QƏRƏZ

QƏRƏZ1

ə. 1) məqsəd, niyyət; 2) bədxah məqsəd, pis niyyət; 3) gizli düşmənçilik, kin.

QƏRƏZ2

ə. sözün qısası, xülasə.

QƏRBİYYUN
QƏRƏZƏN
OBASTAN VİKİ
Qərəz
Qərəz və ya önyarqı — Bir şəxs və ya əşya haqqında müəyyən şərtlərə, hadisələrə və təsvirlərə əsaslanan müsbət və ya mənfi mühakimə, ön qərəz, öncədən olan fikir, ön mühakimə. Bəzi insanlar həyatlarında ilk dəfə gördükləri insanlar haqqında mənfi fikir bildirirlər. Halbuki mənfi fikir bildirdikləri insanı tanısalar çox sevərlər və fikirlərində yanıldıqlarını görərlər. Hətta çox yaxşı dost belə ola bilərlər. Amma onların önyarğıları bunların olmasına mane olur. Yəqin ki, kənar şəxslər bizim də haqqımızda belə fikirlər bildiriblər və bizim bundan xəbərimiz olmayıb. İnsanların bir çoxu belədir. Önyarğının pis bir şey olduğunu belə izah etmək olar. Siz əgər yaxın dostunuzla ilk dəfə tanış olduğunuz zaman önyarğılı davransaydınız indi yaxın dost deyildiniz. Yəni gələcək dostunuzu itirmişdiniz.
ANS AMBL. Dəqiq, vicdanlı, qərəzsiz! (film, 2011)
Qərəzçilik
Qərəzlilik dar düşüncəli, qərəzli və ya ədalətsiz bir şəkildə bir şeyin və ya bir fikrin lehinə və ya əleyhinə olma vəziyyətidir. İnsanlar bir şəxsə, qrupa və ya inanca qarşı və ya onun xeyrinə qərəzli yanaşmalar inkişaf etdirə bilərlər.
Qərəzlilik

Digər lüğətlərdə