Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jentin
Jentin (fr. Gennetines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Destin Votford
Destin Votford (ing. Destiny Watford) — Amerikalı ekoloq və ətraf mühit fəalı. 2016-cı ildə Goldman Ətraf Mühit Mükafatını almışdır. == Bioqrafiya == Destin Votford Merilend ştatının Kertis Bey şəhərində, əhəmiyyətli hava çirkliliyi olan bir ərazidə böyüyür. Orta məktəbdə o, şəhər və əyalət tərəfindən təsdiqlənmiş və gündə 4000 ton zibil yandıra bilən yandırma zavodu layihəsinə qarşı təbliğat kampaniyasına başlayır. Dörd ildən artıqdır ki, o, yerli əhali arasında astmanın yayılması da daxil olmaqla, ərazidə daha çox hava çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı narahatlıqlar əsasında Benjamin Franklin Liseyində digər tələbələrlə təbliğat aparır. Onların işinə torpaqdan istifadə və rayonlaşdırma siyasəti ilə bağlı araşdırmalar, həmçinin məktəblər və hökumət rəsmiləri ilə bağlı lobbiçilik daxildir. 2016-cı ildə onunda sayəsində Merilend Ətraf Mühit Departamenti yandırma zavodu layihəsini ləğv edir. Touson Universitetində təhsil alır. 2018-ci ildə Facing Race konfransında çıxış edir.
Peter Denton (futbolçu)
Peter Denton (1 Mart 1946 – 7 Oktyabr 2016) — Hücumçu kimi çıxış edən İngiltərə futbolçusudur. Denton İngiltərə Futbol Liqasında Koventri Siti və Luton Taun klublarında çıxış etmişdir. Denton ürək vəziyyəti qəfildən pisləşdikdən sonra 7 oktyabr 2016-cı ildə vəfat etmişdir.
Adenin
Adenin — cəmi 5 azot əsası olan kimyəvi birləşmə. Tərkibinə görə isə 8 azot əsası vardır. Bunlardan biridə adenindir. Adenin A hərfi ilə işarə olunur. DNT -nin ikiqat zəncirində azot əsasları daxilə doğru yönələrək hidrogen (H) rabitəsi yaradır bu , zaman Adeninin komplementarı Timin (T) olur. Adenin və timin arasında 2 qat rabitə olur.
Benzin
Benzin — neftdən emal edilən bir növ yanacaq. 150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C. == Mənbə == Цифровой железнодорожный код страны - собственницы вагона. Принадлежность вагонов. Коды стран, в которых зарегистрированы грузовые вагоны.
Dantuin
Dantuin (ing. Dantooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Dantuin orbitində iki peyki olan yerəbənzər planetdir. Böyük peyki açıq bənövşəyi, kiçik peyki isə yaşılımtıl rəngə sahibdir. Dantuinin landşaftının çox hissəsi otlu düzənliklərdən, təpələrdən, çaylardan və böyük göllərdən ibarətdir. Yazda yağışlı mövsüm istisna olmaqla, planet ilin əksər hissəsində mülayim və quru iqlim saxlayır. Dantuin həmçinin, nəmli, sıx meşələrə və şirə təsərrüfatlarının yetişdirildiyi sonsuz örtüyə malikdir. Dantuinin adı ilk dəfə 1977-ci ildə çəkilmiş "Yeni ümid" filmində çəkilir. "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"dən, xüsusilə "Knights of the Old Republic" video oyunu və "Ulduz müharibələri: Yeni Ceday Ordeni" kitabında həm planetin tərkibi, həm də tarixi haqqında ətraflı məlumat verilir, lakin kanon deyil. == İstinadlar == == Xarici keçidlər == Dantooine — Vukipediya saytında.
Delain
Delain — 2002-ci ildə Within Temptation qrupunun keçmiş sintezatorçusu Martijn Westerholt tərəfindən qurulmuşdur. Həmin ildə qrup vokalist Anne Invernizzi ilə "Amenity (2002) (demo)" albom çıxartdılar. Anne-nin ayrılışı ilə qrupa Charlotte Wessels gəldikdən sonra qrup artıq məşhurlaşmağa başladı. "Roadrunner" albom şikəti ilə April Rain (2009) albomlarını çıxartdıqdan sonra qrup daha da məşhurlaşaraq fanatlarını sayını artırdılar. Albomdakı "Frozen", "See Me In Shadow", "The Gathering" mahnılarını Within Temptation qrupunun vokalisti Sharon den Adel və digər məşhurlar ilə duet oxumuşdular.
