Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zita və Gita (film, 1972)
Zita və Gita (Seeta Aur Geeta) — 1972-ci ildə Hindistanda istehsal olunan komediya dram janrında film. == Məzmun == Uşaqlıqdan bir-birindən ayrılmış iki əkiz bacının dünya qədər köhnə olan hekayəsi. Qaraçılar tərəfindən oğurlanmış Gita (Hema Malini) rəqqasə olur. Zita isə varlı əmisi tərəfindən tərbiyə olunub və varlı varisə çevrilib....
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Ditak
Ditak — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Diva
Diva — opera, teatr, kino və pop musiqidə üstün qabiliyyətlərə sahib tanınmış qadın sənətçidir.
FITA
Beynəlxalq Oxatma Federasiyası (fr. Fédération Internationale de Tir a l'Arc) — 1931-ci ildə Lvov şəhərində yaradılan və hazırda 156 ölkənin üzv olduğu federasiyadır. == Tarixi == FITA 4 sentyabr 1931-ci ildə Polşanın Lvov şəhərində (indiki Lvov, Ukrayna) yaradılıb. Onun yeddi təsisçi üzv dövləti Fransa, Çexoslovakiya, İsveç, Polşa, ABŞ, Macarıstan və İtaliya idi. Təşkilatın məqsədi oxatma üzrə müntəzəm çempionatlar yaratmaq və oxatmanı Olimpiya proqramına qaytarmaq idi. Nəhayət 1972 Yay Olimpiya Oyunlarında FITA buna nail oldu. 2011-ci ilin iyul ayında təşkilatın 80 illik yubileyinin qeyd edildiyi FITA Konqresində böyük əksəriyyət təşkilatın adının FITA-dan Beynəlxalq Oxatma Federasiyasına (ing. World Archery Federation) dəyişdirilməsinə səs verdi.Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra, 2022-ci ilin martında Federasiya elan etdi ki, Rusiya və ya Belarusdan olan heç bir idmançı, komanda rəsmisi və ya texniki işçinin hər hansı beynəlxalq oxatma tədbirində iştirakına icazə verilməyəcək, onların bayraqları və himnləri qadağan edilib və bu iki ölkədə oxatma yarışları keçirilməyəcək.
Kita
Kita (Tokio) — Tokionun xüsusi rayonlarından biri.
Lita
Litva litası, lita (lit. litas, çox sayda litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. centas, çox sayda centai, centų). ISO 4217 sistemində beynəlxalq kodu LTL. == Tarixi == Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi. Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi. Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı. == Valyuta kursu rejimi == 25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır.
Oita
Oita (yap. 大分市) — Yaponiyanın Kyuşu regionunda (Kyuşu adası) yerləşən Oita prefekturasının eyniadlı paytaxtı.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
SİTA
İTAR-TASS — Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır.
Vita
Vita Tbilisi BK — Tbilisidə Basketbol klubu.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Dita fon Tiz
Dita fon Tiz (ing. Dita von Teese; 28 sentyabr 1972) doğum adı Hizer Rene Suit ing. Heather Reene Sweet) — amerikalı kino aktrisası, müğənni və fotomodeldir. === Burlesk === Dita fon Tiz dünyada ən çox burlesk səhnə ifasına görə tanınır, pressada onu tez-tez "Burlesk kraliçası" da adlandırırlar. Dita burlesk üslubunu 1992-ci ildən rəqqasələr qrupu ilə başlamışdı, bu da burlesk janrının dirçəlişinə səbəb olmuşdu. O özünün unikal üslubunu Anna Pyacci, Luiza Kazati və İzabella Blou kimi eksentrik qadınlardan ilham almışdı. == Şəxsi həyatı == Dita iki şəhərdə — Los-Anceles və Parisdə yaşayır. Dita çini qabların kolleksiyası ilə məşğuldur. Dita açıq olaraq öz əməliyyatları haqqında danışır: belə ki, o döş cərrahiyəsi və üzündə tatuaj edib.
