Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dostalan (Urmiya)
Dostalan (fars. دوست الان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (23 ailə).
Merab Kostava
Merab Kostava (gürcü: მერაბ კოსტავა; 26 may 1939, Tbilisi – 13 oktyabr 1989) — gürcü musiqiçi, dissident və şair, həmçinin Gürcüstanda Milli-Azadlıq hərəkatının liderlərindən biri idi. 1989 -cu ilə qədər Sovet İttifaqına qarşı Gürcüstanda müxalif hərəkata rəhbərlik etdi. Kostava 1939-cu ildə SSRİ -nin Gürcüstan Sovet Sosialist Respublikasının Tbilisi şəhərində anadan olub. 1954 -cü ildə Kostava və Zviad Qamsaxurdiya, paytaxt Tbilisinin əsasını qoymuş orta əsr gürcü kralı Vaxtanq Qorqasalinin xatirəsinə həsr olunmuş gürcü gənclər "Qorqasliani" təşkilatını qurdular. 1956-1958-ci illər arasında Kostava, Qamsaxurdiya və bu təşkilatın bir neçə üzvü ilə birlikdə "anti-sovet fəaliyyətinə" görə DTK tərəfindən həbs edildi. Kostava və Qamsaxurdiaya qarşı irəli sürülən ittihamlara anti-kommunist ədəbiyyatın yayılması və elanlar daxil idi. Kostava 1962 -ci ildə Tblisi Dövlət Konservatoriyasını bitirdi. 1962–1977 -ci illərdə Tbilisidə yerli musiqi məktəbində müəllim idi. 1973 -cü ildə Kostava və Qamsaxurdiya İnsan Hüquqlarının Müdafiəsi Təşəbbüs Qrupunu yaratdılar. 1976-cı ildə Kostava, Gürcüstan Helsinki Qrupunu (daha sonra 1989-cu ildə Gürcüstan Helsinki Birliyi adlandırıldı) təsis etdi.