Delfin
Delfinlər (lat. Delphinidae) və ya Yunisbalıqları — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi == Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdirlər. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dişi delfin adətən uzunluğu 50–60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Onlar 20–30 ilə qədər yaşayırlar. Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır.
Demmin
Demmin (alm. Demmin‎) - Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən şəhər. Əhalisi 11 min nəfərdir. == Coğrafiya == Demmin şəhəri Pin, Tuluz və Trabel çaylarının qovuşduğu yer olan Qərbi Pomeranya ovasında yerləşməkdədir. Kummeroş gölü və Ştetn körfəzindən kiçik gəmilərlə Pin çayından istifadə etməklə Demmin şəhərinə gəlmək mümkündür. Çayboyu ərazilərdə üzü şəhərə tərəf gələn kiçik velosiped çığırlarıda mövcuddur. Tuluz və Trabel çaylarınını qovuşduğu ərazi Axarsu torpaqları olaraq adlanır və turistlər tərəfindən tez-tez ziyarət edilən ərazilərdəndir. Şəhərin şimal hissəsində Drosdou və Volderforst meşələri yerləşir. Volderforst meşəsinin sahəsi 174 hektardır. 103 hektar ərazisi olan Kronvald Dövlət Qoruğuda şəhərin şimal hissəsində yerləşməkdədir.
Denikin
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916). == Həyatı == Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı.
Məntiq
Məntiq (yun. λογική) — "mülahizələr haqqında elm", "fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm" — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür. == Məntiqin məzmunu == Klassik məntiqi nəzəriyyə xüsusi dildə izah edilir, maddi nümunələrlə mülahizə irəli sürülür.
Pentan
Pentanlar (q.yun. πέντε – beş) — Alkanlar sinfindən doymuş karbohidrogen. Bir molekulunda 5 karbon atomu var. 3 izomeri var: TM — Tədqiqat metodu MM — Motor metodu == Alınması == Pentan təbii qazın konsentratlarından, neftdən, karbon-oksid (CO) və hidrogenin (H2) sintezindən alınmış karbohidrogenlərdən alınır.
Penten
Penten kimyəvi formulu С5Н10olan alkendir . Onun molekulunda bir ədəd ikiqat rabitə var. Bu sinifdə cəmi altı müxtəlif birləşmə vardır.Bu birləşmələr xətti və ya şaxəli quruluşda olub sis-trans izomerlik əmələ gətirirlər. == Xətti quruluşlu izomerləri == Penten-1 alfa olefindir. Çox vaxt penten-1 neftin katalitik və ya termik krekinqinin əlavə məhsulu kimi və ya karbohidrogenlərin termik krekinqi zamanı etilen və propilen ilə birlikdə alınır. Penten-1-in yeganə istehsalcısı Sasol Ltd onu Fişer-Trops prosseslərindən alır. Penten-2 2 həndəsi izomerə, sis-penten-2 və trans-penten-2-yə malikdir. Sis-2-penten olefin istehsalında istifadə olunur. == Şaxəli quruluşlu izomerləri == Pentenin şaxəli izomerləri 2-metilbuten-1, 3-metilbuten-1 (izopenten) və 2-metilbuten-2-dir (izoamilen). == Yanacaq kimi == Propilen, izobuten və amilenlər alkilləşdirmə kontur emalı zavodlarında xammal kimi istifadə olunur.Amilenlər ən yaxşı təyyarə yanacqları kimi istifadə olunur.
Aechmea kentii
Aechmea kentii (lat. Aechmea kentii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Anogeissus bentii
Anogeissus bentii (lat. Anogeissus bentii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin annoqeyssus cinsinə aid bitki növü.