DİA
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikası Prezidentinin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmış elm və təhsil müəssisəsidir. Bir neçə dəfə "İlin təhsil müəssisəsi" seçilmişdir. == Tarixi == Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müəssisəsi 1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet Partiya Məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birləşərək, ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya məktəbi adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlanmasına qədərki dövrdə davam etdirmişdir. Bakı Ali Partiya məktəbi 1954-cü ildə fəaliyyətdə olan üçillik respublika partiya məktəbi əsasında 1956-cı ildə yaradıldı. Məktəbin xüsusi fakültəsində Cənubi Azərbaycandan 1945–1946-cı illərdə gəlmiş demokratik gənclər təhsil alırdı. Həmin dövrdə respublikanın bu yeganə ali siyasi təhsil ocağında təxminən 500 nəfərə qədər müdavim oxuyurdu: məktəbdə təhsil Azərbaycan və rus dillərində aparılırdı və Cənubi Azerbaycandan Azərbaycana pənah gətirmiş ziyalıların, demək olar ki, əksəriyyəti bu illərdə hissə-hissə Bakı Ali Partiya Məktəbinə qəbul olundular və hamısı da yaxşı siyasi təhsil aldılar. 1955–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində Bolqarıstan Xalq Respublikasından 10 nəfər türk; Gürcüstan və Dağıstandan, hər il hərəsindən 5–10 nəfər təhsilə qəbul olunurdular və təhsillərini qurtararaq öz vətənlərinə qayıdırdılar. Bakı Ali Partiya məktəbində işləyən professor — müəllim heyəti hər il Partiya Mərkəzi komitəsi tərəfindən təsdiq edilirdi. Həmin illərdə ştat və ya yarımştat dərs yükü ilə Bakı Ali Partiya məktəbində respublikanın tanınmış ziyalılarından professorlar Vahid Qəhrəmanov, Ələsgər Qasımov, Qurban Yusifzadə, Qanbay Xanməmmədov, Hadi Mirzəzadə, Pyotr Valuyev,dosentlərdən Əli Əliyev, Əyyub Axundov, Dilşad Muqanlinskaya, Əbülfəz Qasımov, Mirzə Cəbiyev və onlarla digər tanınmış müəllimlər səmərəli işləmişlər.
Alpha Data
Bhaqavat Gita
Bhaqavat Gita (Bhaqavadgita, və ya sadəcə «Gita»; sanskr. भगवद्‌ गीता, Bhagavad GītāIAST «Tanrının nəğməsi») — Mahabharatanın altıncı kitabının (Bhişmaparva, 23-40-cı fəsillər) bir hissəsi olan sanskrit dilində qədim hind dini və fəlsəfi fikir abidəsi.18 fəsil və 700 şeirdən ibarətdir. Hinduizm fəlsəfəsinin əsas mətnlərindən biridir.
Data SoCool
Data SoCool — Data sahələrində ixtisaslaşmış peşəkar tədris müəssisəsi. Bu sahələrdə Azərbaycanda iş dünyası ilə təhsil arasında mövcud olan mütəxəssis boşluğunu doldurmaq və qurumların əməkdaşlarının yeni bacarıqlar əldə etmələri üçün müxtəlif dərslər tədris etməkdədir. Hazırda peşəkar ekspertlər, Avropa standartlı təlim mərkəzinə sahib olmaqla, Microsoft, IBM kimi vendorlarla rəsmi əməkdaşlıq etməklə, sıfırdan pilləli şəkildə tədris edilən və sonda uğurlu məzunlarımızın qurumlara yönləndirilməsi ilə məşğul olan Karyera Mərkəzinə sahib olmaqla ölkənin data təhsili sektoruna liderlik etməkdəyik. Hazırda yüzlərlə Data SoCool məzunu aparıcı özəl qurumlarda və dövlət orqanlarında çalışmaqdadırlar. == Tarixi == Data SoCoolun datanın faydalarını Azərbaycanda təbliğ etmək fəaliyyəti ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladı. Data SoCoolun ilk məzunları sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə, IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər. == Layihə əsaslı tədris == Data SoCool Təhsil modeli data sahələrində karyera qurmaq istəyən şəxslər üçün sıfırdan — Peşəkar İnkişaf Planının hazırlanmasından sonda iş və ya təcrübə ilə təmin etmək mərhələsinə qədər pilləli şəkildə dizayn edilmişdir. Öncə Karyera Məsləhətçisi tərəfindən tələbənin mövcud bazasına və öyrənmə imkanlarına uyğun olaraq Peşəkar İnkişaf Planı hazırlanır və Plan üzərindən dərslər tədris olunur. Yerli və Beynəlxalq Əmək bazarının tələblərinin araşdırılaraq formalaşdırılmış dərs sillabusları iş dünyasından real praktiki tapşırıqlarla təkmilləşdirilmişdir.
