" eyham ediblər. Səhləb fəsiləsinin bir çox nümayəndələri kimi ofrislər də kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı cücülərin (eşşəkarısı və başqaları) köməyi ilə baş verir və onların çiçəkləri həmin cücülərin formasını və görünüşünü təkrarlayaraq, onları özünə cəlb edir.
Qoris
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Nefrit (xəstəlik)
Nefrit (yun. νεφρός — böyrək) — müxtəlif etiopatogenezi, hər birinin özünəməxsus patomorfoloji və klinik xüsusiyyətləri olan böyrəklərin iltihabı xəstəlikləri qrupu. Nefrit böyrəklərdə glomeruli, borucuqları və ya interstisial böyrək toxumasını əhatə edən yerli və ya diffuz proliferativ və ya destruktiv proseslərə aiddir. Mənşəyinə görə ilkin nefrit (böyrəklərin ilkin patologiyası) və ikincili nefrit (başqa patoloji proseslə əlaqədar yaranan - şəkərli diabet, amiloidoz, birləşdirici toxuma sistemli xəstəlikləri, miyeloma xəstəliyi və s.) fərqlənir. Qlomerulonefrit İnterstisial nefrit (və ya tubulo-interstisial nefrit) böyrək borucuqları arasındakı boşluqların iltihabıdır. Nefrit tez-tez infeksiyalar və toksinlərdən, lakin ən çox böyrəklər kimi əsas orqanlara təsir edən otoimmün xəstəliklərdən qaynaqlanır. Pielonefrit — böyrəklərdə sidik yollarının infeksiyası nəticəsində yaranan iltihab. Lupus nefrit, immun sistemi xəstəliyi olan sistemik lupus eritematosusun (SLE) səbəb olduğu böyrəklərin iltihabı. İdman nefriti ağır idman nəticəsində baş verən nefritdir. Məşqdən sonra qanlı sidik, qırmızı qan hüceyrələrinin zədələnməsi və onların yırtılmasına səbəb olan və hemoglobinin sidikdə ifraz olunmasına səbəb olan gedişli hemoglobinuriya ilə də bağlı ola bilər.
Qodfri Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Qotfrid Həsənov
Qotfrid Həsənov (ləzg. Готфрид Алидин хва Гьасанрин) — Sovet bəstəkarı, RSFSR əməkdar incəsənət xadimi (1960), iki dəfə Stalin mükafatı laureatı (1949, 1951). İlk Dağıstan operası "Xoçbar"-ın müəllifidir. Dağıstan peşəkar musiqi mədəniyyətinin banisidir. 18 aprel (1 may) 1900-cü ildə Dərbənd şəhərində anadan olmuşdur. Milliyyətcə ləzgi olmuşdur. 1926-cı ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasını bitirmişdir. V. Kalafati ilə birlikdə oxumuşdur. Elə həmin il Buynakskda (Dağıstan) ilk musiqi məktəbini təşkil edir. Mahaçqala, Samara, Leninqradda pianoçu kimi fortepianoda solo konsertlər verirdi.
Qotfrid Leybnits
Qotfrid Vilhelm Leybnits (1 iyul 1646[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 14 noyabr 1716[…], Hannover, Braunşveyq-Lüneburq elektoratlığı[d], Müqəddəs Roma imperiyası[…]) — dahi alman filosofu, riyaziyyatçı, fizik və hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifi, riyazi analizin banisi. Leybnits inteqral hesabının yaradıcılarından biri olmuş, riyazi məntiqin əsasını qoymuş, vurma, bölmə, toplama və çıxma kimi riyazi əməliyyatları yerinə yetirən arifmometr hesablayıcı maşınını yaratmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. "Məndə o qədər yaxşı fikir var ki, əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 iyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur. Leybniz Almaniyanı xarabalığa çevirən Otuz illik müharibənin sonuna yaxın dindar bir lüteran ailəsində anadan olub. Uşaq ikən o, Nikolay Məktəbində təhsil alıb, lakin 1652-ci ildə vəfat etmiş atasının kitabxanasında öz-özünə dərs deyirdi. 1661-ci ildə Pasxa vaxtı o, Leypsiq Universitetinə hüquq tələbəsi kimi daxil olur; orada o, öz sahələrində inqilab etmiş alimlərin və filosofların — Qalileo, Frensis Bekon, Tomas Hobbs və Rene Dekart kimi şəxsiyyətlərin düşüncəsi ilə təmasda oldu. Leybniz bu müasir mütəfəkkirləri sxolastiklərin Aristoteli ilə barışdırmaq arzusunda idi — bu feli karyerası boyu dəfələrlə istifadə etməkdən çəkinmədi. Onun 1663-cü ilin mayında ortaya çıxan De Principio Individui ("Fərdin Prinsipləri haqqında") bakalavr dissertasiyası qismən lüteran nominalizmindən (universalların heç bir reallığa malik olmadığı, sadəcə adlar olduğu nəzəriyyəsi) ilhamlanmış və onun ekzistensial dəyərini vurğulamışdır. tək maddə ilə və ya tək forma ilə deyil, bütün varlığı ilə izah edilməli olan fərd (entitate total).
