QAYTAN

is. Yumşaq iplikdən, ipəkdən və s.-dən hörülmüş bağ, ip. Yumru qaytan. Tufli qaytanı. – Ağcaxanım yaradan bir o qədər şikayət etmirdi.
Yaradan yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi. S.S.Axundov.
İncə və əlvan ipəkdən güllər və çiçəklər tikilmiş yaşıl donu geydi, qabaqdan ipək qaytanlarla bağladı. M.S.Ordubadi.
Bu meydanda mən tanıdım bağrı tonqal igidləri; Alnındakı ipək qaytan qırmızı, al igidləri. X.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYTAN bağ — ip

Etimologiya

  • QAYTAN İp, lent mənalarında işlədilir. İlk dəfə Qayeta şəhərində düzəldilib (İta­liyada) və həmin yerin adı ilə bu cür adlanıb
QAYTAQ
QAYTANLAMA
OBASTAN VİKİ
Canluka Qaytano
Canluka Qaytano (5 may 2000, Çimitile[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Napoli" klubunun oyunçusu. Hücumameyilli yarımmüdafiəçi və vinger kimi çıxış edir.
Qaytana (müğənni)
Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soul və folk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur. Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır. == Həyatı == Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi.. O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür.

Digər lüğətlərdə

беркути́ца застаре́вший лечи́ться примежёвывать разомкну́ться сличи́ть сочу́вствие у́мбра вы́биться из сил за́работная плата маломо́щность мошкари́ный употребить во зло груша легкий contracture rectangle stone-broke thereby tropic звероловный кладезь командовать надставлять схизматический