QUYU

I. i. well; neft ~su oil-well; ~ qazmaq 1) to dig* a well; 2) məc. undermine

II. s.: ~ suyu well-water

QUYRUQSUZLUQ
QUYUQAZAN
OBASTAN VİKİ
Quyu
Quyu — qazma və ya deşmə yolu ilə maye ehtiyatlara, adətən suya çatmaq üçün yerdə yaradılmış qurğudur. Ən qədim və ən çox yayılmış quyu növü yeraltı sulu təbəqələrdə yeraltı sulara çıxış üçün su quyusudur. Quyu suyu nasosla və ya mexaniki və ya əl ilə qaldırılan vedrələr və ya böyük su tuluqları kimi qablardan istifadə etməklə çəkilir. Quyular ilk dəfə ən azı səkkiz min il əvvəl yaradılıb və quru su axınının çöküntüsindəki sadə çömçədən tutmuş İran kəhrizləri, Hindistanın pilləli quyuları və sakiehlərinə qədər tikinti baxımından tarixən müxtəlifdir. Quyuda astarın yerləşdirilməsi sabitliyin yaradılmasına kömək edir və taxta və ya hörmə işlərinin astarları ən azı Dəmir dövrünə qədər gedib çıxır. İnkişaf etməkdə olan ölkələrin kənd yerlərində olduğu kimi, quyular ənənəvi olaraq əllə qazma yolu ilə yaradılırdı. Bu quyular ucuz və aşağı texnologiyalıdır, çünki onlar əsasən əl əməyindən istifadə edirlər və qazıntı zamanı struktur kərpic və ya daşla örtülə bilər. Kessonlama adlanan daha müasir üsul, çuxura endirilən əvvəlcədən tökmə dəmir-beton quyu halqalarından istifadə edir. Daha dərin quyular qazma quyusunda bir bit istifadə edərək, əl qazma üsulları və ya maşın ilə qazıla bilər. Deşilmə yolu ilə tikilən quyular adətən poladdan və ya plastikdən ibarət zavodda hazırlanmış boru ilə örtülür.
Quyu (Xudabəndə)
Quyu (fars. قوئي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (177 ailə).
Quyu qəbirlər
Quyu qəbirlər — antik dövrdə Qafqaz Albaniyası ərazisində yayılmış qəbir tiplərindən biri. Bu qəbir tipi forma etibarı ilə təsərrüfat quyularına bənzədiyindən arxeoloji ədəbiyyatda quyu qəbir olaraq adlandırıllır. Dərinlikləri əsasən 07-5 m aralığında olub, diametrləri üst hissədə 08-2 m, aşağı səviyyədə 08-2,2 m ölçüsündədir. Quyuların ölçüsü aşağıya doğru genişlənir. Dəfndən əvvəl quyuların dibi saxsı ilə döşənir, daha sonra ölü qəbirə yerləşdirilirdi. Belə qəbirlərdə ölü sağ və ya sol böyrü üstə olmaqla bükülü şəkildə dəfn olunurlar. Quyu qəbirlərin səciyyəvi xüsusiyyətlərindən biri də ölünün baş tərəfinə təsərrüfat küpünün və ya iri tutumlu gil qabların qoyulmasıdır. Tədqiqatçıların fikrincə, bu qablara şərab doldurulurdu. Azərbaycan ərazisində quyu qəbirlər daha çox Şamaxı bölgəsində qeydə alınıb. Şamaxının quyu qəbirləri e.ə.
Qızıl quyu evi
Qızıl quyu evi və ya Qırmızı kürsü evi (çex. Dům U Zlaté studně) — Praqanın Köhnə şəhərində yerləşən tanınmış memarlıq abidəsidir. Özünün valehedici gözəlliyi və qədim tarixinə malik Karlova küçəsi Praqa qalasında yerləşən Kral iqamətgahı ilə birləşdirir. Karlovanın Seminarjska küçəsi ilə kəsişdiyi yerdə "Qızıl quyu" evini görmək olar. Evin bu cür adlandırılmasının səbəblərindən biri, evin yaxınlığında yerləşən qədim quyunun içindəki suyun inanılmaz dərəcədə təmiz və mükəmməl dada malik olması ilə əlaqələndirilir. Ətrafda yaşayan insanlar isə bunu quyunun dibində gizlədilən qızıl xəzinəsi ilə bağlayırdılar. Qızıl quyu evi ilk öncə İmperator II Rudolfa məxsus idi. Evin əsas fasadı Karl körpüsünə baxır. Bina İntibah dövrünə aid olmasına baxmayaraq, onun əsas fasadı barok üslubunda bəzədilmişdi. Qızıl quyu evini həmçinin Qırmızı kürsü evi də adlandırırlar.
Karst quyusu
Karst quyusu (rus. карстовый колодец , ing. karst pit) — karst vilayətlərində qapalı çökək-liklərin bir tipi. Adətən dairəvi, düzgün olmayan silindr, yaxud çat formasında olur (dərinliyi 20–60 m, eni 5–10 m). Yeraltı suların həlletmə fəaliyyəti nəticəsində yeraltı karst boşluğunun tağının uçması sayəsində əmələ gəlir, yaxud hazırda inkişafda olmayan boşluq formasında olur.
Küveytdəki neft quyularının yandırılması
Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 km² dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanı və İranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi, həmçinin, əhalinin sağlamlığına da, pis təsir edirdi.
Neft və Qaz Quyularında Yanğının Söndürülməsi (1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Neft və qaz quyularında yanğının söndürülməsi (film, 1960)
Kinolentdə neft və qaz quyularında yanğının söndürülməsi üsullarından söhbət açılır. Film Azərbaycan Yanğından Mühafizə İdarəsinin sifarişi ilə çəkilmişdir.
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
Quyucu Murad Paşa
