Davaro (film, 1981)
Davaro — Kartal Tibetin rejissoru olduğu, Kamal Sunal baş rolda oynadığı 1981-ci ildə çəkilən Türkiyə filmi.
== Mövzu ==
Almaniyaya işləməyə gedən Memo, istədiyi pulu qazanıb kəndinə dönür və nişanlısı Cano ilə evlənmək istəyir. Memonun qan davalı olduqları Sülo da həbsdən çıxaraq arvadı Ayşonun yanına gəlir. Bunu duyan Hamo, toy-düyünü durdurur və oğlu Memonun, Sülonu öldürməsini istəyir. Ancaq, Memo buna yaxşı yanaşmır.
Öldürüləcəyini anlayan Sülo, Memoya bir təklif edir. Memonun onu öldürməməsi durumunda kənddən uzaqlaşacağını söyləyir. Evlənmək üçün başqa çarəsi qalmayan Memo, Sülonun planını qəbul edir və kənd meydanında Sülonu yalandan vurur. Kənd camaatı da bu nömrəyə inanır.
Daha sonra dağdaki bir quldurun yanında təkrar qarşılaşan Memo və Sülo yene bir-birinə düşmənçilik edir.