Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Didivar
Didivar — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Didivar kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı XVIII əsrin əvvəllərində Didəbad variantında qeydə alınmışdır. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi (qala) və var (möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən) sözlərindən ibarət olub, "qala kənd" mənasındadır. Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi (görüş, görüşmə) və var (yer, yurd, məskən) komponentlərinin birləşməsi kimi "iki çayın görüşdüyü yerdə kənd" mənasında izah edirlər. == Tarixi == === Tarixi abidələri === Didivar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançay ilə Cəhriçayın qovuşduğu yerdə yerləşir. == Əhalisi == Əhalinin əsas hissəsini azərbaycanlılar, qalan hissəsini kürdlər və çox cuzi hissəsini isə yəhudilər təşkil edir. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə bir kitabxana və bir mədəniyyət evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Didivar kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Didəçay
Dudəçay və ya Didəçay (fars. دوده چاي‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 506 nəfər yaşayır (119 ailə).
Didivan qalası
Didivan qalası (Didivan qülləsi) — Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə qala. == Ümumi məlumat == İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir. Planda qala dairə şəklindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur.
Didivar nekropolu
Didivar nekropolu — Babək rayonunda eyniadlı kəndin şərqində Tunc dövrünə aid arxeoloji abidə. Geniş tədqiqat işləri aparılmamışdır. Buradan qırmızı rəng üzərindən qara rənglə naxışlanmış boyalı gil qab nümunələri aşkar olunmuşdur. Abidənin yaxınlığında II Kültəpə yaşayış yerinin olması onu təqribən e. ə. III-II minilliklərə aid etməyə imkan verir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 83.
Didəban (Mərənd)
Didəban (fars. ديده بان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 677 nəfər yaşayır (157 ailə).
Dinəvar (Xudafərin)
Dinəvar (fars. دينه ور‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (22 ailə).