Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dark (dağ)
Dark — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dark- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Azərbaycanda Dərk (Quba rayonunda) kənd və dağ adları ilə mənaca eynidir. Türk dillərində dar yer, dar keçid mənasındadır. (Kür çayı ilə Qabırrıçay (İori) arasında — Samux rayonu ərazisində bir dar keçid Dar-Doqqaz adlanır).
DAK
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Daffi Dak
Daffi Dak və ya Ördək Daffi (ing. Daffy Duck) — antromorfik qara rəngli ördək, cigi film personajı. Bədəni qara, ayaq və dimdiyi narıncı rəngdədir. Boynunda ağ halqa şəkilli lələklər var. Pəltək danışığı var, danışanda tüpürcək saçır. Baqz Banni və donuz Porkidən sonra ekranda ən çox görülən üçüncü personaj hesab olunur. Cizgi filmlərdə əksər hallarda donuk Porki və Baqz Banni ilə birlikdə çəkilmişdir. İnsanlar Daffini ilk dəfə 17 aprel 1937-ci ildə yayımlanan "Donuzun ördək ovu " cizgi filmi ilə tanıdılar. Cizgi filmin rejissoru Teks Everi idi. Daffi obrazını tam 52 il boyunca Mel Blank səsləndirmişdir.
Donald Dak (personaj)
Donald Dak və ya Ördək Donald (ing. Donald Duck) — 9 iyun 1934-cü ildə "Walt Disney Animation Studios" kompaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Tam adı Donald Fauntleroy Dak (ing. Donald Fauntleroy Duck) kimi səslənir. 1934-1985-ci illər ərzində Klorens "Daki" Neş ölümünə qədər Donald Dakı səsləndirmişdir. 1985-ci ildən başlayaraq bir müddət personajı Toni Anselmo səsləndirmişdir. Donald Dak personajı Skandinaviya ölkələrində daha çox populyarlıq qazanmışdır. 2004-cü ilin avqust ayında Şöhrət xiyabanında ulduzu qazanmışdır. == Böyük Vətən müharibəsi dövründə == Donald Dak məşhurluğunu daha çox İkinci dünya müharibəsi dövründə qazanmışdır. Döyüşə gedən əsgərlərdə daha çox sevinc hissi yaratmaq üçün 1943-cü ildə "Fürerin üzü" adlı qısametrajlı cizgi filmi nümayiş etdirilir.
Adak
Adaq - türk ve altay mifologiyasında və xalq mədəniyyətində əhd və ya nəzir deməkdir. Azərbaycan dilində əhd və ya nəzir anlayışına bənzəsə də daha geniş əhatəlidir, çünki Şamanlık ənənəsindəki qansız qurban (saçı) və azad qurbanı (ıdık) anlayışları da "Adak" anlayışı içərisində iştirak edər. Hər hansı bir dilək yerinə gəldiyində qarşılığında ediləcəyi və ya veriləcəyi deyilən şey və bunun nəticəsində insanın özünü Tanrıya qarşı öhdəçilikli etdiyi vəziyyət. Osmanlıca nəzir sözünün Türkçe qarşılığıdır. Müqəddəs varlıqlardan kömək istəmək məqsədiylə qurban kəsmək, saçı vermə, şam yandırma, pul bağışlamaq kimi hərəkətlərdə iştirak etmək taahhüdü. Bu yüklenim yerinə yetirilmədiyi təqdirdə adamın başına mənfiliklər, hətta fəlakətlər gələcəyinə inanırlar. Çünki bu söz Tanrıya qarşı verilmişdir. Əhd anlayışına hər dində rast gəlinməkdədir. Anadoluda "Adamak" (Həsr etmək) sözü ilə də istifadə edilər. Türk mədəniyyətində ən məşhur olanı, əhd qurbanı və əhd sədəqəsidir.
