Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qayrat FK
Kayrat – Qazaxıstanın futbol klubu.
Batbat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Hayrat
Hayrat (türk. Hayrat) — Trabzon ilinin ilçəsi.
Laybax
Lyublyana (sloven. Ljubljana) − Sloveniyanın paytaxtı. Əhalisi 247,000 nəfərdir. Şəhər icra başçısı Zoran Yankovic-dir. Əhalinin etnik tərkibini əsasən Sloven dilində danışan Slovenlər təşkil edirlər 87%. Xristianlığın Katolik məzhəbinin üzvləri 39.2% təşkil edirlər. Dinsizlər şəhərin 30.1%-ni təşkil edirlər. Ateistler isə 18.7%, Pravoslavlar 5.5%, Müsəlmanlar 5%[mənbə göstərin] == Qısa məlumat == Sloveniyanın ən böyük şəhəri və paytaxtıdır. Ölkənin tam ortasında. 300.000 əhalisi ilə bir paytaxt üçün çox kiçik.
Maybac
Maybach-Motorenbau GmbH və ya Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Maybax
Maybach-Motorenbau GmbH və ya Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Qaxbaş
Qaxbaş — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 230 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 1376 təsərrüfatda hər iki cinsdən toplam 3085 nəfər əhali yaşayır.Həmçinin kəndin bir hissəsində gürcülər də yaşayır. == Toponimikası == Qaxbaş oyk., miir. Qax r-nunun Qaxingi- loy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Bu oykonim Qax (oyk.) və baş (yuxan, üst tərəf) sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Qax şəhərinin yuxarısında, üstündə yerləşən yaşayış məskəni” mənasım bildirir.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. == Toponimikası == Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. == Tarixi == Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub. == Coğrafiyası və iqlimi == Kənd Xəlfəliçayın (Qarqarçay hövzəsi) sahilində, Qarabağ silsiləsinin yamacında yerləşir.
Qaymaq
Qaymaq — süd məhsulu. Yağ əldə etmək və yemək üçün istifadə olunur. Qaymaq almaq üçün qaynanmış südü qablara (teşt, tabaq və s.) töküb 15—20 saat saxlayırlar. Bu müddətdə südün qaymaq adlanan yağlı hissəsi üzə çıxır. Buna görə də qaymaq xalq arasında bəzən üz adlanır. Süd məhsullarının, o cümlədən qaymağın alınması gil qabların hazırlandığı Neolit dövrünə aiddir. Hazırda qaymaq sənaye üsulu ilə də alınır. Standarta görə tərkibində 20% yağ olan qaymaq adi, 35% yağ olanı isə yağlı qaymaq adlanır. Qaymağın tərkibində A, B, E, C vitaminləri, həmcinin şəkər və zülal var. 1 kq qaymaqdan 5000 kalori alınır.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Qayvan
Qayvan (蓋碗/盖碗; hərfən— “qapaqlı qab”) – ənənəvi Çin çay mərasimində istifadə edilən çay dəmləmək üçün qab. Bəzən (蓋杯 gay bey — “qapaqlı fincan”) və ya 焗盅 (szyu çjun — “istiliyi saxlayan qab”) da adlandırırlar. == Tarixi == Qayvan — qabın müasir adıdır. O Min sülaləsi dövründə ixtira olunmuşdur.Min sülaləsi dövründən qabaq çay hazırlandığı qabdan fincanlara süzülürdü. Bu baxımdan qayvan çayın dəmləndiyi qabdan birbaşa fincana süzülməsinin qarşısını alan qab kimi ixtira edilmişdi. O dövrdə qayvanlar daha böyük idilər. Müasir qayvan- fincan (80-250 ml), qapaq və nəlbəkidən ibarət dəstdir. Nəlbəki torpağı, qapaq səmanı, fincan isə onların arasında olan insanı təcəssüm etdirir. == İstifadəsi == Qayvandan həm çaynik kimi, həm də fincan kimi istifadə etmək olar. Klassik qaydaya uyğun olaraq qayvanlar saxsıdan hazırlanırlar.
Qeybət
İslamda qeybət müsəlman qardaşının haqqında Allahın gizli saxladığı eybini faş etmək hesab olunur, qeybət etmək və müsəlmanların eybini onların ardınca danışmaq böyük günahlardan sayılır. Qurani-Kərim qeybət etməyi müsəlman qardaşının ətini yeməyə bərabər hesab edir: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun."Qeybət etməyin pislənməsinə aid hədis və rəvayətlər çoxdur. Məhəmməd peyğəmbər(s.a.v.)buyurur: "Müsəlmanın dininin məhvində qeybətin təsiri xora xəstəliyinin insan bədənindəki təsirindən çoxdur". Rəvayət olunur ki, Allah Musa peyğəmbərə belə vəhy etdi: "Qeybət etməkdən tövbə edib dünyasını dəyişən şəxs hamıdan axırda behiştə daxil olacaq.
