Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ququş
Ququş (əsl adı Faiqə Atəşin) ― İranın məşhur müğənnisi və aktrisası. XX əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır. 1945–1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı ("شاه‌ماهی موسیقی ایران") adlandırmışdılar. == Həyatı == Ququş 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdurur. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayır.
Gümüş
Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir. Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır.
Nuquş
Nuquş (rus. Нугуш, başq. Нөгөш dinlə) — Başqırdıstanda çay, Ağidel çayının sağ qolu. Uzunluğu 235 km-dir. == Ümumi məlumat == Nuquş çayı Yurmatau silsiləsindən başlayır və Cənubi Ural dağlarından keçir. Çay əsasən qar suları ilə qidalanır; Bir qayda olaraq, noyabrın birinci yarısında, çay donur - aprel ayının ikinci yarısında buzlar əriyir. Nuquş Başqırdıstanda ən sürətlə axan çay hesab olunur. Yazda Nuquş çayında böyük ərintilər çox məşhurdur. Axı, turistlər mənzərəli dağlar arasında demək olar ki, qeyri-yaşayış sahələrindən keçirlər. Bundan əlavə, yol boyunca Kuperli şəlaləsi və əsl kanyon olan Pyatilistnik kimi təbiətin inciləri var.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd == Tarixi == Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır. Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar.
Gümüş Minillik
Gümüş Minillik (シルバーミレニアム, Shirubāmireniamu) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" mediafranşizində istifadə olunan qavrayış. Gümüş Minillik Seylor döyüşçülərinin reinkarnasiya olmamalarından qabaq Ay Krallığında hökm sürən təntənəli dövrdür. Bu dövrdə Ay Krallığı və digər planetlər sülh şəraitində yaşamışdır. Gümüş Minillik ilə personajların keçmiş həyatları əlaqələnir. Orijinal Gümüş Minillik qədim Qızıl dövrü kimi təsvir olunmuşdur. İnsanlar sülh içərisində yaşayırdılar, seriyada yer alan Yer və Ay Krallıqları arasındakı münasibətlər yaxşı idi. İngilis dublajına görə Ay Krallığı 1000 il əvvəl, orijinal manqaya görə isə krallıq tarix öncəsi dövrdə mövcud olmuşdur. Adına baxmayaraq, Gümüş Minillik 1000 ildən daha uzun çəkmişdir. Ay Krallığının başçısı seriyanın yan personajlarından biri olan Kraliça Serenitidir və krallığın sarayı Sereniti dənizində yerləşir. Ay Krallığı seriyanın əsas personajları olan Şahzadə Sereniti və Seylor döyüşçülərinin vətənidir.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. == Olimpiya oyunları == 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Gümüş qol
Gümüş qol — futbolda pley-off mərhələsinin oyunlarında əsas vaxt (90 dəqiqə) başa çatdıqdan sonra bərabər nəticə olan halda qalibi müəyyənləşdirmək üçün 2003–2004-cü illərdə istifadə olunan üsul. Eyni anda əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət 2 hissə) təyin edilir. Qaydaya görə, əgər hər hansı əlavə hissə ərzində komanda qol vurarsa, onda əvvələr tətbiq olunan "qızıl qol" qaydasından fərqli olaraq oyun bitmir və həmin hissənin sonuna qədər davam edir, daha dəqiq isə əgər ilk əlavə hissə qalibi müəyyənləşdirsə, onda ikinci əlavə hissə oynanılmır və oyun bitmiş sayılır. Əgər ilk əlavə hissə başa çatdıqdan sonra hesab heç-heçə olarsa, onda əlavə vaxt tam oynanılır. Əgər əlavə vaxt keçdikdən sonra heç bir komanda qol vura bilmədisə və ya eyni sayda qol vurdusa, onda qalib əvvəlki kimi penalti seriyası vasitəsilə müəyyən olunur. 2004-cü ildə keçirilən UEFA Avropa çempionatı "Gümüş qol"un tətbiq edildiyi yeganə böyük turnir olmuşdur, özü də bu üsulun taleyi hələ turnirin başlamasından əvvəl həll olunmuşdu, çünki 2004-cü ilin fevral ayında "iki overtaym və penalti" klassik formatının qaytarılması qəbul olundu. Matçın nəticəsinə təsir edən yeganə "gümüş qol"u helə məhz bu turnirdə vuruldu, qol Yunanıstan — Çexiya arasında oynanılan yarımfinalın birinci əlavə hissəsində vurulmuşdur. Qolun müəllifi Yunıstan millisinin oyunçusu Trayanos Dellas olmuşdur. Maraqlıdır ki, ilk "qızıl qol"u da məhz Çexiya yığması 1996 Avropa çempionatının finalında buraxmışdır. "Gümüş qol" qaydasının qüvvədə olduğu zamanı əlavə vaxtda vurulan qalan bütün qollar əlavə olunan ikinci hissədə qeydə alınmışdır, beləliklə bir qayda olaraq oyunların nəticələrinə təsir göstərməmişdir.
