Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Ədləs
Ədləs (ərəb. أدلس‎) — Əlcəzairin cənub-şərq hissəsində, Tamanrasset vilayətində kiçik şəhər və kommuna. Təzruk dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissələrində, Əhəqqar Milli Parkında, paytaxt Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1391 metrdir.Ədləs kommunası Fəqarət-əz-Zua, İn-Amgel, Tamanrasset, Təzruq kommunaları, həmçinin İllizi vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 54,125 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 21,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8°C, ən isti ayın (iyul) isə 29,2°C-dir. .
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Deneş Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Doles yarımadası
Doles (latış. Doles sala‎) — Qərbi Dvinanın yatağı ilə əhatələnmiş yarımada. Yarımadada üç yaşayış məntəqəsi vardır: Annuşka, Rumbenieşi və Lebenieşi == Coğrafiyası == Sahəsi 20,2 km² təşkil edir. Üzəri meşə ilə əhatələnmişdir. Yarımada ərazisindən Lebava çayı axır. Riqi çayının cənubunda yerləşir. Riqa SES tikintisinə qədər Doles ada idi. == Tarixi == Doles adasının ilk dəfə 1226-cı ildə adı çəkilir. Bu zaman adaда İohann fon Dolenə vassal olaraq verilir. O, adada «Vesdole qalasını» inşa etdirir.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Kələş (Şəbüstər)
Kələş (fars. كلاش‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 343 nəfər yaşayır (82 ailə).
Meşə dələsi
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Teləş (Əbyəlil)
Teləş kəndi (başq. Теләш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Taşbulat kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Teləş kəndinin milli tərkibi: başqırdlar 97 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 58 km., kənd sovetliyindən (Taşbulat): 7 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 10 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Yapon dələsi
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Görünüşü == Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Ürəkyarpaq vələs
Ürəkyarpaq vələs (lat. Carpinus cordata) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Azərbaycanda pip adi ilə məşhurdur. == Sinonimləri == Carpinus erosa Blume Ostrya mandshurica Budischtschew ex Trautv.
Amerika dələsi
Amerika dələsi (lat. Martes americana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Dénes Rósa
Dénes Rósa (7 aprel 1977, Budapeştdə anadan olub) — son olaraq Macarıstanın Birinci Divizionu Ferencváros klubunda oynamış keçmiş macar milli futbolçudur. == Karyera == Rosa vətəni Macarıstanda bir neçə klubda oynadı və karyerası 2004-cü ildə Ferencváros ilə başa çatdı, burada liqa və kuboku birlikdə qazandı. Bu müddət ərzində o, altı Avropa çempionatında (həm UEFA Kuboku, həm də Çempionlar Liqasının seçmə mərhələsində) çıxış edib və altı qol vurub. 2006-cı ilin yanvarında o, keçmiş Ferencváros komanda yoldaşı Gábor Gyepes ilə əlaqə saxladığı altı aylıq sınaq müqaviləsi ilə Britaniya Çempionatının Wolves komandasına icarəyə verildi. O, klubda debütünü 2 yanvar 2006-cı ildə Koventri Sitiyə 2:0 hesabı ilə uduzduqda etdi və turnirin qalan hissəsində 9 liqa oyununda çıxış edərək iki qol vurdu. Mövsümün sonunda Roza və Wolves 3 illik müqavilə imzalayıb. Bununla belə, Qlenn Hoddl-un sürpriz gedişi və yayda Mik Makkartinin baş məşqçi kimi gəlişi onu sonradan əsas komandada çıxış uğrunda mübarizədən kənarda qoydu. Makkarti etiraf etdi ki, Roza öz komandasında rol almaqda çətinlik çəkə bilər. Yarımmüdafiəçi 2007-ci ilin yazında bir ay müddətinə Liqa One Cheltenham Town-a icarəyə verildi, lakin sonradan "Wolves" tərəfindən transfer siyahısına salındı. Növbəti mövsümdə Liqa Kubokunda qısa müddətə Wolves üçün əvəzedici oldu, lakin güclü qol rekorduna baxmayaraq, bir daha heç vaxt əsas komandada çıxış etmədi.
Veles (tanrı)
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu.V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir. O buynuzlu və dırnaqlıdır, daşda ağacda, heyvanda və s-də öz təcəssümünü tapa bilir.
Ələs Rüstəmov
Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir.
