İŞVƏKAR

sif. [ ər. işvə və fars. …kar] Öz qəmzəli baxışları ilə kişiləri məftun edən; işvəli, qəmzəli.
[Zeynəb xanım] Alış bəyi görüncə qaşlarını qaldırdı, fitnəli gözlərini süzdü və işvəkar bir səslə qulluqçuya dedi: – Ovçuluq gözəl şeydir. Çəmənzəminli.
Müəyyən bir məqsədlə kişilərə yanaşan işvəkar qadın ən möhkəm iradəli şəxslərə belə sevginin zəhrini aşılaya bilər. M.S.Ordubadi.
Şux və işvəkar ərəb qızları gələr və xaqanla əylənərlər. H.Cavid.

// İs. mənasında. Dilbər.
[Arif İblisə:] Bir afətə, bir nigarə uydum; Bir qəmzəli işvəkarə uydum. H.Cavid.
Bütün ətrafə min bəzək saçılır; Durma gəl, nazlım, işvəkarım, gəl! S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İŞVƏKAR işvəkar bax nazlı
  • İŞVƏKAR nazlı — qəmzəli
İŞVƏBAZLIQ
İŞVƏKARANƏ

Digər lüğətlərdə

дострада́ться кормле́нщик ма́льчик раста́чиваться фи́тинг чиру́ха ша́лью интеллиге́нтно констру́ктор оппозиционе́рка отуре́чивание переупако́вывать пома́зывать разбалова́ться раззадо́риваться тарара́хнуться тыть agoraphobe carbon copy dandy-line intersectional linen Nelly recurring decimal карда