Gümüş qıjı
Gümüş qıjı(lat. Cyathea dealbata)-Qıjı cinsinə aid bitki növü. Ağacın yüksəkliyi 10 m qədər yetişər. Gümüş qıjının yarpağı, Yeni Zelandiyanın Milli Gülü dür.
Gümüş rəngi
Gümüşü – rəng çaları.
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Gümüş standartı
Gümüş standartı — gümüşə əsaslanan pul sistemi. == Tarixi == Gümüş standartı Bizans imperiyasının dağılmasından sonra yarandı və düz XIX əsrə qədər hakim sistem idi. XVI əsrdə Potosi yaxınlığındakı Serro Rikoda böyük gümüş yataqları tapıldıqdan sonra beynəlxalq gümüş standartı ispan pesosu ilə əlaqələndirildi. Bu gümüş ispan dollarları təxminən dörd yüz il ərzində beynəlxalq ticarətdə dünya valyutası sayılırdı. === Ləğv olunması === 1704-cü ildə, Anna Stüart kraliça elan edildikdən sonra, Britaniya Vest Hindistanı dublonlar, ispan qızıl sikkələri ilə birlikdə qızıl standartını tətbiq edən ilk bölgələrdən biri oldu. 1717-ci ildə Kral zərbxanasının rəhbəri ser İsaak Nyuton gümüş və qızıl arasında yeni bir məzənnə tətbiq etdi və bu nəticədə Böyük Britaniya faktiki olaraq qızıl standartına keçdi. Napoleon müharibələrindən sonra Böyük Britaniya qızıl soverenləri tətbiq etdi və 1821-ci ildə rəsmi olaraq qızıl standartını qəbul etdi. Eyni zamanda, Latın Amerikasındakı inqilablar Potosi və Limadakı zərbxanalarda istehsal olunan gümüş dollarların (peso) tədarükünü dayandırdı. Britaniya qızıl standartı ilk olaraq bəzi Britaniya koloniyalarına, xüsusən də Avstraliya və Cənubi Afrika müstəmləkələrinə yayıldı, amma Şimali Amerika müstəmləkələri, Britaniya Hindistanı və Cənub-Şərqi Asiyaya yayılmadı. Kanada əyaləti 1853-cü ildə, Nyufaundlend koloniyası isə 1865-ci ildə qızıl standartını qəbul etdi.
Sinan Gümüş
Sinan Gümüş (15 yanvar 1994) — Türkiyənin Super Liqa klubu "Antalyaspor"-da hücumçu kimi çıxış edən alman peşəkar futbolçu.
