DATA

n məlumat, rəqəmlər, faktlar; əsas, sübut, dəlil; The data is / are still being analysed Məlumat hələ təhlil edilir

DASH
DATE
OBASTAN VİKİ
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Alpha Data
Data SoCool
Data SoCool — Data sahələrində ixtisaslaşmış peşəkar tədris müəssisəsi. Bu sahələrdə Azərbaycanda iş dünyası ilə təhsil arasında mövcud olan mütəxəssis boşluğunu doldurmaq və qurumların əməkdaşlarının yeni bacarıqlar əldə etmələri üçün müxtəlif dərslər tədris etməkdədir. Hazırda peşəkar ekspertlər, Avropa standartlı təlim mərkəzinə sahib olmaqla, Microsoft, IBM kimi vendorlarla rəsmi əməkdaşlıq etməklə, sıfırdan pilləli şəkildə tədris edilən və sonda uğurlu məzunlarımızın qurumlara yönləndirilməsi ilə məşğul olan Karyera Mərkəzinə sahib olmaqla ölkənin data təhsili sektoruna liderlik etməkdəyik. Hazırda yüzlərlə Data SoCool məzunu aparıcı özəl qurumlarda və dövlət orqanlarında çalışmaqdadırlar. == Tarixi == Data SoCoolun datanın faydalarını Azərbaycanda təbliğ etmək fəaliyyəti ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladı. Data SoCoolun ilk məzunları sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə, IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər. == Layihə əsaslı tədris == Data SoCool Təhsil modeli data sahələrində karyera qurmaq istəyən şəxslər üçün sıfırdan — Peşəkar İnkişaf Planının hazırlanmasından sonda iş və ya təcrübə ilə təmin etmək mərhələsinə qədər pilləli şəkildə dizayn edilmişdir. Öncə Karyera Məsləhətçisi tərəfindən tələbənin mövcud bazasına və öyrənmə imkanlarına uyğun olaraq Peşəkar İnkişaf Planı hazırlanır və Plan üzərindən dərslər tədris olunur. Yerli və Beynəlxalq Əmək bazarının tələblərinin araşdırılaraq formalaşdırılmış dərs sillabusları iş dünyasından real praktiki tapşırıqlarla təkmilləşdirilmişdir.
Data jurnalistika
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. == Növləri == Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar == Bir anlayış olaraq yaranması == Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data jurnalistikası
Data jurnalistikası — rəqəmlərə əsaslanan, faktlarla hazırlanan xəbərləmə forması deməkdir. Lakin bu, data jurnalistikanın tam tərifi deyil. Bəziləri düşünür ki, data jurnalistika cədvəllərdə verilən rəqəmlərin kolleksiyasıdır.20 il əvvəl jurnalistlər cədvəldə verilən informasiya əsasında izahedici yazılar yazırdılar. Lakin rəqəmsal dünyada rəqəmlə ifadə edilən hər şey data jurnalistika üçün mənbə ola bilər. == Növləri == Kibercinayətkarlığa dair hesabat. Jurnalistlər üçün məlumat bazaları.jurnalistlər hekayələr hazırlamaq üçün bu böyük məlumat bazalarından istifadə edirlər. İnfoqrafiya Məlumatların vizuallaşdırılması. İnteraktiv vizual Data Oyunlar == Bir anlayış olaraq yaranması == Jurnalistikada datadan istifadə edilməsinin ən erkən nümunələrindən biri CBS tərəfindən prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaq üçün əsas çərçivə kompüterindən istifadə etmək cəhdinin 1952-ci ilə təsadüf edir, ancaq 1967-ci ilə qədər məlumatların təhlili üçün kompüterlərdən istifadə edilməsinə başlanıldı. O vaxt Azad Detroit Mətbuatında işləyən Philip Meyer, şəhər boyu yayılan iğtişaşlar barədə məlumatları yaxşılaşdırmaq üçün əsas çərçivədən istifadə etdi. Jurnalistikada məlumatların təhlili üçün yeni bir presedent dəsti ilə Meyer, Donald Barlett və James Steele ilə 1970-ci illərdə Filadelfiyada hökm oxunuşlarına dair nümunələrə baxmaq üçün əməkdaşlıq etdi.
Data mining
Data mining — kompüter elmlərinin bir sahəsi. Böyük həcmli verilənlərin içərisindən faydalı və yeni informasiyanın tapılmasından bəhs edir. Data Miningdə istifadə olunan bir çox metodlar süni intellekt, machine learning və statistikada istifadə olunan metodlarla üst-üstə düşür. Data Miningin cəlb olunduğu işlər: Anomaliyanın aşkarlanması: Fərqli verilənin tapılması. Digər verilənlərdən fərqlidirsə, bu ya səhv ola bilər, ya da bu verilənin araşdırılmasına ehtiyac var. assosiasiya qaydaların öyrənilməsi (association rule learning): Verilənlər arasında əlaqənin tapılması.
