DAD₁

is.
1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam.
Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, … nə iylidir. C.Məmmədquluzadə.

□ Dad orqanı (üzvü) anat. – dilin səthində olan və dadı müəyyənləşdirməyə xidmət edən sinir ucları.
Dadına baxmaq1) yeyilən və ya içilən şeyin dadını bilmək üçün ondan bir az yemək, ya içmək;
2) az yemək.
2. məc. Ləzzət, nəşə.
Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. Sarı Aşıq.
[Qacar:] Deyirlər şirindir busənin dadı; O da kor bəxtimə qismət olmadı. S.Vurğun.

□ Dad almaq – ləzzət almaq. Bu yeməkdən heç bir dad almadım.
– Ol şuxə ki can olurdu Fərhad; Şirin dodağından aldı yüz dad. Xətayi.
Qoy başını sinəsinə, bir dad al; Qoy babalın boynuma, get, arvad al. M.Ə.Sabir.

Dad vermək – ləzzət vermək, nəşə vermək, xoşa gəlmək.
Bahar nə xoş gəlir, ruha dad verir; Xəyala, duyğuya qol-qanad verir. S.Vurğun.
Yeni xəbərlər, xüsusən müsamirə qızlara dad verirdi. Ə.Vəliyev.

Dada gətirmək – dadlı etmək, ləzzətli etmək; dadlandırmaq.
Dadı damaqda qalmaq, dadı damaqdan getməmək – unudulmayacaq qədər ləzzətli şey haqqında.
…İştaham yox idi, gör xörəyin necə dadlıdır ki, hamısını yedim, hələ bir dadı damağımda da qaldı. M.Hüseyn.

// Heç unutmamaq, yadda saxlamaq.
[Hacı Səmsam:] …İndi sizə elə bir aş içirdim ki, ölənə kimi dadı damağınızdan getməsin. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAD I DAD, LƏZZƏT [Qaysı gilasa:] Yox sənin ətin; Dadın, ləzzətin; Quru sümüksən; Ağaca yüksən (M.Seyidzadə); TAM O da mənim bəxtəvər vətənimin tamıdır; E
  • DAD fəryad — fəğan — haray
  • DAD tam
  • DAD ləzzət — nəşə
  • DAD kömək — imdad
  • DAD şikayət
  • DAD aman — vay — haray

Omonimlər

  • DAD DAD I is. psix. Xarici duyğuların növlərindən biri, tam. Beş-on günlük ömrü var; Şirin bir yuxu yatsın; O da bilsin dünyanın ləzzətini, dadını (S
DABBAĞLIQ
DAD₃

Digər lüğətlərdə