Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bernini
Covanni Lorenso Bernini (Gian Lorenzo Bernini, it. Giovanni Lorenzo Bernini; 7 dekabr 1598, Neapol - 28 noyabr 1680, Roma) — məşhur italyan heykəltaraşı, rəssam və memarı. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri. Öz atasının, Pyetro Bernininin şagirdi olmuşdur. Eyni zamanda, rəssam və memar kimi də fəaliyyət göstərmişdir. == Həyatı == Covanni Lorenso Bernini 1598-ci il dekabr ayının 7-də Neapol şəhərində anadan olmuşdur. XVII əsr Romasında italyan barokkosunun ən görkəmli nümayəndələrindən biri olmuşdur. Onun "David" (1623), "Apollon və Dəfnə" (1622-1625), "Müqəddəs Terezanın vəcdə gəlməsi" (1644-1652) və s. heykəltaraşlıq kompozisiyalarında dinamizm və işıq-kölgə traktovkası güclüdür. Romadakı əsərlərin təxminən 70 faizi Berniniyə aiddir.
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Dərzili
Dərzili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 22 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Merdinli
Merdinli — Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli inzibati-ərazi vahidliyində kənd. == Tarixi == Bir çox tədqiqatçının fikrinə görə, Merdinli kəndi merdinli nəslinə mənsub ailələr tərəfindən salındığına görə həmin nəslin adı ilə adlandırılmışdır. Merdinli kəndinin 1750-ci ilə qədərki adi Qarabulaq olmuşdur. Digər bir mülahizəyə görə Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabag kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr etmişdir. Qarabulaq kəndinin (yeddi təpə kurqanları da həmin ərazidədir) o zamankı bəyi Bəylər bəy kənddəki evlərin sayı qədər dəvə göndərmiş, Pənahəli xan bu kəndə mərdünlü (yəni, mərd səsli) adı vermiş, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılmışdır. Sovet hakimiyyəti zamanı hər yerdə merdinli yazılmış, toponim olaraq əzəli mənasından qismən uzaqlaşmışdır. Bu kənd Quruçay mədəniyyəti dövrunə aid çoxsaylı nümunələri özündə yaşatmış, erməni işğalına qədər (23 avqust 1993-cü il) yerli azərbaycanlı əhali burada yaşamışdır. Kəndin əhalisi əvvəllər bir nəslin törəmələri olmuş, sonralar nökər qismində başqa bölgələrdən adamlar bəy qapısında işləməyə gəlmiş və bu kənddə məskunlaşmışlar. Bəylər bəy, Abbas bəy, Aga bəy, Xanlar bəy bəylik tayfasının ən tanınmış simaları olmuşlar. Müasir Azərbaycan tarixində ictimai-siyasi xadim kimi tanınan İqbal Agazadə bu bəy nəslindəndir.
Çerdın
Çerdın — Rusiya Federasiyasında yerləşən şəhər Perm diyarının tərkibinə daxildir
Xudafərin-dərdi dərin (film, 1990)
Alessandro Pertini
Alessandro Pertini (d. 25 sentyabr 1896 – ö. 24 fevral 1990) — İtaliyanın yeddinci prezidenti (9 iyul 1978 – 9 iyun 1985). Sosialist partiyasını təmsil edib. == Həyatı == Savona vilayətinin Stella şəhərində doğulub. Pertini bir ərazi sahibi olan Alberto Pertininin oğludur. Pertini ilk və orta təhsilini Savonada tamamlayıb. Genoa Universitetində hüquq sahəsində ixtisası üzrə təhsil alıb.
Amazon delfini
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Aromatiklik termini
Aromatiklik - əvvəllər bu termin kimyəvi cəhətdən benzola oxşar birləşmələrə deyilirdi. Nəzəri üzvi kimyaya görə müvafiq xətti quruluşlu birləşmələrə nisbətən qoşulmuş rabitəli tsiklik birləşmələrin davamlılığını göstərmək üçün istifadə edilir. Aromatikliyin nəzəri əsasına və Hükkelin molekulyar orbitalların hesablanması qaydasına görə, monotsiklik quruluşu sp2 - hibridləşmiş karbon atomu və (4n+2)π-elektronu olan birləşmələr aromatikdir. == Aromatik karbohidrogenlər == Aromatik karbohidrogenlərə əsasən benzol və onun törəmələri aiddir. Bu birləşmələr xassə və quruluşlarına görə xüsusi seçildiyindən, onları üzvi kimya kursunun ayrıca bölmələrində öyrənirlər. == Strukturunun spesifikası. Hükkel qaydası == İlk dəfə benzolu Faradey almış (1825-ci il) və onun brutto formulunu C6H6 müəyyənləşdirmişdir. Sonralar benzolun xassə və quruluşuna, molekulyar formulu C6H6-ya uyğun olan bir sıra strukturlar təklif olunmuşdur. Onlardan bir neçəsini nəzərdən keçirək: dipropargi, divinilasetilen, duüar, ladenburq, klaus, tile və s. 1930-cu ldə Hükkel birinci dəfə kvant mexanikası üzrə aromatik birləşmələrin quruluşunu izah etmişdir.
