Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dehnuş
Dehnuş (fars. دهنوش‎) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 207 nəfər yaşayır (65 ailə).
Disput
Disput (lat. disputare – ayırd etmək, mübahisə etmək): auditoriyada gedən elmi mübahisədir; elmi dərəcə almaq üçün açıq dissertasiya müdafiəsidir; məktəbdə yuxarı sinif şagirdləri ilə sinifdənkənar aparılan əsas iş formalarından biridir; ictimai, siyasi əhəmiyyət daşıyan hər hansı bir məsələnin müəyyən təşkilat və ya müəssisədə keçirilən müzakirə formalarından biridir; elmi, ədəbi və s. mövzuya dair açıq mübahisədir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”, Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Kihnu adası
Kihnu (est. Kihnu) — Baltik dənizində yerləşən ada. Kihnunun sahəsi 16,4 km² təşkil edir. Estoniyanın ərazisinə daxildir. Kihnu adası Riqa körfəzinə daxil olan iri adalardan biridir. Estoniyanın isə sahəsinə görə yeddinci adasıdır. İnzibati cəhətdən isə Pyarnu qəzasının Kihnu rayonu ərazisinə daxildir. == İqlimi == Adada dəniz və konntinental mülayim iqlim hakimdir. Orta illik temperatur — 6,8 °C Küləyin orta günlük sürəti — 5,7 m/s Havanın mütləq rütubəti — 83 % == Tarixi == Kihnu adası ərazisində ilk insan yayış məntəqəsi üç min il öncəyə aiddir. Ada haqqında ilk yazılı məlumat isə 1386-cı ilə aiddir.
Maykl Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Dirnt