Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Mərəş
Qəhrəmanmaraş — köhnə və xalq arasındakı adıyla Maraş Türkiyənin bir şəhəri və ən sıxlıq on səkkizinci şəhəri. 2016 etibarilə 1.112.634 əhaliyə malikdir. Qurtuluş savaşında işğala müqaviməti səbəbi ilə TBMM tərəfindən 5 Aprel 1925-ci ildə şəhərə İstiqlal Medalı verildi. Onun adı 7 fevral 1973-cü ildə Qəhrəmanmaraşa dəyişdirildi. Osmanlı səyyahı Evliya Çələbi, isə Seyahatnamesinde Maraş xalqı üçün, "Kelimatları lisan-ı Türkiyə və əksərən xalqı Türkməndir" deyər. Maraş və ətraf ərazilər, xüsusilə Oğuz, Avşar, Bayat və Beydili, əksəriyyətində isə 24 Oğuz boynu mövcuddur. Dondurma dəzgahı ilə məşhurdur. Qəhrəmanmaraşın dondurma dəzgahı dünyanın hər yerində məşhur hala gəldi və yerli firmaların qatqısı və dondurma filiallarının qatqılarıyla dünyanın bir çox şəhərində açıldı. Yaponiyadan ABŞ-yə, Avstraliyadan Dubaya qədər bir çox ölkədə şəhər və dondurma yerli firmalar tərəfindən irəli sürülür. 2012-ci ildə çıxarılan 6360 saylı qanuna görə, bir il şəhəri oldu.
Qədeş
Qədeş və ya balaqədeş — Azərbaycanda submədəniyyət. Yalnız Bakı və Bakıətrafı yaşayış məntəqələri üçün xarakterik sayılır. 2010-cu illərin axırlarından bəri bu submədəniyyətə yalnız Bakının kənd yerlərində nadir hallarda rast gəlinir. Qədeşlik yalnız Azərbaycana, xüsusilə də Bakıya xas lokal submədəniyyət idi. == Etimologiya == Bir neçə mənbəyə görə "qədeş" sözü bütün türk dillərində rast gəlinən və tat dili ilə Abşeron ləhcəsinə uyğunlaşdırılmış "qardaş" sözündən törəmişdir. Bu, qaraqalpaq və qırğız dillərində də "kiçik bacı" mənasındadır. Həmçinin, "karındaş//kerenteş//xərəntəş" başqırd sözü olub, dilin cənub dialektlərində "kiçik bacı" mənasını verir. == Tarixi == Qədeş submədəniyyəti 1950-ci illərdə yaranmışdır. Onlar Azərbaycana, əsas olaraq Bakı və ətraf ərazilərə xasdır. Qədeşlər ilə eyni dövrdə mövcud olmuş, qədeşlərin əks qütbü olan stilyaqalar arasında baş verən antaqonizm daha çox qədeşlərin stilyaqalara təzyiq etməsi və onlara qarşı zorakılıq tətbiq etməsi ilə özünü göstərirdi.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəq
Qərəq - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki “Qırx sütun” sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi “Çiçəklər bağı” əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-“qərəq” ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Qərər
Qərər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 noyabr 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən verilən xəbərə əsasən kənd Azərbaycan ordusu tərəfindən işğalçılardan azad edilmişdir. == Toponimikası == Qərər Cəbrayıl rayonunun Sirik inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Dursunludur. Yerli əhali kəndi Qərar Dursun da adlandırır. Kənd taqr•. XIX əsrin awəllərində buradaki Qərər Dursun pirinin yanında salındığına görə onun adı ila adlandırılmışdır. Pirin adı isə "Dursun adlı şəxsin dəfr olunduğu (qarar tutduğu) yər” mənasındadır.
Qəçrəş
Qəçrəş — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir. == Toponimikası == Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir. == Mədəniyyəti == Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.
Qərəz
Qərəz və ya Önyarğı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. == Anlayışın izahı == Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
Ərəş
Yaşayış məntəqələriƏrəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Acianthera teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Bulbophyllum teres
Bulbophyllum teres (lat. Bulbophyllum teres) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
David Neres
David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusudur. == Klub karyerası == === San-Paulu === Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur. 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı. Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir.Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur. Həmin görüşdə komandası evdə 2–0 hesabı ilə qalib gəlmişdir.