Data mərkəzi
Data mərkəzi — kompüter sistemləri və telekommunikasiya və saxlama sistemləri kimi əlaqəli komponentləri yerləşdirmək üçün istifadə edilən bina daxilində xüsusi yer və ya binalar qrupu.İT əməliyyatları biznesin davamlılığında mühüm əhəmiyyət kəsb etdiyi üçün o enerji təchizatı, data kommunikasiyası əlaqələri, ətraf mühitə nəzarət (məsələn kondisioner, yanğının söndürülməsi) və müxtəlif təhlükəsizlik cihazları üçün ehtiyat komponentləri və infrastrukturu ehtiva edir. Böyük data mərkəzi kiçik bir qəsəbə qədər elektrik istifadə edən sənaye böyüklüyündəki əməliyyatdır. 2022-ci ildə təxmini qlobal data mərkəzi elektrik enerjisi istehlakı 240-340 terra-vatt və ya qlobal elektrik enerjisi tələbatının təxminən 1-1,3%-ni təşkil edib. Bu 2022-ci ildə təxminən 110 terra-vatt və ya qlobal elektrik tələbatının 0,4%-i olduğu təxmin edilən kriptovalyuta mədənçiliyi üçün istifadə olunan enerjidən ayrıdır.Data mərkəzləri ölçü, güc tələbləri, ehtiyatlılıq və ümumi struktur baxımından geniş şəkildə fərqlənə bilər. Data mərkəzlərinin növlərini seqmentləşdirmək üçün istifadə olunan dörd ümumi kateqoriya - yerli data mərkəzləri, yerləşdirmə vasitələri, hipermiqyaslı data mərkəzləri və kənar data mərkəzləridir.
Fiber distributed data interface
== FDDI == FDDI (Fiber Distributed Data Interface) - verilənlərin optik lifli xətlərlə yüksəksürətli ötürülməsi şəbəkəsinin arxitekturasıdır. Verilənləri ötürmə sürəti 100 Mbit/san-dir. Topologiyası ikiqat halqa və ya qarışıqdır (ulduzvarı və ya ağacvari istisna olmaqla). Stansiyaların maksimum sayı 1000-dir.
Verilənlər elmi (Data Science)
Verilənlər elmi (Data Science) informasiyanın alınması üsullarına sahib olmaqdır. “Data science” termin kimi ilk dəfə 1960-cı illərdə kompüter elmlərinin pionerlərindən sayılan Peter Naur tərəfindən “Datalogy, the science of data and of data processes and its place in education” adlı məruzəsində səsləndirilmiş , fənn kimi isə keçən əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. Bu 1966-cı ildə Elm və Texnika üçün Məlumat Komitəsinin (CODATA – International Council for science: Committee on Data for Science and Technology) təsis edilməsinə təsadüf edir . 1974-cü ildə Peter Naur “Concise Survey of Computer Methods in Sweden and the United States” kitabında verilənlərin müasir emal metodlarının icmalını vermiş və verilənlər haqqında elmi rəqəmsal verilənlərin həyat dövrünü (yarandığı andan başqa bilik sahələrinə təqdim olunmaq üçün edilən dəyişikliklərə qədər) öyrənən bir fənn kimi təyin etmişdir. Ancaq, termin 1990-cı illərdə geniş istifadə olunmağa başlamış və 2000-ci illərin əvvəllərindən hamı tərəfindən qəbul edilmişdir. 2001-ci ildə Purdue Universitetinin professoru, statistika, verilənlərin vizuallaşdırılması, maşın təlimi sahəsində tanınmış mütəxəssis Uilyam Klivlend (William S. Cleveland) statistik tədqiqatların texniki aspektlərinin inkişaf planı (Data Science: An Action Plan for Expanding the Technical Areas of the Field of Statistics) adlı tədqiqatında diqqəti “data science” fənninin tədrisi məsələsinə yönəltmişdir . O, planda “data science”-i ayrıca akademik fənn kimi irəli sürmüşdür. Bu da “data scientist” adlanan kadrların hazırlanmasına marağı stimullaşdırmışdır. Təsadüfi deyildir ki, təxminən əmin vaxtdan da CODATA-nın “Data Science Journal”-ı (2002-ci ildən) nəşr olunmağa başlanmışdır. == Xarakteristikaları == Verilənlər elmi ənənəvi informatikadan başlayaraq riyaziyyata qədər müxtəlif sahələr üzrə bacarıq və vərdiş tələb edir.