Dele Alli
Dele Alli (11 aprel 1996[…], Milton-Kins, Cənub-Şərqi İngiltərə[d]) — yarımmüdafiəçi kimi çıxış edən Nigeriya əsilli ingilis futbolçu. Superliqa komandalarından olan "Beşiktaş"da icarə əsasında çıxış edir.
Alvaro Uribe Veles
Alvaro Uribe Veles (isp. Álvaro Uribe Vélez; d. 4 iyul 1952, Medellin, Antioqa, Kolumbiya) — Kolumbiya Respublikasının 31-ci Prezidenti (2002-2010). == Həyatı == 4 iyul 1952-ci ildə Medellin şəhərində anadan olmuşdur. == Fəaliyyəti == 1976-cı ildə Ticarət üzrə Medellin Dövlət Müəssisələrinin rəhbəri olmuşdur.1977-1978-ci illərdə Kolumbiya Əmək Nazirliyində Sədr vəzifəsində çalışmışdır.1980-1982-ci illərdə Kolumbiya Mülkü Aviasiyasının direktoru vəzifəsində çalışmışdır.1984-1986-cı illərdə Medellin Şəhər Şurasının deputatı olmuşdur.1995-1997-ci illərdə Antioqanın Qubernatoru olmuşdur.1986-1990, 1990-1994-cü illərdə senator olmuşdur.2002-ci ildə ölkənin Prezidenti seçilmişdir. 2006-cı ildə yenidən bu vəzifəyə seçilmişdir. 7 avqust 2010-ci ilə qədər bu vəzifədə olmuşdur. == Ailəsi == Evlidir, 2 övlad atasıdır.
Nilgiri zolaqlı dələ
Nilgiri zolaqlı dələ – Nilgiri zolaqlı dələ (Funambulus sublineatus) gəmiricilərin nəsli kəsilməkdə olan növüdür, Hindistan yarımadasındakı Nilgirislər də daxil olmaqla, Qərbi Qatların cənubundakı yağış meşələrində yaşayan kiçik dələ (Sciuridae). Əvvəllər Şri-Lankadan Funambulus obscurus-u bir alt növ kimi daxil etdi, bu zaman "birləşmiş növlərin" ingiliscə adı da qaranlıq zolaqlı dələ idi (indi Şri Lanka növləri ilə məhdudlaşan bir ad). == Taksanomiyası == Funambulus sublineatus elmi olaraq 1838-ci ildə təsvir edilmişdir. Daha sonra Şri Lanka obskurusu ilə birləşdirildi, sonra Funambulus sublineatusun alt növü kimi qəbul edildi. 2012-ci ildə bir araşdırma, ikisinin çox fərqli olduğunu aşkar etdi və onların ayrı-ayrı növlər kimi tanınmasını tövsiyə etdi. == Yayılması == Nilgiri xurma dələsinin (F. sublineatus) indi Hindistanın Qərbi Qatlarında yayılması məhdud olsa da, taksonomik parçalanmadan əvvəl növlərin keçmiş diapazonu həm Hindistanda, həm də Şri Lankada idi. Bu sincab haqqında çox az şey məlumdur, ehtimal ki, cinsdəki ən kiçiyi təxminən 40 qramdır. Hindistanda endemik məməli kimi yeni statusu qeydlərin yenilənməsinə ehtiyac olduğunu bildirir. Növlər ya Qərbi Ghats və Nilgiri təpələrində (və Hindistanda Kodaikanal ətrafı kimi ətraf ərazilərdə) yaş rütubətli meşələrlə məhdudlaşır.
Kələş-i Büzürg (Nir)
Kələş-i Büzürg (fars. كلش بزرگ‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (12 ailə).
Penon-de-Veles-de-la-Qomera
Penon-de-Veles-de-la-Qomera (isp. Peñón de Vélez de la Gomera) — Keçmişdə ada olmuş kiçik bir yarımada. Yarımada Mərakeşin Afrika sahillərində yerləşməsinə baxmayaraq İspaniyaın suveren ərazisidir. Yarımadanı Mərakeş öz ərazisi hesab edir. Melilyadan 126 km qərbdə, Seutadan isə 117 km cənub-şərqdə yerləşir. Penon-de-Veles-de-la-Qomerada İspaniyanın 60 hərbiçisi yaşayır, burada mülki əhali yoxdur. == Coğrafiya == Penonun qumlu dillə birlilkdə eni 400 metr, eni isə 100 metr təşkil edir. Sahəsi 0,019 km²-dir. Yarımada hündürlük 87 metrdir. Burada qala kompleksi vardır.
