Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Riçard Dokinz
Klinton Riçard Doukinz (ing. Clinton Richard Dawkins; 26 mart 1941[…], Nayrobi, Britaniya Keniyası[d][…]) — britaniyalı etoloq, təkamül bioloqu və yazıçı. Nyu-Kollecin əməkdar üzvü. 1995-2008-ci illər ərzində Oksford Universitetində professor kimi çalışmışdır. Doukinz 1976-ci ildə işıq üzü görmüş "Eqoist gen" əsəri ilə məşhurlaşmışdır. Əsərdə o, təkamül prosesini genetik baxımdan izah etmiş , ilk dəfə "mem" terminini istifadə etmiş və yeni elmi istiqamət olan "memetika" təklif edilmişdir. 1982-ci ildə yazılmış "Genişlənmiş fenotip" əsəri ilə təkamül nəzəriyyəsinin aydınlaşdırılmasına mühüm töhfə vermişdir. Doukinz ateistdir və Britaniya humanitar Assosasiyasının vitse-prezidenti və "Brayts" (ing. Brights) hərəkatının üzvüdür. Kresionizmin və rasional yaradılışın tənqidçisi kimi tanınır.
Riçard Dokinz (Richard Dawkins)