Anton Denikin
Denikin Anton İvanoviç (16 dekabr 1872[…], Şpetal[d], Polşa çarlığı, Rusiya imperiyası – 8 avqust 1947[…], Ann-Arbor, Miçiqan) — rus hərbçisi, Oktyabr çevrilişindən (1917) sonra sovet hakimiyyətinə qarşı mübarizə aparmış hərbi qüvvələrin başçılarından biri, general-leytenant (1916). == Həyatı == Birinci dünya müharibəsində (1914–1918) briqada, diviziya, korpus komandiri, cəbhə komandanı olmuşdur. Generallar L. G. Kornilov və M. Alekseyevlə birlikdə Donda Könüllü ordunun yaradılmasında iştirak etmiş, Kornilov öldürüldükdən sonra ordunun komandanı olmuşdur (1918). "Rusiyanın cənubundakı silahlı qüvvələr"in baş komandanı kimi bolşevik hakimiyyətinə qarşı barışmaz mübarizə aparmışdır. Denikin 1918 ilin iyulunda Moskva üzərinə hücuma keçərək, sovet hökuməti üçün ciddi təhlükə yaratmışdı. Denikin qoşunları 1919-cu ilin yazında bütün Şimali Qafqazı tutub, Dağıstana girmiş, Azərbaycan sərhədlərinə gəlib çatmışdı. "Vahid və bölünməz Rusiya" şüarı ilə çıxış edən Denikin Rusiya imperiyasının əsarəti altında olan xalqların öz müqəddəratını təyin etmək hüququnu qətiyyən qəbul etmirdi. Denikin təhlükəsinə qarşı Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı, ölkədə hərbi vəziyyət elan olundu. Denikin ordusu ilə Azərbaycan arasında demarkasiya xətti müəyyənləşdirildi (bax Könüllü ordu ilə Azərbaycan arasında demarkasiya xətləri). 1919-cu il iyunun 16-da Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi-müdafiə paktı imzalandı.
Arqument (məntiq)
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədi ilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Aventin bloku
Aventin bloku (it. Secessione dell'Aventino) — İtaliyada antifaşist müxalifətçi partiya və siyasi qruplaşmaların bloku. 1924-cü ildə yaradımışdı. Aventin blokuna bu ad patrisilərlə mübarizə dövründə Aventin təpəsində sığınacaq tapan Qədim Roma plebeyləri haqqında rəvayətlə əlaqədar verilmişdi. Faşizmə qarşı açıq kütləvi mübarizə aparmaq üçün İtaliya Kommunist Partiyası (İKP) da Aventin blokuna qoşulmuşdu, lakin Aventin blokuna daxil olan digər partiyalar İKP-nin ümumi siyasi tətil elan etmək və parlament əleyhinə çıxmaq təklifini qəbul etmədilər. İKP parlament tibunasından faşizmin ifşasını davam etdirmək üçün blokdan çıxıb parlamentə qayıtdı. 1926-cı ildə Mussolininin faşist hökuməti müxalifətin fəaliyyətini qadağan etdi. Kütlələrdən ayrı düşən Aventin blokunun qalıqları faşizmə qarşı mübarizədə ciddi rol oynamadı. == İstinadlar == == Əlavə ədəbiyyat == Лопухов Б. Р. Авентинский блок // Советская историческая энциклопедия. / Под ред.
Aventin təpəsi
Aventin (lat. Collis Aventinus, it. Aventino) — Qədim Roma şəhərinin salındığı yeddi təpədən biri. Rəvayətə görə, patrisilərlə mübarizə zamanı plebeylərin sığınacaq yeri idi. E.ə. V əsrin 50-ci illərindən Aventin torpaqları plebeylər arasında bölüşdürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Авентин, римский холм // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Bentik orqanizmlər
Bentik orqanizmlər – su hövzələrinin dib çöküntülərində, torpağın içərisində və onun üstündə yaşayan canlılar. 2 böyük qrupa ayrılır: bentik bitkilər (fitobentos) və bentik heyvanlar (zoobentos). Bentik oqanizmləri ölçülərinə görə mikro- (mikronlarla ölçülənlər), mezo- (millimetrlərlə ölçülənlər) və makro- (sm-lə ölçülənlər) bentosa bölürlər. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Bəngin (Mərənd)
Bəngin (fars. بنگين‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 992 nəfər yaşayır (265 ailə).
Dastin Hoffman
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru. == Həyatı == Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir.