Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qross-Valsertal
Qross-Valsertal vadisi (alm. Großes Walsertal, Großwalsertal‎) — Avstriyanın Forarlberq federal torpaqlarında yerləşən vadi. == Adı == Vadinin adı Großes Walsertal (az. Böyük Valser vadisi) İsveçrənin Vale kantanu, Rona vadisindən gələn mühacirlərin adı ilə bağlıdır. Vadi artıq XIV əsrdən bu cür adlanır (alm.Walser). Valserlər Forarlberzne dairəsinə daxil olan torpaqların dörddə birində məskunlaşmışlar: onlar təkcə Qross-Valsertal vadisində deyil həm də Laterinsertal — Reyn vadisinin şərqi, Damyols, Brandnertal, Zilbertal vadisi və Klyan-Valsertal vadisində (az. kiçik Valser vadisi) də yayılmışlar. == Coğrafiyası == Qross-Valsertal vadisi Şimali Əhəngdaşı Alpına daxildir. Qross-Valsertal vadisinin ən hündür dağları: Rote-Vand, Vraçenkopf, Misthaufen, Siterplapfen və Qamsfrayfayt. Vadi V-şəkillidir.
Anri Kross
Anri Edmon Kross (fr. Henri Edmond Cross, 20 may 1856[…], Due[d] – 16 may 1910[…] 5 may 1856 - 16 may 1910, Le lavandou, Var (departament)) — Fransız rəssamı, neoimpressionizmin ən böyük nümayəndələrindən biridir. Əsl adı Anri Edmon Delakrua (fr. Henri Edmond Delacroix). 1881-ci ildə rəssam Ejen Delakrua kölgəsində qalmamaq üçün soyadını fransız dilindən ingilis dilinə köçürdü. Daha sonra, 1886-cı ildə, Fransız heykəltaraş Anri Krossdan ayrılmaq üçün adını yenidən "Anri Edmon Kross" olaraq dəyişdirdi. == Həyat və yaradıcılığı == Hüquq dərəcəsi almış, daha sonra F.Bonvenin məktəbində rəssamlıq üzrə təhsil almışdı. Kross yaradıcılığının ilk illərində rəsmlərini "ağır" rənglə boyayırdı və yalnız Klod Mone və Jorj-Pyer Söra təsiri altına düşdükdən sonra açıq, parlaq rənglərlə boyamağa başladı. 1884-cü ildə Kross müstəqillik salonunu qurduqdan sonra Pol Sinyak və Jorj-Pyer Söra ilə birlikdə nöqtəçi rəssamlıq üslubunu (ayrıca fırçalama üsulu) mənimsəyir, bununla birlikdə böyük, geniş fırça vuruşları ilə marinist əsərlərini, çılpaqlığı və portretlərini yaradır. 1890-cı illərdə Pol Sinyak ilə birlikdə çalışmış, Neoimpressionizmlər qrupunun bir üzvi idi.
Banksia grossa
Banksia grossa (lat. Banksia grossa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Bursa grossa
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Capsella grossa
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Cross platform
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Eucalyptus grossa
Eucalyptus grossa (lat. Eucalyptus grossa) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Günter Qrass
Günter Qrass (alm. Günter Wilhelm Grass‎; 16 oktyabr 1927[…], Qdansk – 13 aprel 2015[…], Lübek, Almaniya Federativ Respublikası) — alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı.
Kross-listinq
Kross (1989)
== Məzmun == "İdman sağlamlıq və gözəllikdir!" şüarına yəqin ki, heç kim şübhə etmir. "Ən zərif məxluq" dediyimiz qızların idmanın müasir beşnövçülük, futbol, güləş, hətta ağırlıq qaldırma kimi növlərlə məşğul olduqlarını və yarışdan sonra bu "gözəl məxluq"un düşdüyü gərgin və ağır vəziyyəti görəndə istər-istəməz düşünməli olursan: — Bu, qızlara lazımdırmı?" Film qızlarımızı və ümumiyyətlə tamaşaçıları bu haqda düşünməyə çağırır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: Aqşin Kazımzadə Operator: Şərif Şərifov, Yuri Varnovski, Elxan Əliyev Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Marsiya Kross
Marsiya Enn Kross (ing. Marcia Anne Cross; 25 mart 1962, Malboro[d], Massaçusets) — Aktrisa. == Həyatı == Marsiya Kross 25 mart 1962-ci ildə Malboroda (Massaçusets ştatı, ABŞ) Mark və Canet Kross ailəsində anadan olub. == Sənəti == Aktrisa "Melrose Place" (1992—1997) serialında doktor Kimberli rolu ilə tanınıb. Bundan əlavə Desperate Housewives (2004–12) serialında da Bri Van de Kamp rolunda böyük şöhrət qazanıb. Kross öz debütünü 1984-cü ildə The Edge of Night serialında edib. Daha sonra Nyu-Yorkdan Los-Ancelesə köçüb və orada kiçik rollarda televiziya filmlərində çəkilməyə başlayıb. 1986-1987-ci illərdə One Life to Live serialında çəkilib. Kross məşhurluğunu Aaron Spellinqin "Melrose Place" serialında əldə edir. Əvvəlcə serialın prodüserləri aktrisanı yalnız bir epizodda iştirak etmək üçün dəvət etdilər, lakin daha sonra Krossun əsas heyətə daxil edilməsinə qərar verdilər.