Sambat
Sambat (yun. Σαμβατας) — Kiyev şəhərinin ya da qalasının adlarından biri. Birinci kəz X-cu əsrdə Konstantinos Porfirogennetos VII tərəfindən De Administrando Imperio-da (hardasa 948-ci il) sənədləşib. Sambat sözü xəzər türkçəsindən sam ("hündür, üst") ilə bat ("güclü") sözlərində yaranıb. Qərb tarix elminə görə Sambat şəhərinin qeyd edilməsi Kiyevin xəzərlər tərəfindən dikilməyini bildirir. == Ədəbiyyat == Архипов A. A. Barədə bir qədim adı Kiyevin // tarixdən rus mədəniyyətinin. — M.: Dilləri, slavyan mədəniyyət, 2002. — S 2/1. — S. 30-46. — ISBN 5-7859-0142-0.
Taybad
Taybad və ya Təyyibat-İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Taybad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,228 nəfər və 10,230 ailədən ibarət idi.
Şabbat
Şabbat və ya Sebt, Yəhudilərin istirahət günü olan şənbə gününü bildirir. Yəhudilər üçün Yehova ilə aralarındakı xüsusi bir bağı ifadə edir. İbranicə “lişbot” (işlərdən imtina etmək, istirahət) sözündən yaranıb. Yəhudilikdə bəşəriyyətin başlanğıcı haqqında olan Yaradılış kitabında bildirilir ki, Allah dünyanı 6 gün ərzində yaratmış və 7-ci gün istirahət etmişdir. Məhz buna görə Yəhudilər Allahın bu günü yəhudilərə xüsusi verdiyinə inanırlar. == Fəaliyyətləri == Şənbə günü yəhudilər bütün günü dincəlir, Tövrat oxuyur və sinaqoqa gedib dua edirlər. Şənbə, bütün həftənin bir növ panoramasıdır. Şənbə həm həftəni və nələr etdiyini düşünmək, həm Allaha yaxınlaşmaq və həm də daha yaxşı bir insan olmaq üçün bir fürsətdir. Bu gün heç bir iş görülmür, elektrik istifadə edilmir. Yəhudi təliminə görə, şənbəyə (“şabbat”) müqəddəs gün kimi ehtiram göstərilməlidir, bu o deməkdir ki, həmin günü Allaha həsr etməli və hər cür əmək fəaliyyətindən çəkinilməlidir.
Qambit
Qambit (komiks) — ABŞ-nin Marvel Comics nəşriyyatı tərəfindən yaradılan İks-adamlar personajı. Qambit (şahmat) — Şahmat termini.
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Ağbat
Ağbat — Arsakda, tarixi Qarabağ ərazisində qədim məntəqə adı.Eramızdan əvvəl ikinci əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycanda) bəzi ərazilər Arsak adlanırdı (məsələn, Ərdəbil şəhristanındakı tarixi Ərşaq bölgəsi). Sonradan Qarabağ toponiminin işlədilməsi Arsak sözünü sıxışdırmışdır. == Tarixi == Ağbat alban xristian dini mərkəzlərindən olmuş Xotavəng monastırının (indiki Kəlbəcər rayonunun Vəng kəndində; kəndin keçmiş adlarından biri də Xotavəng/Xotavank olmuşdur) mülklərindən biri olmuşdur. Ermənicə yazılışda əvvəlinə "H" səsinin əlavəsi ilə haqbat kimidir (yenə orada). Azərbaycan dilində ağ və türk dillərində bət "üz", "səth" sözlərindəndir. 1590-cı ilə aid mənbədə Ağbat adlı bir kənd Borçalı bölgəsində də var. Məzmunca Baranbet (Goranboy rayonu), Girdəbad (Quba rayonu), Tupabad (Zəngilan rayonu) Salavat, Batabat və b. dağ adları ilə eynidir. XVII əsrə aid mənbədə Bərdə mahalında Eranbat kəndi qeyd olunur. == Həmçinin bax == Arsak Alban == Xarici kecid == http://tarixklubulogspot.
Bayat
Bayat (Şuşa) — Bayat (Urmiya) — Bayat nahiyəsi — Bayat qalası — Qarabağ xanlığına inzibati mərkəz kimi tikilmiş qala. Bayat tayfası — türkdilli tayfalardan birinin adı.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qalat
Qalat (Qəzvin)
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. [[1]] [ölü keçid]] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.