Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Quyu
Quyu — qazma və ya deşmə yolu ilə maye ehtiyatlara, adətən suya çatmaq üçün yerdə yaradılmış qurğudur. Ən qədim və ən çox yayılmış quyu növü yeraltı sulu təbəqələrdə yeraltı sulara çıxış üçün su quyusudur. Quyu suyu nasosla və ya mexaniki və ya əl ilə qaldırılan vedrələr və ya böyük su tuluqları kimi qablardan istifadə etməklə çəkilir. Quyular ilk dəfə ən azı səkkiz min il əvvəl yaradılıb və quru su axınının çöküntüsindəki sadə çömçədən tutmuş İran kəhrizləri, Hindistanın pilləli quyuları və sakiehlərinə qədər tikinti baxımından tarixən müxtəlifdir. Quyuda astarın yerləşdirilməsi sabitliyin yaradılmasına kömək edir və taxta və ya hörmə işlərinin astarları ən azı Dəmir dövrünə qədər gedib çıxır. İnkişaf etməkdə olan ölkələrin kənd yerlərində olduğu kimi, quyular ənənəvi olaraq əllə qazma yolu ilə yaradılırdı. Bu quyular ucuz və aşağı texnologiyalıdır, çünki onlar əsasən əl əməyindən istifadə edirlər və qazıntı zamanı struktur kərpic və ya daşla örtülə bilər. Kessonlama adlanan daha müasir üsul, çuxura endirilən əvvəlcədən tökmə dəmir-beton quyu halqalarından istifadə edir. Daha dərin quyular qazma quyusunda bir bit istifadə edərək, əl qazma üsulları və ya maşın ilə qazıla bilər. Deşilmə yolu ilə tikilən quyular adətən poladdan və ya plastikdən ibarət zavodda hazırlanmış boru ilə örtülür.
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Ğeys
𐕘 (səslənməsi /ɣ/, transkripsiyası Ġ, ġ) — Alban əlifbasının 41-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Փէս (Pʿēs) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində "Ġēs" (Ğeys) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Xēs" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə erməni dilində hələ Ղ hərfinin hələ "ğ" səsini ifadə etməməsi göstərilmişdir. Yəni, əlyazmadakı əlifbanın ilkin forması VIII əsrdən öncə hazırlanmalıdır. Erməni tədqiqatçı Aşot Abramyan yanlışlıqla bu hərfin transkripsiyasını "ǯ" kimi təklif etmişdi (o, bunu erməni əlifbasındakı Ջ qrafeminə bənzərliklə izah edirdi). Bu fikrə Georgi Klimov da qoşulmuşdur. Sergey Muravyev də səhvən bu hərfin /p/ səsi ilə izah etməyə çalışmışdır. Bu hərf Azərbaycan və Udi dillərindəki Ğ hərfinin qarşılığıdır.
Guts
Guts — amerikalı müğənni Oliviya Rodriqonun ikinci studiya albomu. 8 sentyabr 2023-cü ildə Geffen Records tərəfindən buraxılıb. Albomdan ilk sinql "Vampire" 30 iyun 2023-cü ildə buraxılıb və çox qısa zamanda Billboard Hot 100 hit-paradında birinci mövqeyi tutmuşdur. İkinci sinql "Bad Idea Right?" 11 avqust 2023-cü ildə yayımlanıb, mahnı ABŞ-nin Billboard "Hot Rock & Alternative Songs" hit-paradının ilk onluğuna daxil olmuşdur.
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Güns buzlaşması
Məhəmməd Quye
Məhəmməd Quye (25 noyabr 1983) — Seneqalı təmsil edən stolüstü tennisçi. == Karyerası == Məhəmməd Quye Seneqalı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Qeys Aylan
Qeys Aylan — Şimali Ərəbistanın böyük və qüdrətli qədim tayfa birliyi. Rəvayətə görə Qeys Aylanlar əvvəlcə Tihama düzənliyinin alçaq yerlərində yaşayırdılar. Məhəmməd Peyğəmbərin dövründə Ərəbistanın mərkəz və şimal hissələrinin geniş torpaqlarına yayıldılar. Onlar Məkkənin cənub-şərq və şimal-şərq tərəflərinə, Mədinə torpaqlarına, Hicazın hər yerinə, Bəhreynə, sonra da İraq və Suriya torpaqlarına köç etdilər .
Qeys Sultanov
Qeys Cəmşid oğlu Sultanov (9 mart 1939, Naxçıvan – 10 yanvar 2023) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri. == Həyatı == Qeys Sultanov 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdfiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.
Quyu (Xudabəndə)
Quyu (fars. قوئي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (177 ailə).
Qüds (İran)
Qüds (farsca: قدس) — İranda şəhər, Tehran ostanının Qüds şəhristanının inzibati mərkəzi. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 230.147 nəfərdir.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. == “Mohajer-1” == İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu. Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib.
Qüds dairəsi
Qüds dairəsi — İsrailin yeddi inzibati ərzi vahidindən biri. Ərazisi 653 km² (Şərqi Qüds də daxil olmaqla). İnzibati mərkəzi həm də İsrailin paytaxtı olan Qüds şəhəridir. == Əhalisi == İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairədə 945 000 nəfər yaşayırdı: Yəhudilər: 635 200 nəfər (67,2 %) Ərəblər: 293 800 nəfər (31,1 %) Digəriləri: 16 000 nəfər (1,7 %) Qeyri-yəhudi əhalinin sayı 28,3 % müsəlman, 1,8 % xristian və 1,4 % dinini qeyd etməyənlərdir..
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası == Tarixi == İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qüds krallığı
Yerusəlim krallığı — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi. Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi. Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.
Qüds mükafatı
Qüds mükafatı (ivr. ‏פרס ירושלים‏‎) — cəmiyyətdə fərdi azadlığını müdafiə edən yazarlara ədəbi mükafat. 1963-cü ildən bəri Qüdsdə iki ildə bir dəfə Beynəlxalq Kitab Sərgisi tərəfindən mükafatlandırılır. == Mükafat sahibləri == 1963 — Bertran Rassel (1872—1970) 1965 — Maks Friş (1911—1991) 1967 — Andre Şvarts-Bart (1928—2006) 1969 — İnyatsio Silone (1900—1978) 1971 — Xorxe Luis Borxes (1899—1986) 1973 — Ejen İonesko (1909—1994) 1975 — Simona de Bovuar (1908—1986) 1977 — Oktavio Pas (1914—1998) 1979 — İsayya Berlin (1909—1997) 1981 — Qrem Qrin (1904—1991) 1983 — Vidiadxar Suracprasad Naypol (1932—2019) 1985 — Milan Kundera (d. 1929) 1987 — Con Maksvell Kutzee (d. 1940) 1989 — Ernesto Sabato (1911—2011) 1991 — Zbiqnev Xerbert (1924—1998) 1993 — Stefan Qeym (1913—2001) 1995 — Mario Varqas Losa (d. 1936) 1997 — Xorxe Semprun (1923—2011) 1999 — Don Delillo (d. 1933) 2001 — Süzen Zontaq (1933—2004) 2003 — Artur Miller (1915—2005) 2005 — Antonio Lobo Antuneş d. 1942) 2007 — Leşek Kolakovski (1927—2009) 2009 — Xaruki Murakami (d. 1949) 2011 — İen Makyuen (d.
Qüds qüvvələri
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds sindromu
Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşdirmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər. Əvvəllər ədəbiyyatda tanımlanmamış sindrom, adi bir isteriya olaraq təyin olunurdu. == Tarixi == 1930-cu illərdə psixiatr Heinz Hermanın tərəfindən isteriyadan ayrılması bir çox alim tərəfindən aşkar edilmiş və tanınmışdır. Oxşar psixoloji problemlər digər din mərkəzli şəhərlər kimi Məkkə və Roma şəhərlərində də görülmüşdür. 2000-ci ildə son dərəcə yaxşı psixolojisi olan insanlar bu sindromu kollektiv davranışlar sərgiləyib xəstəxanalara düşdülər və sindromun nüfuzu artdı. Bu qəribə sindrom bir çox digər sindrom kimi müzakirə etmək üçün açıqdır və bir çox şəxslər tərəfindən qəbul edilmir. Psixiatr M. Kalian və E. Vitztum Qüds sindromu olaraq adlandırılan şeyin əvvəlki psixoloji problemləri olan insanlar tərəfindən yaşanan bir sıra tutmalardan ibarət olduğunu iddia edirlər. == Növləri == === Birinci növ === Qüdsə gələn insanların psixi rahatsızlıqları olur və şəhərə gəlir-gəlməz içində qaldıqları ağır dini atmosfer bu sindromu üzə çıxarır. Bu insanlar qatı dindar olub, Qüdsdə yarım qalmış dini missiyanı tamamlayacaqlarını və ya din adına gerçəkləşdirilməsi lazım olan bir məqsəd olduğuna inanırlar.
