DOLAQ

is.
1. Qılçaya sarılan, yundan və s.-dən toxunma sarğı, yaxud parça zolağı.
Dolaqsız gedən oğlan; Dolaq tamam oldu, gəl. (Bayatı).
Bir əsgər kəhriz başındakı qarağaca söykənib dolaqlarını bağlayırdı. Mir Cəlal.

// Patava.
[Döyüşçünün] şineli, şalvarının dizləri, dolağı, çəkməsi başdan-başa palçıq içində idi. Ə.Vəliyev.

2. xüs. Dolamağa, sarımağa yarayan hər şey.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLAQ dolaq bax patava
  • DOLAQ patava — sarğı

Etimologiya

  • DOLAQ Dolamaq feilindən əmələ gəlib, soyuqdan qorunmaq üçün qışda baldıra dolanan materialdır. Patava sözü də var və farscadır
DOLABLI
DOLAQARDI

Digər lüğətlərdə