DataMatrix
DataMatrix — ağ-qara elementlər və ya bir neçə müxtəlif parlaqlıq dərəcəli elementlərindən təşkil olunan ikiölçülü matris ştrixkod. Adətən kvadrat və ya düzbucaqlı (dördbucaqlı) formaya malikdir. Matris ştrixkodu mətnin kodlaşdırılması üçün nəzərdə tutulmuşdur. Sənayedə və ticarətdə bir neçə baytdan 2 kilobayta qədər olan məlumatları kodlaşdıran bit matrislərindən istifadə edilir. İstəkdən asılı olaraq matrisi printerdə yüzlərlə kilobayt həcmlə çap etmək və sonra onları fotoaparatların köməyi ilə kifayət qədər yüksək dəqiqliklə oxumaq olar. Bu matrislərin tərkibində milyonlarla piksel var. Perfokartlar matrislər şəklində ştrixkod nümunəsidir. == DataMatrix == Bit matrislərdən olan, "Data Matrix", RVSI/Acuity CiMatrix (hal-hazırda Siemens AG konsernin bir hissəsi) şirkəti tərəfindən hazırlanmışdır. Kod elektronika, avtomobil istehsalı, yeyinti sənayeləri, aviakosmik və müdafiə sənayesi, energetika maşınqayırması kimi sahələrdə istifadə olunurHəmçinin bu kodlar reklam və əyləncə sferalarında da tətbiq edilir. DataMatrix-in köməyi ilə həm mətn kimi kodlaşdırma, həm də bu kodlaşmanın başqa tipləri — veb-istinadlar, elektron poçt ünvanları, telefon nömrələri və SMS kimi mətn yönümlü məlumatlar kodlaşdırıla bilər.
Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Diseases Database
Xəstəliklərin məlumat bazası (The Diseases Database) — xəstəliklər, simptomlar, dərman preparatlarının qarşılıqlı münasibətləri haqqında informasiyaları əks etdirən ödənişsiz sayt. Bu baza Londonda yerləşən və çox da böyük olmayan Medical Object Oriented Software Enterprises Ltd şirkəti tərəfindən saxlanılır.
Internet Broadway Database
Internet Broadway Database (azərb. İnternetdə Brodvey teatrlarının verilənlər bazası‎) — база данных о Brodvey teatr tamaşaları, eləcə də aktyor, rejissor və digər teatr xadimləri haqqında məlumatların toplandığı internet resursu. IBDb — Brodvey teatrının rəsmi arxividir. Burada XVIII əsrdən bu yana bütün Brodvey teatr tamaşaları haqqında məlumatlar, eləcə də maraqlı faktlar və statistik göstəricilər toplanmışdır. Baza 2000-ci ildə Amerika teatrları və prodüserləri elmi-tədqiqat liqasının rəhbəri Karen Hauzer tərəfindən yaradılmışdır.
Internet Movie Database
Internet Movie Database (IMDb, Azərbaycan dilinə tərcümədə azərb. İnternetdə filmlərin məlumat bazası‎) — kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilər bazası və veb-sayt. Baza əhəmiyyətli dərəcədə könüllülər tərəfindən zənginləşdirildiyinə görə saytın fəaliyyət texnologiyası müəyyən qədər viki-konsepsiyaya yaxındır.
Oracle Database
Oracle Database (əsasən Oracle kimi tanınır) — Oracle şirkəti tərəfindən istehsal olunan və satılan verilənlər bazasının idarə edilməsi sistemidir. Larry Ellison və onun dostları tərəfindən 1977-ci ildə yaradılmağa başlanmışdır.
Paleobiology Database
Paleobiology Database (PBDB) — heyvan, bitki və mikroorqanizmlərin qalıqlarının tapıldığı yer və təsnifatı haqqında. Məlumatların eynisi analoji resurs olan Makkouri Universitetinin Fossilworks bazasında yerləşdirilib.
Yuyçzülyü Datan
Yuyçzülyü Datan (v. 429) - hakimiyyətə əmisindən sonra gəlmişdi, Yuyçzülyü Şelunun kiçik oğlu Yuyçzülyü Pixunun oğlu və jujanların üçüncü xaqanı idi. Hakimiyyətə gələndən sonra Şimal Vey sülaləsi ilə müharibəyə başladı. 429-cu ilə qədər apardığı müharibələrin sonunda Şimal Vey imperatoru Toba Taivu tərəfindən ağır məğlubiyyətə uğradılaraq öldürüldü. Taxta oğlu Vuti keçdi.
Databaza
Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing. database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir. Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir. İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.

Digər lüğətlərdə