Qotfrid Vaqener
Qotfrid Vaqener (alm. Gottfried Wagener‎; 5 iyul 1831, Hannover – 8 noyabr 1892, Tokio) və ya Qotfrid Vaqner – Almaniya texniki konsultantı və müəllimi. Meyci dövründə Yaponiyada incəsənət, sənaye, keramika və parçaçılıq sahələrinin inkişafına töhfələr vermişdir. Vaqener hökumət və istehsalçılar üçün məsləhətçilik etmiş, Qərb üslublarını tətbiq etmək, istehsalı artırmaq, xarici ticarət üçün məhsullar hazırlamaq, yapon dulusçuluq məmulatlarını xaricdə populyarlaşdırmaq üçün yollar göstərmişdir. Vaqener ənənəvi yapon incəsənət məmulatlarının öyrənilməsinin, saxlanılmasının və tətbiqinin vacib olduğunu vurğulamışdır. Qotfrid Vaqener 1831-ci ildə Hannover şəhərində anadan olub və Göttingen şəhərində yerləşən Qeorq-Avqust Universitetindən məzun olub. 1868-ci ildə fabrik tikintisinə kömək etmək məqsədilə Yaponiyanın Naqasaki şəhərinə gedib. Növbəti il səlahiyyətli şəxslərə kömək edərək Arita dulusçuluq məmulatları üçün peçin inkişaf etdirilməsində iştirak edib. 1871-ci ildə Tokioya gedərək müəllim kimi dövlət xidmətinə daxil olub. Uzun müddət Nanko Universitetində və Tokio Universitetində fizika və tətbiqi kimya mövzularında dərslər verib.
Qodfri Haunsfild
Ser Qodfri Nyubold Haunsfild (ing. Sir Godfrey Newbold Hounsfield; 28 avqust 1919 – 12 avqust 2004[…]) — ingilis elektrik mühəndisi, nəzəriyyəçi Allan Kormak ilə birlikdə aldığı "kompüter tomoqrafiyasının inkişafına görə" fiziologiya və ya tibb üzrə 1979-cu il Nobel mükafatı laureatı. London Kral Cəmiyyətinin üzvü (1975) . Alimin adı tomoqrafiyada istifadə olunan rentgen şüaları üçün mühitin sıxlığını ölçən şkala — Haunsfild şkalası ilə verilir. Bədənin normal anatomik strukturları tərəfindən rentgen şüalarının udulma əmsalına uyğun miqyas vahidlərinin diapazonu -1024 ilə +1024 arasındadır. Haunsfild şkalası üzrə orta dəyər (0 HU) suyun sıxlığına, mənfi miqyaslı dəyərlər hava və yağ toxumasına, müsbət qiymətlər yumşaq toxuma, sümük toxuması və daha sıx maddələrə (metal) uyğundur.
Qori
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Feruzya Şöfri
Feruzya Şöfri — Fransanı təmsil edən sabiq qadın güləşçi. Feruzya Şöfri Fransanı, 1988-cı ildə qızıl medal qazandığı Avropa Çempionatında təmsil edib. == Karyerası == Feruzya Şöfri beynəlxalq səviyyədə birinci yarışına Fransa yığmasının heyətində 1988-ci ildə elə Fransanın Dijon şəhərində baş tutan Avropa Çempionatı çərçivəsində qatıldı. Həmin yarışlarda Şöfri 1-ci yeri tutdu və qızıl medal qazandı.