Aviceda jerdoni
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Azərbaycan derbisi
Neftçi–Qarabağ rəqabəti — "Neftçi" Bakı və "Qarabağ" arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Derbidə ən çox qol vuran futbolçu Reynaldodur. == Tarix == Bu klubların AFFA-nın təşkil etdiyi butun çempionatlarda iştirak etməyi və çox zamanda çempionluq üçun yarışmaları bu iki klubun öz aralarında keçirdikləri oyunları çox prinsipial edir. Bu iki komandanın oyunlarında olan prinsipiallıq bu oyunun "Azərbaycan derbisi" adlanmasına səbəb oldu. Bu klublar SSRİ zamanında heç bir oyunda qarşılaşmayıblar. Səbəbi isə yəqinki hər birinizə məlumdur , futbol dövlət nəzarətində idi və Neftçi Azərbaycan xalqının yığma komandası kimi idi. Bir növ bugünkü Azərbaycan Milli komandasını əvəz edirdi. Zaman gəldi və sovetlər ittifaqı dağıldı. Bütun keçmiş sovet ölkələri kimi Azərbaycanda mustəqil oldu.
Barselona derbisi
Barselona derbisi (isp. El derbi barcelonés, kat. El derbi Barceloní) Barselona ve Espanyol arasında oynanılan maç.
Beqqer dərgili
David (Bernini)
David (it. Il David) — Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəldir. Skripione Borgeze inşa edilən villasının bəzədilməsi üçün Berniniyə çoxsaylı heykəllərin hazırlanmasını sifariş etmişdi və Davidin heykəli də həmin sifarişlər arasında idi. Heykəl bu gün də Borgeze qalereyasında saxlanılır. Heykəl 1623–1624-cü illərdə yeddi ay ərzində hazırlanmışdır. Heykəlin mövzusu Qoliafı öldürmək üçün ona daş atmağa hazırlaşan və sonradan onun başını kəsmiş Bibliya personajlarından biri olan Daviddir. Eyni mövzuda olan digər əsərlər (xüsusilə Mikelancelonun məşhur "David") heykəli ilə müqayisədə Bernininin "David"i ehtimal edilən hərəkəti və psixoloji intensivliyi ilə yeni üfüqlər açmışdır. == Ərəfə == Bernininin himayədarlarından biri olan kardinal Kripione Borgeze 1618–1625-ci illərdə sənətkara yeni inşa edilən villanın bəzədilməsi üçün heykəllər hazırlamaq sifariş edir. 1623-cü ildə 24 yaşlı Bernini "David" heykəlini başlamaq üçün çoxdan üzərində işlədiyi "Apollon və Dafne" heykəlini yarımçıq qoyur. Ödəniş qəbzinin verdiyi məlumata görə Bernini heykəl üzərində işə 1623-cü ilin ortalarında başlamışdır, sənətkarın bioqrafı Filippo Baldinuççi isə onun heykəli yeddi ay sonra tamamladığını bildirir.
Kafur darçını
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Klaudia Verdino
Klaudia Verdino (28 noyabr 2001) — Monakolu üzgüçü. Klaudia Verdino Monakonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Klaudia Verdino birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:29.27 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kommerson delfini
Kommerson delfini (lat. Cephalorhynchus commersonii) — rəngli delfinlər cinsinə aid olan (lat. Cephalorhynchus) növ. Bu canlılar onları ilk dəfə təsvir etmiş Filiber Kommersonun şərəfinə adlandırılmışdır == Xarici görünüşü == Bu delfinlər rəngarəng xarici görünüşə sahibdirlər. Başı, yan və quyruğu qara, boğazı və böyür nahiyyələri isə ağa rəngdə olur. İki rəng arasındakı keçid oldukca kəskin xəttlərlə təyin olunmuşdur. Balinakimilər arasında ən kiçik növ hesab edilirlər. Uzunluqları 1,3–1,7 m, çəkiləri isə 35–60 kq arasında dəyişir. Bel üzgəci uzundur. Hər diş cərgəsində 29–30 diş vardır.
