Avar Göysu çayı
Avar göysu (türk - göysu, bəzən yanlış olaraq qoyun suyu kimi izah edirlər, - yuxarı axarında Cirmut) — Dağıstanda Sulak çayının əsas götürdüyü çay. Uzunluğu -178 km.
== Coğrafiyası ==
Quton dağından (Baş Qafqaz silsiləsi) başlanır, Nukatl silsiləsindən yan keçərək, çox vaxt kanyonda axır. Əsasən şimal-şərq istiqamətində axaraq, Çirkotadan 6 km şərqdə Andi göysu ilə qovuşaraq Sulak çayını yaradır. Uzunluğu 178 km, ümumi düşməsi 2440 m, su yığımı sahəsi 7660 kv km, orta yüksəkliyi 2160. Çayın hövzəsində bulaşma sahəsi 6,8 kv km təşkil edir.
Şimal-şərqdə su yığımı Boqos sislisələsi, cənub-qərbdə Əsas Qafqaz silsiləsi, cənubda Dültı Dağ massivi və Sarfun yal silsiləsi ilə məhdudlaşır. Sahəsinin mühüm hissəsi 1500 m dəniz səviyəsindən, o cümlədən 10% 3000 m, yüksəkdə yerləşir.
== Gidroqrafiyası ==
Avar Göysu çayı yaz-yayda sel ilə, qışda aşağı səviyəsi ilə səciyələnir. İl ərzində su axımı bərabər bölünmür.