Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.
İzmirdə Yunanıstan desantı
İzmirdə Yunanıstan desantı (yun. Ελληνική απόβαση στη Σμύρνη) — Yunanıstan qüvvələri tərəfindən 15 may 1919-cu ildə başladılan, İzmir şəhəri və ətraf ərazilərə desant qoşunlarının daxil edildiyi hərbi əməliyyat. Antanta gücləri əməliyyatın planlaşdırılmasına icazə vermiş və ona nəzarət etmişdir. Onlar öz qüvvələrini bəzi əsas yerləri ələ keçirməyə yönəltməklə və döyüş gəmilərini İzmir limanına köçürməklə əməliyyatın gedişatına kömək etmişdir. Eniş zamanı Yunanıstan 1/38 Evzon alayına atəş açılmış, Yunanıstan qoşunları və İzmir yunanlarının iştirakı ilə şəhərdə əhəmiyyətli dərəcədə zorakılıq halları baş tutmuşdur. Bu, İzmirin Yunanıstan tərəfindən işğalına gətirib çıxaran əhəmiyyətli bir hadisə idi. İşğal üç il davam etmişdir və Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) üçün əsas qığılcım olmuşdur. Birinci Dünya müharibəsinin (1914–1918) sonunda və Birinci Dünya müharibəsində Orta Şərq cəbhəsində döyüşləri sona çatdıran Mudros barışığı ilə Antanta dövlətləri Osmanlı imperiyasının parçalanmasına yönəlmiş bir sıra sülh danışıqlarına başlamışdılar. 1919-cu ildə Paris Sülh Konfransı zamanı İtaliya qoşunları Anadoluya eniş edərək Antalyanı ələ keçirmiş və İzmirə doğru hərəkət etməyə başlamışdılar. İtalyanlar digər məsələlərə etiraz olaraq iclası tərk etmiş, bu zaman Britaniya Baş naziri Devid Lloyd Corc və Yunanıstanın Baş naziri Elefterios Venizelos sülh danışıqlarında xristian əhalinin birbaşa təhlükə altında olduğunu iddia edərək Fransa və ABŞ-ni Yunanıstanın mərkəzi İzmirdə olan Aydın vilayətinin ələ keçirməsini dəstəkləməyə inandırmaq üçün uydurulmuş hesabat irəli sürmüşdülər.