Data jurnalistika
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. == Növləri == Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar == Bir anlayış olaraq yaranması == Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data jurnalistikası
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. == Növləri == Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar == Bir anlayış olaraq yaranması == Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data mining
Data mining — kompüter elmlərinin bir sahəsi. Böyük həcmli verilənlərin içərisindən faydalı və yeni informasiyanın tapılmasından bəhs edir. Data Miningdə istifadə olunan bir çox metodlar süni intellekt, machine learning və statistikada istifadə olunan metodlarla üst-üstə düşür. Data Miningin cəlb olunduğu işlər: Anomaliyanın aşkarlanması: Fərqli verilənin tapılması. Digər verilənlərdən fərqlidirsə, bu ya səhv ola bilər, ya da bu verilənin araşdırılmasına ehtiyac var. assosiasiya qaydaların öyrənilməsi (association rule learning): Verilənlər arasında əlaqənin tapılması.
Dima Bilan
Dima Bilan (rus. Дима Билан; 24 dekabr 1981, Cökətəy Ayağı, Stavropol diyarı) — Rusiyalı müğənni. == Həyatı == Dima Bilan 24 dekabr 1981-ci ildə Qaraçay-Çərkəzdə anadan olmuşdur. 2 yaşında olanda ailəsi ilə birlikdə Tatarıstana, 6 yaşında olanda isə Kabardi-Balkariyaya köçmüşdürlər. Məktəbə də orada getmişdir. Məktəbdə şeirlər yazmış və mahnılar oxumuşdur. Gnesins Musical College-den məzun olmuşdur. 2008-ci ildə hamının onu tanıdığı ismi, yəni Dima Bilanı gerçək adı olaraq dəyiştirdi. == Albomları == 2003-cü ildə Dima Bilan ilk albomunu çıxartdı. Albomun adı "Ya noçnoy xuliqan" ("Mən gecə avarasıyam") oldu.
Dina Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Dina Tumarkina
Dina İosifovna Tumarkina (16 avqust 1932, Odessa) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == Dina Tumarkina 16 avqust 1932-ci ildə Odessada anadan olmuşdur. O, Odessa Texnologiya İnstitutunda və M.E.Tilker adına Odessa teatr studiyasında təhsil almışdır. 1955-ci ildə Bakıya köçmüş, yarım il Gənc Tamaşaçılar Teatrının, 1956-cı ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Dina Tumarkina bu teatrdakı 34 illik yaradıcılıq fəaliyyəti ərzində 150-dən artıq rol ifa etmişdir.Aktrisa 1990-cı ilin əvvəlindən İsraildə yaşayır. O, buradakı müxtəlif teatrlarda 6-ı ivrit dilində olmaqla, 11 rol ifa etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 7 fevral 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1972 (S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün) SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanı ("Dairəni genişləndirin" tamaşasında qadın rolunun ifasına görə) == İfa etdiyi əsas rollar == Dina Tumarkinanın repertuarında iradəli və işgüzar qadın obrazları yer tutmuşdur. Onun ifa etdiyi əsas rollar: === Filmoqrafiya === O qızı tapın (film, 1970) Ən vacib müsahibə (film, 1971) Əgər bir yerdəyiksə (film, 1975) == İstinadlar == == Xarici keçidlər == "Дина Тумаркина". kino-teatr.ru (rus). 29 dekabr 2020 tarixində arxivləşdirilib.
Dina Ulyanova
Dina Ulyanova (d. 1 sentyabr 1989; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən basketbolçu. Dina Ulyanova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Dina Ulyanova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, Mali yığmasını 13:7 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.