Sərbəst gümüş
Sərbəst gümüş – Ag — Kubik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Küstelit (10 %-dək və daha çox miqdarda Au), animikit (Sb), çilenit (Bi), misli gümüş və b. == Xassələri == Rəng – gümüşü-ağ, çox vaxt sarı və qəhvəyi çalarlı dəyişkən rəng alır; oksidləşdikdə qaralır; Mineralın cizgisinin rəngi – gümüşü-ağ, parıltılı; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 9,6-12; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqvari, tikanlı, qabıqlı; Başqa xassələr – döyülən, əyilən və plastikdir; ən yaxşı elektrik və istilik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, oktaedrik, dodekaedrik, bəzən sap şəkilli kristallar – viskerlər; İkiləşmə: {111} üzrə sadə; Mineral aqreqatları: püruzlar, məftil formalı, eşilmiş məftil şəkilli, mamıraoxşar əmələgəlmələr, lövhəciklər, dendritlər, külçələr. == Mənşəyi və yayılması == Hipogen sərbəst gümüş hidrotermal yolla əmələ gəlir və adətən kalsit, barit və gümüş-arsenid damarlarında qeyd olunur. Məşhur Kobalt yatağında (Ontario əyaləti, Kanada) gümüşün bir neçə yüz kiloqramlıq külçə və lövhələri tapılmışdır. Hipergen sərbəst gümüşə bəzən çox iri külçələr şəklində qurğuşun-sink, gümüş və kolçedan-polimetal yataqlarında rast gəlinir. O, mis mineralları ilə birlikdə az miqdarda misli qumdaşlarında və şistlərdə qeyd edilir. Bəzən səpintilərdə toplanır. Birlikdə rast gəldiyi minerallar: argentit, pirargirit, prustit, stefanit, polibazit, qalenit, kobaltin, arsenopirit, nikelin, uraninit, kalsit, barit, dolomit və b.
Tundra ququşu
Amerika qu quşu (lat. Cygnus columbianus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qu cinsinə aid heyvan növü.
Aşağı Qaquş (Soyuqbulaq)
Aşağı Qaquş (fars. گاگش سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (46 ailə).
Gümüş pavilyon məbədi
Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir. == Tarix == Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir. İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür. 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir. Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir.
Gümüş top (Portuqaliya)
Gümüş top (por. Bola de Prata) — Portuqaliya Premyer Liqasının mövsüm ərzində bombardir olmuş oyunçusuna təqdim edilən mükafat. Əgər mükafata eyni anda 2 və ya daha çox futbolçu namizəd olarsa bu halda mükafat daha az oyun keçirmiş futbolçuya təqdim edilir. Mükafat ilk dəfə olaraq idman qəzeti sayılan A Bola tərəfindən 1952/53 mövsümünün sonunda sahibinə təqdim edilmişdir.
Yuxarı Qaquş (Soyuqbulaq)
Yuxarı Qaquş (fars. گاگش عليا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (51 ailə).
Ümumdünya Gülüş Günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Gülüş sanatoriyası (film, 1989)
== Məzmun == Gülüş hər dərdin dərmanıdır. Televiziya operettasında xəstəlikləri gülüşlə müalicə edən sanatoriya işçilərinin başlarına gələn gülməli əhvalatlardan bəhs edilir.
Rus poeziyasının gümüş əsri
Rus poeziyasının gümüş əsri və ya Gümüş əsr — XX əsrin əvvəllərinə təsadüf edən rus poeziyası tarixindəki dövrün məcazi adı. Bu ad rus poeziyası tarixindəki "Qızıl dövr" (XIX əsrin ilk üç onilli) adlanan illərlə bənzərlik təşkil etdiyi üçün verilmişdir. Termin müəllifliyinə filosof Nikolay Berdyayev, şairlər və tənqidçilər Nikolay Otsup, Vladimir Mayakovski iddia etmişdilər. == Xronoloji çərçivə == Bu dövrün xronoloji çərçivəsi ilə bağlı sual mübahisəli olaraq qalır. "Gümüş əsr" şərti olaraq 1890-cı və XX əsrin ilk iyirmi ilinə aid dövrü əhatə edir. Tədqiqatçılar "Gümüş əsr"in başlanğıcını təyin etməkdə birmənalı olaraq yekdil fikrə malikdirlərsə, — bu da XIX əsrin 80-ci illəri ilə 90-cı illərin qovşağına aiddir, amma bu dövrün sonu həddən çox mübahisəlidir. Bu dövrün sonunu həm 1917, həm də 1921-ci ilə aid etmək olar. Bəzi tədqiqatçılar birinci variantda israr edirlər. Onlar vətəndaş müharibəsinin başlaması ilə — 1917-ci ildən sonra "Gümüş əsr"in mövcud olmadığını düşünür. Baxmayaraq ki, 1920-ci illərdə bu dövrün nümayəndələri hələ də sağ idi və yaratmaqda davam edirdilər.
