Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Doha
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Dolab
Dolab-i Kəranlı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Dolab (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Dolu
Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı. == Ümumi məlumat == Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Dona
Dona (Дона) — Makedoniyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Kola
Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Kola (içki) — sərinləşdirici içki.
Yola
Yola — Nigeriyanın Adamava ştatının paytaxtı. == Adı == Şəhərin adı böyük düzənlik və ya geniş düzənlik torpaq deməkdir.
Dol
Dol (musiqi aləti) — musiqi aləti. Dol (rayon) — Fransanın Franş-Konte regionun rayonlarından biri.
A Bola
A Bola (İngiliscə: "Top") Lissabonda dərc edilən portuqal dilində idman qəzetidir. == Tarix və Profil == A Bola 1945-ci ildə Kandido de Oliveyra və Ribeyro dos Reis tərəfindən Lissabon şəhərində təsis edilmiş və həftədə 2 dəfə çap edilirdi. 1995-ci ildən etibarən isə qəzet gündəlik olaraq çap edilməyə başlandı. Qəzetin aşağı hissəsində "Bütün idmanların qəzeti" başlığı əks olunsada əslində böyük ölçüdə futbol mövzusunu özündə əks edir. 1952–53 mövsümündən etibarən, qəzet Portuqaliya liqasının bombardirinə Gümüş top (Portuqaliya) mükafatını təqdim etməkdədir. Qəzet həmçinin Portuqaliya müstəmləkəsi olmuş bəzi Afrika ölkələrində çox populyardır. 2006-cı ildən etibarən isə qəzet portuqal əsilli əhalinin geniş yayıldığı Nyuark və Nyu-Cersi kimi Amerika Birləşmiş Ştatları şəhərlərində çap edilməkdədir. 2014-cü ildən isə qəzetin televiziya kanalı fəaliyyət göstərməkdədir.
Arsan Dolay
Arsan Dolay — türk və yakut mifologiyasında acgözlük tanrısı. Dulay xan və ya Doğulay xan olaraq da bilinir. Sərhədsiz sərvətə malikdir. Şər ruhların bir qisiminin rəhbəri mövqesindədir. Buynuzlu və saqqallıdır. Kölgəsi yoxdur. Arvadı və yeddi oğulu vardır. Şeytanı güclərlə əlaqəsinin bir simvolu olaraq, buynuzlu və saqqallı düşünülən və hesabsız sərvətə sahib olan Arsan Dolay Xan, yeraltı dünyasının ən dərin qatında yaşayan bir varlıqdır. Özünün diqqətinin çəkilməsindən qorxulduğu üçün adının deyilməsindən çəkinilər. Oğullarından hər biri, bir pis ruh komandasının başında olur.
Betpak-Dala
Betpak-Dala, (qaz. Бетпақдала), eləcə də Şimali Mirzəçöl — Qazaxıstanın Karağandı vilayəti, Cənubi Qazaxıstan vilayəti və Cambul vilayətini əhatə edən səhra. Betpak-Dala Sarısu, Çu çayları və Balxaş gölü əhatəsində yerləşir. == Adının mənası == Betpak-Dala türk dilində «batnak» - bataqlıq və ya fars dilində bedbaxt - bədbəxt, kasıb; türk dilində «dala»- tala, düzənlik deməkdir. == Ümumi məlumat == Səhra 46°30' paralelində Qazaxıstan xırdatəpəliyi ilə həmsərhəddir. Sahəsi 75 min km²-dir. Səthi düz və dalğalı düzənliklərdən ibarətdir. Ərazinin hündürlüyü 300–500 m arasında dəyişir. Ərazinin meyilliyi cənub-qərb istiqamətindədir. Cənub-qərb hissəsində Jeltau yüksəkliyi(974 m) yerləşir.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — 6 may 1886-cı ildə ABŞ- da yaradılmış sərinləşdirici içkilər istehsal edən The Coca-Cola Company şirkəti tərəfindən satışa çıxarılan qazlı sərinləşdirici içkidir. == İstehsalı == Coca-Cola, Amerika Birləşmiş Ştatları mənşəli, karamelize şəkərlə dadlandırılmış, spirtsiz içki markası. Coca-Cola və müxtəlif spirtsiz içki markalarının sahibi, mərkəzi ABŞ- ın Georgia əyalətində, Atlanta şəhərində olan çox millətli şirkətdir. 