Quyucu Murad Paşa (1530, Bosniya əyaləti – 5 avqust 1611, Diyarbəkir) — I Əhməd səltənətində 4 il 7 ay 25 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Doğum tarixi və yeri bilinmir. Əslən boşnakdır. Vəfat etdiyi əsnada yaşı 90-nı keçdiyi üçün təxminən 1522-ci ildə dünyaya gəldiyi qəbul edilir. Dəvşirmə olaraq saraya alınmış, burada saray tərbiyəsi almışdır. Qanuni Sultan Süleymanın son illərində Yəmən bəylərbəyi olan Mahmud Paşanın kəndxudası olaraq xidmət etdi. Yenə Mahmud Paşanın Misir bəylərbəyliyində də yanında xidmət etdi. Bu illərdə Mahmud Paşanın qızı ilə evləndi və 1575-ci ildə Yəmən bəylərbəyi oldu. 4 ilə yaxın burada xidmət etdi və bu dövr ərzində bölgədə abadlıq işləri gördü. Ancaq Yəməndəki vəzifəsi əsnasında haqsız yerə sərvət qazandığı şayəsi yayıldı və bu səbəblə vəzifədən alınaraq İstanbula çağırıldı.
Quyucuq
Quyucuq (Əbhər)
Quyucuq-i Ülya (Xudabəndə)
Quyucuq-i Ülya (fars. قويجوق عليا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 312 nəfər yaşayır (63 ailə).
Quyucuq (Heris)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (7 ailə).
Quyucuq (Həştrud)
Quyucuq (fars. قويوجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 23 nəfər yaşayır (4 ailə).
Quyucuq (Miyanə)
Quyucuq (fars. قويوجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 248 nəfər yaşayır (62 ailə).
Quyucuq (Sayınqala)
Quyucuq (fars. قويجق‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (20 ailə).
Quyucuq (Urmiya)
Quyucuq (fars. قويوجق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 93 nəfər yaşayır (14 ailə).
Quyucuq (Əbhər)
Quyucuq (fars. قويوجوق‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (4 ailə).
Quyudərə Xəştab
Quyudərə Xəştab — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Quyudərəxəştab kəndi dağətəyi ərazidədir. Oykonim quyu, dərə və kürd mənşəli xəştab (səkkiz bulaq) sözlərinin birləşməsindən yaranmışdır. Türk dillərində quyu ham da “dib”, “atak”, “aşagi” mənalarında işlənir. Bütovlükdə oykonim “dərənin dibindəki sakkiz bulaq” mənasındadır. Keçmişdə burada Xəştab adlı iki kənd vardı. Fərqləndirilməsi üçün biri Sarılıxəştab (Sarılı kəndinin yaxınlığındaki Xəştab), digəri isə Quyudərəxəştab (Quyudərə adlı yerdəki Xəştab) adlanmışdır.
Quyular (Miyanə)
Quyular (fars. قويولار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 110 nəfər yaşayır (18 ailə).
Quyuludağ qalası
Quyuludağ qalası — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Tunc, Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidə. Abidə Məzrə kəndindən şimalda, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üzərində yerləşir. Qalanın əsas girişi şimal tərəfdən olmuşdur. O, qayalardan və sərt yamaclardan keçən dar cığırdan ibarətdir. Qalanın üst tərəfi əsasən qayalıq, yamaclar isə enişli olduğundan burada mədəni təbəqə olduqca az qalmışdır. Abidənin təbii cəhətdən zəif müdafiə olunan şimal-şərq tərəfi iri qaya parçalarından hörülmüş divarla möhkəmləndirilmişdir. Bu müdafiə divarı tamamilə uçub dağılmış, onun yalnız bəzi yerlərdə özülü salamat qalmışdır. Divar qalıqları aydın izlənilir və qalanın baş tərəfini kəmər şəklində əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində buradan Orta əsrlərə aid materiallar toplanmışdır. 1984-cü ildə abidə mədəni təbəqənin saxlanmasını müəyyən etmək məqsədilə 2 x 2 m ölçüdə kəşfiyyat qazıntısı aparılmışdır.
Quyuludağ yaşayış yeri
Quyuludağ qalası — Naxçıvan Muxtar Respublikası Babək rayonu ərazisində Tunc, Antik və Orta əsrlər dövrünə aid arxeoloji abidə. Abidə Məzrə kəndindən şimalda, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağın üzərində yerləşir. Qalanın əsas girişi şimal tərəfdən olmuşdur. O, qayalardan və sərt yamaclardan keçən dar cığırdan ibarətdir. Qalanın üst tərəfi əsasən qayalıq, yamaclar isə enişli olduğundan burada mədəni təbəqə olduqca az qalmışdır. Abidənin təbii cəhətdən zəif müdafiə olunan şimal-şərq tərəfi iri qaya parçalarından hörülmüş divarla möhkəmləndirilmişdir. Bu müdafiə divarı tamamilə uçub dağılmış, onun yalnız bəzi yerlərdə özülü salamat qalmışdır. Divar qalıqları aydın izlənilir və qalanın baş tərəfini kəmər şəklində əhatə edir. Kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində buradan Orta əsrlərə aid materiallar toplanmışdır. 1984-cü ildə abidə mədəni təbəqənin saxlanmasını müəyyən etmək məqsədilə 2 x 2 m ölçüdə kəşfiyyat qazıntısı aparılmışdır.
Quyuluq məhəlləsi
Quyuluq məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Quyuluq məscidi
Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146) Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir. Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir. Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi. Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır. Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur. XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)
Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (film, 1960)

Digər lüğətlərdə