Qorın çayı
Qorın çayı (ukr. Горинь, belar. Гарынь) — Belarus və Ukrayna ərazisindən axan çay. Pripyat çayının sağ qolu. Çayın uzunluğu 659 km, hövzəsinin sahəsi 27700 km², mənsəbdə orta su sərfiyyatı 110 m³/s təşkil edir. Çay öz başlanğıcını Kremenes yüksəkliklərindən götürür. Mənsəbində hündürlük 659 metrdir. Sonradan isə Volın yüksəkliklərində sıldırımlı sahillərə malik ərazidən axır. Bu hissədə onun dərinliyi artır, eni isə azalır. Polesedə isə artıq onun yatağı genişlənir, sürəti azalır.
Lento Qoffi
Lento Qoffi (it. Lento Goffi; 15 noyabr, 1923, Kiari – 14 yanvar, 2008, Breşia) — İtaliya şairi və yazıçısı. == Həyatı == Lento Qoffi 15 noyabr 1923-cü ildə antifaşist ailəsində anadan olub, Milan Universitetində müasir ədəbiyyat fakültəsini bitirib, daha sonra Breşiyadakı bəzi məktəblərdə müəllimlik edib. Qoffi Eliza Markina ilə ailəli olub, onların Corcio adlı bir oğlu olub. Qoffi 2008-ci ildə Breşiadakı yaşlılar üçün müalicə müəssisəsində vəfat edib.
Qorio Ata
"Qorio Ata" 1835-ci ildə yazıçı və dramaturq Onore de Balzak tərəfindən yazılmış romandır. 1819-cu ildə Parisdə keçən romanda üç xarakterin həyatından bəhs olunur — qoca Qorio, axtarışda olan cinayətkar Votren və sadəlöhv hüquq tələbəsi Ejen de Rastinyak. Roman 1834–1835-ci illərdə silsilə halında dərc olunmuşdur. "Qorio Ata" Balzakın ən önəmli romanı hesab olunur. İlk dəfə bu romanın xarakterləri yazarın digər əsərlərində də istifadə olunur və bu Balzakın ədəbiyyatının əsas səciyyələndirici xüsusiyyətlərindən biridir. Əsər həmçinin müəllifin realist tərzinin bir nümunəsidir, hansı ki yazar xırda təfərrüatlardan istifadə edərək obrazlarda alt mətn yaratmışdır. Roman fransız cəmiyyətinə dərin dəyişikliklər gətirən Burbon restavrasiyası zamanı baş verir. Daha yüksək sosial statusu təmin etmək üçün fərdlərin mübarizəsi kitabın əsas mövzusudur. Paris şəhəri də özünü obrazlarda büruzə verir, xüsusən də Fransanın cənubundakı əyalətlərdə böyümüş gənc Rastinyak. Balzak Qorio və başqaları vasitəsilə ailə və nikahın mahiyyətini təhlil edir, bu institutlara bədbin baxış verir.
Qotfrid Vilhelm Leybnits
Qotfrid Vilhelm Leybnits (1 iyul 1646[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası – 14 noyabr 1716[…], Hannover, Braunşveyq-Lüneburq elektoratlığı[d], Müqəddəs Roma imperiyası[…]) — dahi alman filosofu, riyaziyyatçı, fizik və hüquqsünas, ikilik say sistemi layihəsinin müəllifi, riyazi analizin banisi. Leybnits inteqral hesabının yaradıcılarından biri olmuş, riyazi məntiqin əsasını qoymuş, vurma, bölmə, toplama və çıxma kimi riyazi əməliyyatları yerinə yetirən arifmometr hesablayıcı maşınını yaratmışdır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. "Məndə o qədər yaxşı fikir var ki, əgər məndən daha yaxşı görməsini bilənlər bir gün onları dərinləşdirəcək və mənim zehn əməyimə öz beyinlərinin gözəlliyini əlavə edəcəklərsə sonralar bəlkə nəyəsə lazım olar" deyən Qotfrid Vilhelm Leybnits 1 iyul 1646-cı ildə Leypsiqdə anadan olmuşdur. Leybniz Almaniyanı xarabalığa çevirən Otuz illik müharibənin sonuna yaxın dindar bir lüteran ailəsində anadan olub. Uşaq ikən o, Nikolay Məktəbində təhsil alıb, lakin 1652-ci ildə vəfat etmiş atasının kitabxanasında öz-özünə dərs deyirdi. 1661-ci ildə Pasxa vaxtı o, Leypsiq Universitetinə hüquq tələbəsi kimi daxil olur; orada o, öz sahələrində inqilab etmiş alimlərin və filosofların — Qalileo, Frensis Bekon, Tomas Hobbs və Rene Dekart kimi şəxsiyyətlərin düşüncəsi ilə təmasda oldu. Leybniz bu müasir mütəfəkkirləri sxolastiklərin Aristoteli ilə barışdırmaq arzusunda idi — bu feli karyerası boyu dəfələrlə istifadə etməkdən çəkinmədi. Onun 1663-cü ilin mayında ortaya çıxan De Principio Individui ("Fərdin Prinsipləri haqqında") bakalavr dissertasiyası qismən lüteran nominalizmindən (universalların heç bir reallığa malik olmadığı, sadəcə adlar olduğu nəzəriyyəsi) ilhamlanmış və onun ekzistensial dəyərini vurğulamışdır. tək maddə ilə və ya tək forma ilə deyil, bütün varlığı ilə izah edilməli olan fərd (entitate total).
Kris Frit
Kris Frit (ing. Chris Frith, tam adı — Kistofer Donald Frit ing. Christopher Donald Frith; 16 mart 1942[…], İngiltərə[…]) — İngilis nevroloq və neyropsixoloq. PhD, London Universitet Kolleci Neyrodiaqnostika Mərkəzində fəxri professor və Danimarka, Orhus Universitetinin qonağı professor. London Kral Cəmiyyətinin üzvü (2000), British Academy (2008), Amerika Elminin İnkişafı Dərnəyinin üzvü. Kembric Universitetində təbiət elmləri oxumuş, 1969-cu ildə eksperimental psixologiyada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2003-cü ildə Tibb üzrə İqnobel mükafatına layiq görülən məqalənin müəlliflərindən biri. Əsas elmi maraq insanın daha yüksək idrak funksiyalarının öyrənilməsində funksional neyro görüntülərin istifadəsidir. Zehni proseslərin öyrənilməsi üçün beyin taramasının istifadəsində öncüllərdən biridir. Xüsusilə autizm və şizofreniya xəstəliyi olan insanların düşüncə tərzini araşdırması ilə məşğul olduğu üçün məşhur idi.
Qori (şəhər)
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Qori Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Qori məbədi
Qori Məbədi - Naqarparkar şəhərindəki Caynizm məbədidir. Viravah Məbədindən 14 mil şimal-qərbdə yerləşir. 1375-1376-cı illərdə tikilmişdir. Məbəd xüsusi olaraq yalnız 23-cü caynizm Tirtxankarası olan Lord Parşvanatx üçün ayrılıb. Bu məbəd Naqarparkarın digər bütün Caynizm ibadətgahları ilə birlikdə 2016-cı ildə YUNESKO-nun Ümumdünya İrsi statusunun ilkin siyahısına Naqarparkar Mədəni Landşaftı olaraq daxil edildi. Bu məbədin adı əsrlər boyu bir neçə dəfə dəyişdi. Məbəd eramızın 300-cü ilində caynist Qoriçom tərəfindən və ya 16-cı əsrdə tikilmişdir. Qori Məbədi, Hindistanın Racastan şəhərində, Əbu dağındakı bənzər bir memarlıq abidəsi ilə oxşar dizayna malikdir. Məbəd 60 futdan 125 futa qədər hündürlükdədir və mərmərdən tikilmişdir. Bütün məbəd daş üzərində oyulmuş bir sıra addımlarla çatan yüksək bir platformada qurulmuşdur.
Qori qəzası
Qori qəzası (rus. Горийский уезд, gür.: g.ə. გორის მაზრა / l.ə. qoris mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qori şəhəri idi. 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.
Qori zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.