AUKUS
AUKUS — 15 sentyabr 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktı.Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Avstraliyanın baş naziri Skot Morison, İngiltərənin baş naziri Boris Conson və ABŞ prezidenti Co Baydenin birgə açıqlamasında başqa bir ölkənin adı çəkilməsə də, Ağ Evdəki anonim mənbələr bunun Çinin Hind-Sakit okean bölgəsindəki təsirinə qarşı çıxmaq üçün hazırlandığını iddia edir. Ancaq İngiltərənin baş naziri Boris Conson daha sonra parlamentdə çıxış edərək, bu addımın Çinə qarşı məqsədli olmadığını söylədi.17 sentyabr 2021-ci ildə Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni "arxadan bıçaqlanma" adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə Fransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbiylə daxili təhlükəsizlik problemləri ilə daha geniş izah etmək olar.
Buxus
Şümşad (lat. Buxus) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinə aid bitki cinsi. Şümşad cinsinə daxil olan nümayəndələr həmişəyaşıl kol, yaxud ağacdır. Gec böyüyür. Hündürlüyü 2–12 m, bəzən hətta 15 m olur. Latınca adı yunanca buxe - sıx, bərk sözündən götürülüb ki, bu da oduncağının sıx və möhkəm olmasına görədir. == Yayılması == 3 böyük yayılma ərazisi var: Afrika - Ekvatorial Afrika dan cənubda və Madaqaskar adasındakı meşə və meşə-çöl sahəsi Mərkəzi Amerika - Meksikanın şimal hissəsi və Kubanın cənubuna tərəf olan tropik və subtropik zonalarda Avrasiya - Britaniya adalarından Cənubi Avropa, Kiçik və Ön Asiya, Zaqafqaziya, Çindən Yaponiya və Sumatra adalarına qədər olan ərazi.Azərbaycanda əsasən Lənkəran, Astara və Lerik rayonları ərazisində geniş yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Kolxida şümşadı (Buxus colchica Pojark.) Hirkan həmişəyaşıl şümşadı (Buxus sempervirens subsp.
Buğum
Buğum (node) - hər hansı növ qovuşuq, birləşmə. Lokal şəbəkələrdə: şəbəkənin tərkibinə daxil olan və şəbəkənin başqa qurğularına informasiya ötürə bilən qurğu. Ağacşəkilli verilənlər strukturlarında (bazalarının idarə olunmasında və obyekt-yönlü proqramlaşdırmada istifadə olunan): informasiyanın yerləşdirilməsi strukturunda özündən aşağıda yerləşən bir və ya bir bir neçə buğumla (qız) əlaqəsi olan element. Bəzi müəlliflər “bənd” və “element” anlayışlarını fərqləndirirlər; element, verilənlər tipidir, buğum isə bir və ya bir neçə elementdən və ya başqa yardımçı verilənlər strukturundan (məsələn, göstəricilərdən) ibarət olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Doğuş
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı.17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Equus
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi. == Təsnifatı == 7 müasir və 1 nəsli kəsilmiş növü var. === Müasir növləri === Prjevalski atı (Equus przewalskii) növü Vəhşi at (Equus ferus) növü Ev atı (Equus ferus caballus) yarımnövü Eşşək (Equus asinus) növü Qulan (Equus hemionus) növü Düzənlik zebri (Equus quagga) növü Dağ zebri (Equus zebra) növü Səhra zebri (Equus grevyi) növü === Nəsli kəsilmiş növü === Kvaqqa (Equus quagga) növüZooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər. Professor B. O. Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər. Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlıq yerlərdə yaşamışlar. Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100–120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.