Madrid derbisi
Madrid derbisi (isp. El Derbi Madrileño) — İspaniyanın Madrid şəhərini təmsil edən Real Madrid və Atletiko Madrid klubları arasında oynanan, gərgin rəqabət şəraitində keçirilən futbol matçlarına verilən addır. Bu iki əzəli rəqib arasında baş tutan derbi əvvəllər yalnız İspaniya peşəkar futbol yüksək liqası çərçivəsində idi, lakin artıq son dövrlərdə derbi anlayışı ümumiləşdirilib və iki klub arasında (UEFA Çempionlar Liqası, Kral Kuboku, İspaniya Superkuboku və s. turnirlər) hər matçı əhatə edir. İki klub 2014-cü ildə UEFA Çempionlar Liqasının Finalı üçün Lissabonda qarşılaşdı və bununla ilk dəfə eyni şəhərin iki klubu final matçında oynadı. 2016-cı ildə Milanda keçirilən UEFA Çempionlar Liqasının Finalında Real Madridin iki il əvvəl olduğu kimi qalib gəldiyi ikinci qarşılaşmadan sonra, klublar 2018-ci ildə UEFA Super Kubokunda da qarşılaşdılar. Bu dəfə isə əsas vaxtın heç-heçə bitdiyi qarşılaşmada əlavə vaxtda Atletiko qalib gəldi. == Tarixi == İki klub arasında rəqabət XX əsrin əvvəllərində başladı. İspaniyan paytaxtının ən güclü klubu olan Madrid Futbol Klubu (1902-ci ildə təsis edilib) şəhərin ən yaxşı kiçik klublarının birləşmə və satınalmalarını davam etdirdi. Eyni zamanda Madrid FK rəqabət apardığı klubların ən yaxşı oyunçularını da heyətinə cəlb etdi, bu da Ağlara qarşı mübarizə apara bilməyən klubları sıradan çıxardı.
Merdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. == Tanınmış şəxsləri == Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. == Tarixi abidələri == Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Milan derbisi
Milan derbisi — İtaliyanın iki nəhəng klubu Milan və İnter klubları arasında olan futbol oyunu. Milan derbisi əsasən İtaliya A Seriyası oyunları, həmçinin futbol üzrə İtaliya kuboku və Avropa Çempionlar Liqası oyunlarında keçirilir. Bəzən derbi İtaliyada "Derby della Madonnina" adlanır. Buna səbəb isə adətən italiyalıların derbi oyunlarını, derbi keçirilən şəhərdə olan bir görməli yer ilə adlandırmasına görədir. Milan şəhərində olan məşhur Milan Kafedralının üzərində yerləşən Müqəddəs Məryəm (Madonnina) heykəlinə görə isə, italiyalılar bu derbini "Derby della Madonnina" adlandırır. == Tarixi == Derbinin tarixi 10 yanvar 1909-cu ildən başlayır. İlk oyun Milan klubunun 3–2 hesablı qələbəsi ilə nəticələnib. == Stadion == Oyunlar hal hazırda San Siro stadionunda keçirilir.
Mərdili (Hurand)
Mərdili (fars. مردي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (84 ailə).
Mərdinli məhəlləsi
Mərdinli məhəlləsi — Şuşanın XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış yuxarı məhəllələrindən biri. Şəhərin mərkəzi hissəsində yerləşir. Məhəllənin əhalisi Cavanşir-Dizaq mahalı Hacılı camaatından, eləcə də Yağləvənd, Qaraxanbəyli, Zərgər, Dədəli və Merdinli obalarının əhalisindən təşkil olunmuşdu. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirməsidir. == Tanınmış şəxsləri == Merdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Məşhur xanəndə Əbdül Baqi Zülalov Bülbülcan və məşhur tarzən Sadıqcan bu məhəllənin yetişdirmələridir. Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, məşhurların yetişdiyi məhəllələri ilə də tanınmışdır. == Tarixi abidələri == Şuşanın digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olmuşdur. Şirin su hamamı da bu məhəllədədir.
Qafqaz derbisi
== Futbol derbiləri ==
Qanq delfini
Amazon delfini və ya iniya, amazon iniya, bouto (lat. Inia geoffrensis) — cetacea dəstəsinin çay delfinləri qrupuna aid heyvan fəsiləsi. Əsasən balıq, molyusk və xərçəngkimilərlə qidalanır. Cənubi Amerika üçün endemikdir. Fransız zooloqu Joffrua Sent İler Etyenin şərəfinə adlandırılıb. == Taksonomiyası == Amazon delfininin görünüşü 1817-ci ildə Anri Mari Dyukrot de Blenvil tərəfindən təsvir edilmişdir. Amazon çayı Yunfin ilk olaraq Platanistoidea superfamilyasına məxsus idi ki, bu da bütün çay yunuslarını meydana gətirmişdir ki, bu da onları paraphyletik qrup halına gətirmişdir. İndi isə Amazon çayının delfini Inioidea superfamilyasına təsnif edilib. Amazon zamanına və necə girdiğinə dair bir fikir birliyi yoxdur; Sakit okeandan Miyosen dövründə, Andesin formalaşmasından və ya Atlantik dənizindən bunu edə bilərlər. Mübahisələrə məruz qalan böyük beynəlxalq orqanlara malik növlərin və yarımnövlərin təsnifatı ilə bağlı davam edən müzakirələr var.
Saxicola jerdoni
Ağ-qara çəkçəki (lat. Saxicola jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.