Matu-Qrosu
Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir. Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan Para və Amazonas, şərqdə Tokantins və Qoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir. == Coğrafiya == Ərazisi əsasən savannadan ibarətdir. Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir.
Mişa Kross
Mişa Kross (ing. Misha Cross; 27 noyabr 1989, Varşava) — Polşa pornoaktrisası.
Potentilla grossa
Potentilla norvegica (lat. Potentilla norvegica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria monspeliensis (L.) Crantz Pentaphyllum norvegicum (L.) Gaertn. Potentilla dichotoma Moench Potentilla diffusa Willd. Potentilla fragariifolia Hoppe ex Lehm. Potentilla geminiflora Schrank Potentilla grossa Douglas ex Hook. Potentilla gusuleacii Hormuz. Potentilla monspeliensis L. Potentilla monspeliensis var. norvegica (L.) Rydb. Potentilla norvegica f.
Blake Ross
Blake Aaron Ross (12 iyun 1985, Mayami, Florida) — Dave Hyatt ilə birlikdə Mozilla Firefoxun yaradıcısı kimi tanınan, Amerikalı proqramçı. 2005-ci ildə Sergey Brin, Lary Peyc kimi məşhurları geridə qoyaraq, Wired jurnalının verdiyi Rave mükafatına layiq görülüb. 2007-ci ildən 2013-cü ilə qədər Facebookda işləyib.
Bob Ross
Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı. == Həyat == Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur. Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir. Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.
Ceyms Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. == Bioqrafiya == Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Dayana Ross
Dayana Ross (26 mart 1944[…], Detroyt, Miçiqan), Amerikalı müğənni və aktrisa. == Həyatı == Fəhlə bir ata ilə müəllim bir ananın uşağı olaraq dünyaya gələn Dayana Ross uşaqlığını Alabamada keçirdi. 14 yaşındaykən ailəsiylə birlikdə Detroyta köçdülər. Yanvar 1962-ci ildə Ross, "Cass Technical High School"dan məzun oldu. Eyni illərdə musiqi karyerasını da cəmləşdirməyə başlayan sənətçi qonşuları olan Mary Vilson, Florens Ballard, və sonradan Supreyms və The Temptations adlarını alacaq olan Betti McGlovn ilə yerli icmaların meydana gətirib soul üslubunda sıxlaşan bir çox musiqi işlərinə imza atdı. Albomları The Beatlesdan sonra ən çox satan ikinci albom oldu. 1959-cu ildə başlayan Supremes macərasından sonra 1970-ci illərdə solo işlərinə başladı. 1972-ci ildə özünə Oskar namizədliyi gətirən Lady Sings the Blues adlı filmdə rol aldı. Yayımladığı bir çox albom və bir çox mahnı həftələrcə siyahı başında qaldı. İşləriylə müxtəlif mükafatlar qazanan Ross, 1971-ci ilin avqustunda meneceri Robert Ellis Silberstein ilə evləndi.
Gros-Dratov
Gros-Dratof (alm. Groß Dratow‎) — Almaniyada kommunadı, Meklenburq-Ön Pomeraniya əyalətində yerləşir. Muric rayonuna qatılır. Zeenlandşaft Varen tərəfindən idarə edilir. Əhali 387 insan (31 dekabr 2006 il). Sahə 25,77 km². Rəsmi kod — 13 0 56 015.
Lian Ross
Lian Ross (almanca: Josephine Hiebel, 8 dekabr 1962, Hamburq) — Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən məşhur mahnıları "Fantasy" və "Say You'll Never" mahnılarıdır. 2005-ci ildə "Ən yaxşı və daha çoxu" adlı hit sinqllarının və seçim mahnılarının bir tərtibatı çıxmışdır.
Mont-Ross
|Şəkil = Kerguelen MontRoss.JPG |Şəklin izahı = |lat_dir = S|lat_deg = 49|lat_min = 36|lat_sec = |lon_dir = E|lon_deg = 69|lon_min =30 |lon_sec = |CoordScale = |Ölkə = Fransa |Vilayət = |Ada = |Dağ sistemi = |Dağ silsiləsi = |Vulkan forması = |Növü = Startovulkan |Püskürmə tipi = |Kraterin diametri = |Kraterin dərinliyi = |Əmələgəlmə dövrü = |Yaşı = |İlk püskürmə = |Son püskürmə = |Tərkibi = |Mütləq hündürlüyü = 1840 |Yer xəritəsi = Fransa Kergelen |Yer xəritəsi 1 = }} Ross vulkanı (fr. Mont Ross) — Kergelen adasında yerləşən vulkan. Vulkanın hündürlüyü 1840 metrdir. Vulkan adanın cənubunda, Qaleni yarımadasında yerləşir. Mont-Ross iki zirvəyə sahibdir - Qran-Ross və Peti-Ross (1721 m). Vulkan Kuk buzlağı ilə örtülmüşdür. O, 1840-cı ildə Kergelen adasını ziyarət etmiş Ceyms Klark Rossun şərəfinə adlandırılmışdır. Zirvə ilkdəfə 1975-ci ildə fəth edilmişdir. Vulkanın hər iki zirvəsinə isə eyni anda 2006-cı ilin dekabrında çıxılır.
Ross 154
Ross 154 (lat. Ross 154) — Oxatan bürcündə yerləşən tək ulduz. Günəşdən 9.69 işıq ili məsafədə yerləşir, yəni bizə ən yaxın olan ulduzlardan biridir. == Xarakteristikası == Ross 154, M3.5 V spektral təsnifatının sönük və nisbətən soyuq ulduzudur (qırmızı cırtdan). Əsas ardıcıllıq adlı ulduz zolağına aiddir. Onun parlaqlığı 0,0038 günəş parlaqlığına bərabərdir, kütləsi günəş kütləsinin 17%-ini təşkil edir, diametri günəşin diametrinin 24%-ı edir, səth istiliyi 3105 K bərabərdir. Ulduzun yaşı bir milyard ildən az qiymətləndirilir. Ross 154, UV balina tipli alışan ulduzdur. Chandra kosmik teleskopundan edilən müşahidələr göstərdi ki, Ross 154-ün rentgen diapazonundakı şüa intensivliyi günəşə bərabər və ya daha da çoxdur. Dəyişən ulduzların kataloğunda əlavə olaraq V1216 Oxatan kimi də göstərilir.
Ross Uilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. == Həyatı == Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.
Ross Vilson
Ross Vilson (22 avqust 1955, Minneapolis, Minnesota) — ABŞ-nin Azərbaycandakı keçmiş səfiri (2000–2003), hazırda ABŞ-nin Türkiyədəki səfiridir. == Həyatı == Ross Vilson 1955-ci ildə Minneapolis ştatında doğulub. 1977-ci ildə Minnesota Universitetinin bakalavr pilləsini bitirib. 1979-cu ildə Kolumbiya Universitetində magistr dərəcəsi alıb. 1995-ci ildə ABŞ Müharibə Kollecini bitirib. Diplomatik karyerasının əvvəlində ABŞ Dövlət Departamentində Sovet İttifaqı və Misir məsələləri üzrə müşavir vəzifəsində çalışıb. 1980–1982-ci və 1987–1990-cı illərdə ABŞ-nin SSRİ-dəki, 1985–1987-ci illərdə Çexiyadakı səfirliyində işləyib. 1990–1992-ci illərdə ABŞ dövlət katibi müavininin iqtisadi məsələlər üzrə xüsusi köməkçisi, 1992–1994-cü illərdə Dövlət Departamentində icraçı katibin müavini vəzifələrində çalışıb. 1995–1997-ci illərdə ABŞ-nin Avstraliyanın Melburn şəhərində baş konsulu olub. 1997–2000-ci illərdə dövlət katibinin MDB üzrə xüsusi müşaviri vəzifəsini daşıyıb.