Qüds şəhristanı
Qüds şəhristanı (fars. شهرستان قدس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Qüds şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 62.355 ailədə 237.077 nəfərdir.
Riyazül-Qüds
Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir. Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb. "Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur.
Ruyş ilanbaşı
Ruyş ilanbaşı — (lat. Dracocephalum ruyschiana) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, nazik, sadə və ya budaqlı, hündürlüyü 20–45 sm, qısatüklü və ya demək olar ki çılpaqdır. Yarpaqları oturaq, xətti-lansetvari və ya xəttvari, üstdən tünd yaşıl, altdan daha açıq rəngdədir. Köbələri azçiçəklidir, gövdənin təpəsində uzunsov başcıqlı çiçəkbirliyi şəklində yığılmışdır, çiçəkləri demək olar ki, oturaqdır. Kasacıqları 7–12 mm, qısatüklü, çox vaxt bənövşəyidir. Tacı 2–2,5 sm, əlvan bənövşəyi və ya bənövşəyi-göy rəngdə, xaricdən qısa tüklüdür. Toxumcaları 3 mm uzunluqda, hamar yumurtavari, küt üçtinli, demək olar ki, qara rəngdədir. == Yayılması == BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində bitir.
Şərqi Qüds
Şərqi Qüds və ya Şərqi Yerusəlim ( Ərəbcə : Ərəbcə : القدس الشرقية , Əl-Qudlar Ash-Sharqiya ; İbrani , Mizraḥ Yerushalayim ) , Qərb sektorundan fərqli olaraq 1948 Ərəb-İsrail müharibəsi əsnasında İordaniya tərəfindən işğal edilmiş Yerusəlimin sektorudur şəhərin, İsrail tərəfindən işğal edilmiş Qərbi Qüds . 1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən İsrail tərəfindən işğal edilmiş hesab olunur . Bu əraziyə Qüdsün Köhnə Şəhəri və İudaizm , Xristianlıq və İslamın ən müqəddəs yerlərindən bəziləri , məsələn, Məbəd dağı , Qərb divarı , əl-Əqsa məscidi , Qaya günbəzi və Müqəddəs Qəbiristanlıq Kilsəsi daxildir. eləcə də bir sıra qonşu məhəllələr. İsrail və Fələstin tərifləri fərqlidir. Fələstinin rəsmi mövqeyi 1949-cu il atəşkəs sazişlərinə əsaslanır, İsrailin mövqeyi isə əsasən Qüdsün mövcud bələdiyyə sərhədlərinə əsaslanır. Bunlar 1967-ci ilin İyun Altı Günlük Müharibədən bəri İsrail bələdiyyə orqanlarının qərar verdiyi bir sıra inzibati genişlənmələrlə müəyyən edilib . Adına baxmayaraq, Şərqi Qüds İçəri Şəhərin şimalında, şərqində və cənubunda və terminin daha geniş tərifində, hətta Qərbi Qüdsün bütün bu tərəflərindəki məhəllələri əhatə edir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni hesab edir . İsrail bu şərhə etiraz edir.
Quyu qəbirlər
Quyu qəbirlər — antik dövrdə Qafqaz Albaniyası ərazisində yayılmış qəbir tiplərindən biri. == Səciyyəvi xüsusiyyətləri == Bu qəbir tipi forma etibarı ilə təsərrüfat quyularına bənzədiyindən arxeoloji ədəbiyyatda quyu qəbir olaraq adlandırıllır. Dərinlikləri əsasən 07-5 m aralığında olub, diametrləri üst hissədə 08-2 m, aşağı səviyyədə 08-2,2 m ölçüsündədir. Quyuların ölçüsü aşağıya doğru genişlənir. Dəfndən əvvəl quyuların dibi saxsı ilə döşənir, daha sonra ölü qəbirə yerləşdirilirdi. Belə qəbirlərdə ölü sağ və ya sol böyrü üstə olmaqla bükülü şəkildə dəfn olunurlar. Quyu qəbirlərin səciyyəvi xüsusiyyətlərindən biri də ölünün baş tərəfinə təsərrüfat küpünün və ya iri tutumlu gil qabların qoyulmasıdır. Tədqiqatçıların fikrincə, bu qablara şərab doldurulurdu. Azərbaycan ərazisində quyu qəbirlər daha çox Şamaxı bölgəsində qeydə alınıb. Şamaxının quyu qəbirləri e.ə.