Fernando Peres
Fernando Nestor Peres (11 september 1980, Argentina) — argentinalı futbolçu. Fernando Peres futbolçu karyerasına Deportivo MakAllister klubunda başlayıb. Sonra Bakı klubuna transfer olunub. 2005-2005 və 2007-2009-cu illərdə bu klubun heyətində Azərbaycan milli futbol çempionatında çıxış edib və 99 oyunda 40 qola imza atıb. 2011-ci ildən futbolçu karyerasını İspaniyanın Gimnastika de Torrelaveqa klubunda davam etdirir.
Florentino Peres
Florentino Peres (8 mart 1947, Madrid) — ispan biznesmen. Real Madrid klubunun prezidenti. == Fəaliyyəti == İlk dəfə 2000 və 2004-cü illərdə Madrid təmsilçisinin prezidenti olan Peres 2006-cı ilə istefa vermişdi. 2009-cu ildə isə o, yenidən Realın rəhbəri seçilmişdi. Florentinonun dövründə madridlilərin heyətində Zinəddin Zidan, Luiş Fiqu, Kriştiano Ronaldo kimi bir çox məşhur futbolçular çıxış edib. Kral klubunun idarə heyətinin qərarı ilə Peresin səlahiyyətləri 2017-ci ilə qədər davam edəcək.
Geras (mifologiya)
Geras (yun. Γῆρας, Gēras) yunan mifologiyasına görə qocalıq tanrısıdır. Niktanın öz-özünə doğulan uşaqlarından biridir. Vaza rəsmlərində yaşlı, halsız adam kimi Herakl ilə birgə təsvir olunur. Gənclik tanrıçası Hebenin ziddi olaraq görünür.
Geris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Gəraş şəhristanı
Gəraş şəhristanı — İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gəraş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39 348 nəfər və 8 734 ailədən ibarət idi.
Humboldtia teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Par Qerel
Par Qerel (23 iyun 1982) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Par Qerel İsveçi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub. Daha sonra Par Qerel İsveçi 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Par Qerel İsveçi 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Pleurothallis teres
Acianthera teres (lat. Acianthera teres) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Pol Keres
Pol Petroviç Keres (est. Paul Keres; 7 yanvar 1916, Nаrvа, Petroqrad quberniyası, Rusiya imperiyası — 5 iyun 1975, Helsinki, Finlandiya) — Estoniya və Sovet şahmatçısı. Pol 1930-cu illərin ortalarından 1960-cı illərin ortalarına qədər dünyanın top oyunçuları arasında olub. Keres dünya çempionatında 5 dəfə az fərqlə çempionluq şansını qaçırıb. O 1938-ci ildə AVRO turnirində qalib gəldi hansi ki, bu ona Aleksandr Alyoxinlə yarışma imkanı yaratdı. Amma İkinci Dünya Müharibəsi görə oyun keçirilmədi. Müharibədən sonra Keres 4 dəfə ardıcıl Namizədlər Turnirində ikinci yeri tutdu. Bu və digər nəticələr ərzində bəzi şahmat tarixçiləri hesab edirdilər ki, dünya çempionu olmayan ən güclü oyunçudur və tarixin ən böyük oyunçularından biridir. Ona "Pol İkinci", "Əbədi İkinci", "Şahmatın Şah Şahzadəsi (Şeyxi)"("The Crown Prince of Chess") ləqəbi verilmişdir. Keres Viktor Korçnoy və Aleksandr Belyavskiy ilə yanaşı doqquz dünya çempionuna tarixdə hamıdan çox sözsüz qalib gəlib.
Qeren (kommuna)
Qeren (fr. Guéreins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01183. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1308 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 838 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 665 nəfər iqtisadi cəhətdən fəal, 173 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.4%, 1999-cu ildə 73.0%). Fəaliyyət göstərən 665 sakindən 618 nəfər (337 kişi və 281 qadın), 47 nəfəri işsizdir (22 kişi və 25 qadın). 173 hərəkətsiz olan 59 nəfər arasında şagird və ya tələbə, 74 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Qeris (Xoy)
Qeris (fars. قريس‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qeris xalçası
Heris xalçası və ya Heriz xalçası — Təbriz xalçaçılıq məktəbinə aid xalça növü.Heriz xalçaları olduqca davamlı və dayanıqlı və nəsillər boyu davam edə bilər. Bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Gəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Heris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılmışdır. Ancaq vaxt keçdikçə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz öz başına toxuyurdular. Burada təəcüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI-cı əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Herisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Qəsəs Surəsi
28-ci surə