Nolan Buşnell
Nolan Buşnell (5 fevral 1943, Klirfild[d], Yuta) — mühəndis.
Buşnell 5 fevral 1943-cü il Yuta ştatı (ABŞ) Klervill şəhərində doğulub. Kiçik yaşlarından elektronika sahəsinə maraq göstərib.
Loqan şəhərindəki kolleci bitirən Buşnell bir neçə il sonra Yuta ştatının universitetinə daxil olur. Mühəndislik elmlərindən başqa, o, maraqla iqtisadiyyatı, fəlsəfəni, riyaziyyatı və biznesin təşkilini öyrənirdi. Nolan təhsil aldığı dövrdə universitetdə Devid Evans və İvan Sazerlend elektron qrafikləri kursunu tədris edirdilər. Onlar Buşnellin gələcək uğurlu karyerasının bünövrəsini qoydular. O, bu kurslarda həvəslə iştirak edir və elektronika sahəsinin incəliklərini öyrənməyə və tətbiq etməyə səy göstərirdi. Buşnel kompüterlərə, xüsusilə videooyunlara heyran qalmışdı. O zaman "Ulduzlu müharibələr" adlı oyun xüsusilə məşhur idi.