BAK
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
DGK
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi — Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən dövlət orqanı. == Tarixi == Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə Əsasnamə"yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır. 4 may 1847-ci ildən Bakı Gömrüyü Zaqafqaziya Karantin-Gömrük dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəçiliyinə çevrilir. Qafqaz canişini tərəfindən 31 mart 1861-ci il tarixdə təsdiq edilmiş "Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə Əsasnamə"yə görə bü idarə Bakı Karantin-Gömrük Kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinin idarəçiliyinə tabe edilmişdi. 1897-ci il dekabr ayının 8-də "Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları" barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi idarə heyəti tabeliyində Bakı Gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir. 1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir. 1918–1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmiş və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir. 1921-ci ilin əvvəlində Bakı Gömrükxanası aşağıdakı struktura malik idi: 1. Dəftərxana; 2.
DNK
Azot əsasları — nuklein turşularının tərkibinə daxil olan,pirimidin və purin törəməli heterotsiklik üzvi birləşmələrdir. Qısaldılmış şəkildə böyük latın hərfləri ilə işarə olunur. Beş növ azotlu əsaslar var — Adenin, Quanin, Sitozin, Timin, Urasil. Azotlu əsaslardan Adenin (A), Quanin (Q), Sitozin (S), həm DNT-nin və həm də RNT-nin tərkibinə daxildir. Timin (T) tək DNT-nin hissəsidir, Urasil (U) isə yalnız RNT-də olur. Adenin və Quanin — purin törəmələridir, Sitozin, Urasil və Timin isə — pirimidin törəmələridir. Yalnız DNT-də mövcud olan Timin və yalniz RNT-də aşkar olunan Urasil kimyəvi strukturlarına görə oxşardır. Urasilin timindən fərqi 5-ci karbon atomunda metil qrupunun olmamasıdır. Azot əsasları — kovalent rabitə vasitəsilə riboza və dezoksiribozanın 1 atomu ilə birləşərək N-glikozidləri yaradirlar ki, bunlarıda nukleozidlər adlandırırlar. Nukleozidlərdə olan şəkərin 5'-hidroksilli qrupuna bir və ya daha çox fosfat qrupları birləşir ki,bunlara nukleotidlər deyilir.
DTK
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…"1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Daks
Daks (fr. Dax, bask Akize) — Fransanın cənub-qərbdə yerləşən kommuna, departament — Landlar, inzibati region — Akvitaniya. Uzun müddət Qaskon tarixi vilayətin tərkibində olmuşdur. Fransanın məşhur balneoterapiya kurortudur. === Muzeylər === Borda muzeyi. 1807-ci ildə Daks şəhərində açılan şəhər muzeyi Jak-Fransua Borda d'Oronun qiymətli kolleksiyasına ev sahibliyi etdi. 1876-cı ildə bir qrup yerli partriotlar regionun tarixi və arxeologiya öyrənən Borda Cəmiyyəti adlanan elmi bir cəmiyyət qurdular. Muzeydəki kolleksiyaya İç şəhərinin tarixi ilə yanaşı, bir çox sənət əsərləridə aiddir. Jorjetta Düpui muzeyi (fr. Georgette Dupouy).
Dal
Dal (həmçinin дал, даал; hind दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriSoyadSun Dan — Çini təmsil edən bədii gimnast.DigərDan dili — Danimarkanın dövlət dili.
Dao
Dao (çin. 道, hərfi mənası — yol) – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı ("qoca müəllim") belə he-sab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
Dark
Dark (dağ)
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.
DŞK
DŞK 1938 — (rus. ДШК, Дегтярёва-Шпагина Крупнокалиберный, rum. Degtyaryova-Şpagina Krupnokalibernıy) sovet istehsalı 12,7 mm-lik ağır pulemyotdur. Bəzi hallarda piyadalara kömək etmək üçün də istifadə edilir, bu zaman daşınma məqsədləri üçün iki təkərli yedəkləmə vasitəsinə quraşdırıl və ya qabağına silərlik zireh əlavə edilərək istifadə edilir. Adını silahın konstruktorlarından almışdır. Vasiliy Degtyaryov, silahın ilk versiyasını hazırlamış, Georgi Şpagin bəslənmə mexanizmini inkişaf etdirmişdir və qısaltma adına əsasən Doçka / Doşka adlandırılmışdır. (azərb. “Qızım”, “Şirinim”‎) 12.7 kalibrli olub, 12.7x108mm-lik sursat işlətmişdir. İşləmə mexanizmi qaz mexanizmi, tətik mexanizmi pulemyot mexanizmi əsasında olmuşdur. Atış sürəti dəqiqədə 600 mərmi, mərminin çıxış sürəti 850 m/s, effektiv mənzili 2000 m, maksimum mənzili 3500 m, doldurulması lent əsaslı, nişangahı optik və ya mexaniki olmuşdur.
