SANMAK
SANSÜR
OBASTAN VİKİ
Sansara
Sansara – və ya samsara (ing. round of rebirth – keçid, yenidəndoğum ardıcıllığı ) hərfi mənada "sonsuz, əbədi dərbədərlik". Bu anlayışla canlı varlığın gah yüksəklərə qalxdığı, gah da uçuruma düşdüyü ruhi dünya başa düşülür. Bu, sonsuz davam edən doğulma, qocalma, əzab və ölüm proseslərinin simvolik göstərilməsidir. Sansara Hinduizm, Buddizm, Sikxizm kimi dxarmik dinlərin əsas anlayışlarından biridir. İnsanların əhəmiyyətli hissəsi ruhların köçməsinə inanır. Onlar o ideyanı bölüşdürür ki, həyat – sadə təbiətdə maddələr mübadiləsindən, mövcudatdan daha yüksək səviyyədə təkrarlanan yenidəndoğulma zənciridir. Hindistanda bu dövranı Sansara Çarxı adlandırdılar və onu insandan başqa heç bir digər canlının qıra bilməyəcəyi tilsimli dövr kimi təsəvvür etməyə başladılar. İnsan isə yalnız öz ağlı-dərrakəsi ilə bu dövrü qıra və maddi dünyanın qoyduğu bütün məhdudiyyətlər torundan azad ola bilər. Sansara – hər saniyədə dəyişən beş məcmunun kombinasiyasının bölünməz zənciridir və bu fasiləsiz dəyişiklik zənciri sonsuz uzun müddət ərzində baş verir.

Digər lüğətlərdə