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları
Böyük Qafqazın alçaqdağlığın palıd, palıd-vələs meşə-kolluqları - Bu landşaft kompleksi Böyük-Qafqazın Cənub-Şərq yamacında 500–550 m-dən 800–900 m yüksəkliyə kimi bir-birindən izolə olunmuş çay dərələri yamaclarında yayılmışdır. Bu ərazilərin relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən relyefi orta dərəcədə parçalanmışdır. Çay dərələri nisbətən meyilli terraslanmış yamaclardan ibarətdir. Dağ yamacları qalın delüvial çöküntülərlə örtülmüşdür. Alçaqdağlığın bitki örtüyü iqlim şəraitinə uyğun olaraq quraqlıq sevən bitkilərdən ibarətdir. Alçaqdağlığın meşə landşaftı insanların təsərrüfat fəaliyyəti nəticəsində kəskin pozulmuşdur. Qırılmış meşə sahələrinin yerində ya əkin sahələri ya da yaşayış məntəqələri salınmışdır. Alçaqdağ meşə landşaftının iqlim şəraiti bir sıra amillərdən, xüsusilə düzənlik sahələrdə həmsərhədlilik, yamacların səmtliyindən və s. asılı olaraq formalaşmışdır.
Belen
Belen Xanım - türk mifologiyasında səyahət ilahəsi. Pelen Ana olaraq da tanınır. Yolçuları qoruyar. Yolların təhlükəsizliyini təmin edər. Səfər edənlər ona dua edərlər. Yolçulara zərər verən quldurları cəzalandırar. Yolda diyar qalmaq deyimi, sözün mövzuyla əlaqəsini açıq şəkildə ifadə edir. Bu ruhu məmnun etmək üçün çÇalama edilir, yəni müqəddəs ağaclara saçılar verilir, bez bağlanır. Uzun yola çıxacaq olan oba onun adını xatırlayaraq atəşlərə "saçı edər, "adak" edirlər. == Etimologiya == (Bel) kökündən törəmişdir.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Beyeş
"Beyeş" ("Biish") məşhur tarixi başqırd xalq mahnısı uzun-kyui. == Tarix == "Beyeş" mahnısı ilk dəfə A. S. Klyuçaryov tərəfindən 1933-cü ildə BASSR-in Temyasovo, Baymakski bölgəsi kənd sakini A. Kərimovun ifasında lentə alınıb. İlk dəfə "Başkort xalq yırdarı" məcmuəsində nəşr edilmişdir. Mahnının müxtəlif versiyaları F. H. Kamayev, L. N. Lebedinsky , K. Y. Rəhimov, instrumental versiyalar — S. T. Rıbakov və "Ural Müsəlmanlarının məişət oçerki ilə musiqi və mahnıları" lentə alınmışdır. == Təsvir == Mahnıda hüquqları uğrunda mübarizə aparan və hakimiyyətin zülmündən gizlənən Beyeş batır təsvir olunur. Rəvayətə görə, 19-cu əsrin ortalarında başqırdlar hərbçi qismində, Rusiyanın müharibələrində və yürüşlərində iştirak etmiş, müdafiə tikililərinin inşası və şəhərlərin abadlaşdırılması ilə məşğul olmuşlar. Hərbi xidmət yükünü çəkmək istəməyən başqırdlar xidmət etdikləri yeri tərk etdilər. Beyeş və ortaqları da bu cür qaçaq əsgərlər idi. Onların ələ keçirilməsi üçün dəstələr quruldu, lakin Beyeş və yoldaşları Abubakir Abdakov, Kunakbay Abdrahimov, Rəhmatulla Barakov, Kurman Ilbakov, Kutluşa Murzaqulov 10 il ərzində — 1838–1848-ci illər arasında ələ keçmədən yaşadılar. Beyeş Verxneuralski rayonunun Kaginski və Avzyano-Petrovski fabrikləri ərazisindəki Burzyanskaya, Tamyanskaya ərazilərində fəaliyyət göstərmişdir.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər.Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır. Bu sahə, Türkiyənin Turizm Nazirliyinin onsuz da böyük investisiyalarından bəhrələnmiş Türkiyənin ümumi turizm planlarının açarıdır.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.