Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dakar
Dakar — Seneqalın paytaxtı. Seneqalın payataxtında çoxlu universitetlər, mədəniyyət mərkəzləri, muzeylər fəaliyyət göstərir. Dakar Rəssamlıq muzeyi şəhərin qürur mənbəyidir. Qore adasındakı Tarix muzeyi də diqqətəlayiqdir. Paytaxtda Qərbi Afrikanın ən böyük mədəniyyət mərkəzləriondən biri Daniel Sorano Teatrı fəaliyyət göstərir.
Davar
Dakar dairəsi
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Dakar meydanı

Ralli Dakar
Ralli Dakar (qısaca "Dakar"; köhnə adıyla "Paris Dakar Rallisi", bu an "Lissabon Dakar Rallisi"), Amaury Sport Organisation tərəfindən hər il təşkil edilən prestijli yol xarici yarış. Yarış həvəskar və peşəkar yarışçılara açıqdır, həvəskarlar ümumi iştirakın 80 %-ini meydana gətirməkdədir. Adına baxmayaraq, bir rallidən çox yol xarici dayanıqlılıq yarışmasıdır. Parkur, çox pis vəziyyətdəki yollar və ya yol olmayan sahələrdən keçməkdə, yarışan vasitələr də rallilərdəki dəyişdirilmiş sedanlar yerinə gerçək yol xarici vasitələrindən seçilməkdədir. Şəxsi etapların çoxu yol xarici, qumluqlar, palçıqlı sahələr, qayalıqlar kimi yerlərdə aparılır. Hər etapda qət edilən yol bir neçə kilometr ilə bir neçə yüz kilometr arasında dəyişir. Ən uzun etap 800 Km.den arıqdır. 17 etapdan ibarətdir. Müsabiqə macəra axtaranlar üçün tapılmaz bir fürsət kimi görünsə də, bir çox təhlükələr və qəzaları da gözə almaq lazımdır. Müsabiqə başladığı 1978-ci ildən bu yana 30 il içərisində 56 adam həyatını itirmiş, bir çox insan da şikəst olmuşdur.
Dareka no Manazashi
Dareka no Manazashi (だれかのまなざし, azərb. Kiminsə baxışı‎) – 2013-cü il istehsalı qısametrajlı anime filmi. Makoto Şinkay ssenaristliyi və rejisorluğu ilə çəkilmişdir. 10 fevral 2013-cü il Tokyo Beynəlxalq Forumunda ekranlaşdırılmışdır. Həmçinin, Şinkayın 31 may 2013-cü ildə "Söz bağçası" anime filminin premyerası ilə birlikdə nümayiş etdirilmişdir. Daha sonra 2013-cü ilin sentyabrından 2014-cü ilin yanvarına kimi YouTube-da yayımlanmışdır. "Dareka no Manazashi" yenicə müstəqil olan bir gənc qadının yetkinliyə çatması və onun atası ilə olan münasibətinin dəyişməsindən bəhs edən futuristik hekayədir. Hekayə ailə həyatını xatırladan səhnələrdən, qızın babası və ailə pişiyi ilə olan münasibətindən bəhs edir. Film CoMix Wave Films, NEST və TYO M1 Production tərəfindən The Answer Studio Co., Ltd. ilə birgə istehsal olunmuşdur.
Mirzə Ələkbər xan Davər
Mirzə Ələkbər xan Davər (1867–1937) — İranın müasir ədliyyə sisteminin qurucularından biri. Mirzə Ələkbər xan Davər 1867-ci ildə Mazandaranda doğulmuşdu. Rza şah Pəhləvinin hakimiyyəti dönəmində İranın maliyyə vəziri olmuşdu. Modern ədliyyə sisteminin qurucularından biridir. Mirzə Ələkbər xan Davər 1937-ci ildə vəfat edib.