1886-cı ildə qurulan şirkətin səhmləri, Nyu York Birjasında KO qısaltması ilə əməliyyat göstərilir İkinci Dünya Müharibəsindən sonra Amerika həyat tərzinin bir simvolu olaraq əvvəl Avropada, sonra bütün dünyada məşhur reklam kampaniyaları ilə böyük bazar payı qazandı. Soyuq Döyüşün ardından Sovetlər Birliyi torpaqlarında və Şərqi Avropada istehsal və satışa başladı, bu bölgələrdə də spirtsiz içki bazarında güclü vəziyyətə gəldi. İdarə heyəti Başçısı (CEO) Türk iş adamı Muxtar Kentdir. Coca Cola və Pepsi- nin istehsal edən şirkətlər, Kaliforniya qanunlarına görə, məhsullarına xərçəng xəstəliyinin qonmaması üçün bu içkilərin tərkibini dəyişdirir. Yeni tərkibə görə, içkilərə karamel rəngini verən 4 — metilimidazol maddəsindən daha az istifadə ediləcək. 4 — metilimidazol, Kaliforniya əyalətinin xərçəngə gətirib çıxardığı düşünülən maddələr siyahısında iştirak edir.
Cola acuminata
Sivri kola (lat. Cola acuminata) - kola cinsinə aid bitki növü.
Cola nitida
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Crisalide (Vola)
Crisalide (Vola) — (azərb. Barama (Uç)‎) San-Marinonun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Doha şəhəri
Doha — Qətərin paytaxtı. == Coğrafiyası == Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir. == Tarixi == Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır.
Doka Umarov
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dolab (Xudabəndə)
Dolab (fars. دولاب‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 117 nəfər yaşayır (19 ailə).
Dolan (Kəleybər)
Dolan (fars. دولان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (16 ailə).
Dolf Lundqren
Dolf Lundqren (isv. Dolph Lundgren, 3 noyabr 1957, Stokholm) — əslən isveçli olan ABŞ aktyoru, prodüseri, rejissoru, ssenaristi və idmançısıdır. Dolf Lundqren karatenin kyokuşinkay növü üzrə üçüncü dərəcəli qara kəmər mükafatçısıdır. == Həyatı == === Uşaqlıq illəri və idman karyerası === Dolf Lundqren 1957-ci ildə İsveçin paytaxtı Stokholm şəhərində anadan olmuşdur. Atası Karl ekonomist, anası isə məktəbdə xarici dili müəlliməsi idi. Atası Lundqreni uşaqlıqda həmişə bəxtigətirməyən adlandırırdı. Lakin buna baxmayaraq Lundqren atasını yenə də çox istəyirdi: "Nə olursa olsun mən atamı əvvəlki kimi çox istəyirəm. Mən onun lənətləri ilə bu gün də fərəhlənirəm. Böyüyən zaman mən onunla çox şeylərdə üzləşirdim: Mən çox inadkarıydım, o isə buna tab gətirə bilmirdi" Məhz atasının onu belə adlandırması Lundqreni idmanla məşğul etməyə vadar etdi. Lundqren xəstə bədənini göstərməyə qorxurdu və allergiyası var idi.
Dolu (Astara)
Dolu — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Dolu Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin dilində Dələv adlanır. Tədqiqatçılar oykonimi "zəminin Hündürlüyüdur yerindən su axıtmaq üçün açılan yer" kimi izah edirlər, doliv sözü ilə əlaqələndirərək "ağac yarpağı" mənasında izah edənlər də var. == Etimologiyası == Dolu Dəlov adından təhrifdir. Talış dilində dəlöv zəminin hündür yerindən su axıtmaq üçün qazılan çökək yer mənasındadır. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dolu (dəqiqləşdirmə)
Dolu — atmosfer yağıntısı. Dolu (Astara) — Azərbaycanın Astara rayonunda kənd. Dolu bələdiyyəsi — Azərbaycanın Astara rayonunda bələdiyyə. Dolu (film, 2012) —Aqil Abbasın eyniadlı romanının motivləri əsasında Qarabağ müharibəsi mövzusunda çəkilmiş film.