Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ganja
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. == Din == Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Qannam
Qannam (kor. 강남구) — Seul şəhərinin rayonu. == Tarixi == == Populyar mədəniyyətdə == 2012-ci ildə PSY-ın Gangnam Style mahnısı Qannam rayonu haqqındadır. Mahnının YouTube-a yüklənən videosunu ilk dövrlərdə 350 milyondan çox adam izləmiş və bununla da o Ginnesin Rekordlar Kitabına daxil olmuşdur.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Xangah
Xangah (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Xangah (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Xangah-i Alvac (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Tanah
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Kazuki Qanaha
Kazuki Qanaha (d. 26 sentyabr 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 3 qol vurub.
Ophiophagus hannah
Adi kral kobrası (lat. Ophiophagus hannah) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin aspidlər fəsiləsinin kral kobrası cinsinə aid heyvan növü. Dünyanın ən uzun zəhərli ilan növüdür. Uzunluğu 6,7 m, kütləsi isə 9 kiloqrama qədər ola bilir. Bu növ Cənub-Şərqi Asiyadan Hindistana qədər çox geniş bir arealda yayılmışdır. Bu ilanların qidasını əsasən pitonlar və hətta öz növlərinin kiçikləri də daxil olan ilanlar təşkil edir. Kral kobralar mərcan ilanı (lat. Micrurus), tikanlı ilan (lat. Acanthophis) və qara mamba (lat. Dendroaspis polylepis) ilə birlikdə aspidlər fəsiləsinin ən çox öyrənilmiş dörd növündən biridir.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. == Coğrafiyası == Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Sanjar Asfendiyarov
Sanjar Cabbar ulı Asfendiyarov(qaz. Санжар Жапарұлы Аспандияров; 20 oktyabr 1889, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 25 fevral 1938, Almatı) — qazax ictimai xadimi, Türkistan Muxtar Sovet Sosialist Respublikasında səhiyyə komissarı, torpaq və su təsərrüfatı komissarı. == Həyatı == Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türkistan Quberniya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur. Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türkistanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir.
Tikanlı qanqal
Xangah (Miyanə)
Xangah (fars. خانقاه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 978 nəfər yaşayır (174 ailə).
Xangah (İcrud)
Xangah (fars. خانقاه‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 311 nəfər yaşayır (83 ailə).
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qana
Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur. == Siyasi və coğrafi mövqeyi == Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Paytaxtı Akkra şəhəridir. == Təbii resursları == Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, çəltik əkin sahələri də üstünlük təşkil edir.
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Günah (İslam)
Günah — (Farsca: گناه) Allahın haram buyurduğu işi yerinə yetirmək. Quranda günah mənasında işlənən kəlmələr aşağıdakılardır: 1. "Zənb" — lüğətdə "ardıcıllıq" mənasınadır. Dünya və axirət əzabları insanın günaha mürtəkib olmasından sonra həmin günahların ardınca göndərildiyinə görə günaha "zənb" deyilir. Bu kəlmə Quranda 35 dəfə təkrar olunub. 2. "Məsiyət" — Allahın əmrindən boyun qaçırmaq, üsyankarlıq etmək mənasınadır. Günah insanın Allah-təalanın müəyyən etdiyi bəndəçilik həddindən çıxdığını bildirir. Bu ifadə Quranda 33 dəfə gəlmişdir. 3.
Günah keçisi
Günah keçisi — suçsuz olduğu halda başqalarının suçu üzərinə yüklənilən insan ya da topluluğa verilən ad.