Eak
Eak (həmçinin Ayak və ya Oyak, q.yun. Αἰακός, lat. Aeacus) — qədim yunan mifologiyasında personaj, Zevsin oğlu və Egina adasının hökümdarı. O, güclü ədalət və dindarlıq hissləri ilə seçilirdi. Axilles və Ayaks Telamonidin də daxil olduğu Eakidlər sülaləsinin əcdadıdır. Bir mifə görə, vəfatından sonra axirət dünyasında hakim oldu. == Mifologiyada == Eakın anası Egina idi, hansı ki çay tanrısı Asopun qızı və Saronikos körfəzində yerləşən adanın eponimi olmuşdur (qədim müəlliflərindən yalnız biri Mavr Sevi Honorat Eakın anası kimi digər qadını Avropanı qeyd edir). Elə məhz bu adada Eak dünyaya göz açdı. Hesiod tərəfindən yazılmış mifin köhnə versiyasına görə, o, orada yeganə insan idi; Zevs onun istəyi ilə yerli qarışqaları insanlara çevirdi və beləliklə yeni Mirmidonlar xalqı yarandı və Eak onların hökümdarı oldu. Sonrakı dövrlərdə yaşayan müəlliflər yazırlar ki, qısqanc Hera Eginaya azar göndərdi, bunun nəticəsində bütün yerli sakinlər öldü.
Lak
Laklar (lak. лак, гъази-гъумучи) — Şimali Qafqazda yaşayan xalq. Laklar tarixən Mərkəzi Dağlıq Dağıstan ərazisində yayılmışklar. Lakların etnik-mədəni ərazisi Lakiya adlanır. == Etimologiya == === Endomin === «Lak sözü lakların öz-özlərini adlandırmasıdır. «Ju lak buru» — biz laklarıq; «ju lakral xalk buru» — biz lak xalqıyıq; «lakssa» — lak, laklar; «lakkuçu» — lak kişi, laklı; «lakku maz» — lak dili; «lakku bilayət» — Lak ölkəsi; «Lakkuy» — Lakiya; «lakral rayon» — lak rayonu; «lakral kıanu» — lak yeri; «lak naççaxıluq» — lak dövləti. Laklar "lak" adını etnonim və toponim kimi istifadə edirlər. Lak dilində «lak» sözü «laxsaa» (yüksək) və «laq» (qala) sözlərinə yaxındır. === Ekzomin === Lakları digər xalqlar müxtəlif adlarla adlandırırlar. Avarlar laklara tumal, qumeq; darginlər — vuluquni, vuleqi, suluquni; ləzgilər — yaxular, yaxulşu; qumuqlar — qazıqumuqlar; çeçenlər — qıazıumki; ruslar — laklar, qazıqumuxlar adlandırırlar.
Pak
Pak (və ya pak buzu) — dəniz buzunun bir növü olub, Şimal Buzlu okeanın mərkəz hissəsini örtən, çoxillik buz yığınına deyilir. Pak çoxillik buzun parçalanması və yenidən donub birləşməsi nəticəsində əmələ gəlir. Pakın orta qalınlığı 5 m, ayrı-ayrı çıxıntıların hündürlüyü isə 10 m-ə çatır. Pak buzunun tərkibində duz və hava boşluqları olmadığından mavi rəngdədir. Pak Şimal Buzlu okeanında ümumi buz sahəsinin 70–80%-ni təşkil edir. Cənub okeanda Pak buzu yoxdur. Pak adi buzqıran gəmilər üçün keçilməzdir.
Yak
Yak (lat. Bos grunniens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Yakların hündürlükləri 2 metrə, çəkiləri 1000 kiloqrama çatır. Bədənləri uzun tüklərlə örtülü olur. Ayaqlarında, yanlarında da uzun tüklər olur. Yaklar Tibetdə dəniz səviyyəsindən 4000-6000 metr yüksəklik ərazilərdə çox az ərazidə yaşamaqdadır.