Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dejavü
Dejavü (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illüziya deməkdir. Dejavünü qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavü bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavü bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen sağlam insanların 97 faizində ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavü deyilir. Dejavünun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.
Tetsurō Deqava
Tetsurō Deqava (出川哲朗, Degawa Tetsurō, d.13 Fevral 1964) — Yaponiya komediyaçısı. 1985-ci ildə universitetdən məzun olduqdan sonra, Bir yoldaşla bir şirkət qurdu, Deqava başçılığına gətirildi. Yalnız komediya fəaliyyəti deyil, Filmdə bir çox adam çıxdı. Welcome Back Tora-san! (2019) Mysterious girl Nile Thutmose (1991) - Third Son of Nile Demon Three Brothers (Actord by : Satoru Saito (Eldest Son) (ep. 16, 18), Yoshiaki Umegaki (Second Son) (ep. 16 - 18)) (ep.
Lui Davu
Lui Nicolas Davu (10 may 1770[…] – 1 iyun 1823[…], Paris) - “dəmir marşal” ləqəbinə sahib olan bu fransız marşalı Napoleon Bonapartın sərkərdəsi olmuş, və Fransa tarixində Napoleonun heç bir döyüşdə məğlub olmayan yeganə marşalı kimi tarixə düşmüşdü. == Həyatı == 1770-ci ildə anadan olan Lui Davu Napoleonla birgə Briensk hərbi məktəbində təhsil almışdı. General-mayor Davu 1798-1801-ci illərdə Napoleonun Misirə olan yürüşündə iştirak etmişdi. Süvari dəstələrinin başçısı olan Davu xüsusilə 1799-cu il Əbukir döyüşündə fərqlənir. Həmin döyüşdə Napoleonun 7 minlik ordusu Mustafa Paşanın rəhbərlik etdiyi 15 minlik türk ordusu darmadağın etmişdi. Bu ekspedisiyadan sonra Davu Napoleonun yaxın çevrəsinə daxil olur və 1800-1801-ci illər arasında Napoleonun İtaliya ordusunun süvari dəstələrinin başçısı olur. 1804-cü ildə Davu ən yüksək hərbi vəzifəyə layiq görülür- o Fransanın marşalı adını alır və Napoleonun məsləhətçilərindən biri olur. 2 dekabr 1805-ci ildə Auserlits yaxınlığında baş verən və tarixə “Üç imperatorun döyüşü” kimi düşən döyüşdə Napoleonun hərbi dəstələri Rus-Avstriya birləşməsini darmadağın edir. 1806-cı il də “dəmir marşal” üçün uğurlu olur. Güclü Prusiyaya qarşı Auerştedst yaxınlığındakı döyüşdəki parlaq qələbədən sonra imperator Napoleon ona ordenlərlə yanaşı Auerştedstın hersoqu vəzifəsinə təyin etmişdi.
Steins;Gate: Fuka Ryōiki no Déjà vu
Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎) — White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır. Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır.
Steins;Gate: Load Region of Déjà Vu