Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Jaku adası
Jaku (port. Jaco) — Kiçik Zond adalarının tərkibinə daxil olan kiçik ada. == Coğrafiyası == Timor adasından şərqdə yerləşir. Şərqi Timor dövlətinin Luten rayonu, Tutuala alt rayonuna daxildir. Sahəsi 10 km², maksimal hündürlüyü isə 100 metrdir. == Əhalisi == Adada yaşayış yoxdur. Timorun əhalisi adanı müqəddəs saydığından onun ziyarəti qadağandır. == Turizm == Günümüzdə adanı tez-tez balıqçılar və turistlər ziyarət edir. Onları bura fauna və gözəl çimərliklər cəlb edir. == Mənbə == "Jaco Island".
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Kakuy
Kakuy-i Sülfa (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kakuy-i Ülya (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Sukuk
Sukuk — şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir. Sələmçiliyin səriətlə qadağa olunması ilə bağlı olaraq, İslam dinində sabit gəlirliyi olan ənənəvi istiqrazlar yolverilməzdir. Ona görə də İslam bankçılığında "sukuk"dan istifadə olunur. Sukuk - maliyyələşdirilən tədbirin mənfəəti sayəsində əldə olunan zəmanətsiz gəliri təmin edir, yəni məqsədli kreditləşmədir.
Xanuk
Xanuk — İranın Kirman ostanının Zərənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,582 nəfər və 854 ailədən ibarət idi.
Üskük
Üskük — qalın parçanın yaxud dərinin tikilməsi vaxtı iynənin barmağa batmaması üçün istifadə olunan alət.
Jatus
Tectona (lat. Tectona) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Jatus Rumph. ex Kuntze Nautea Noronha Theka Adans. == Növləri == Tectona grandis L.f. Tectona hamiltoniana Wall. Tectona philippinensis Benth. & Hook.f. ex Merr.
AKAK
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) (rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Anuk
Anuk — 8 aprel 1975-ci ildə anadan olan Niderlandlı müğənni. Anuk 2013 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı "Birds" mahnısı ilə təmsil edib və Niderlanda 9-cu yeri qazandırıb. == Həyatı == Anası da özü kimi müğənnidir.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Qauk
Qauk (alm. Gauck; Hauk, Hauck‎) — alman soyadı.
Faruk Günuğur
Faruk Günuğur (16 fevral 1948, Ankara) — Türkiyə aktyoru. == Həyatı == Faruk Günuğur 16-sı fevral 1948-ci ildə Ankarada anadan olub. 1973-cü ildə (42 yaşında) H.Ü. dövlət konservatoriyasının yüksək fakültəsini bitirmişdir. O tarixdən etibarən Ankara dövlət Teatr sənətçisi olaraq fəaliyyət göstərib. Ötən illərdə Ankara dövlət Teatrında Canlı yayım adlı oyunu idarə edib. Qəfəsdən bir quş uçdu oyunu ilə sənəd ocağında ən yaxşı oyunçu mükafatını alıb. Eyni zamanda bir çox Televiziya seriallarında Rol almışdır.
Faruk Leqhari
Faruk Əhməd Xan Leqhari (29 may 1940 – 20 oktyabr 2010, Ravalpindi, Pəncab) — Pakistan İslam Respubliksının 8-ci prezidenti.
Haluk Bilginer
Nihat Haluk Bilginer (5 iyun 1954, İzmir), Türk aktyor ve teatr direktoru.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Haluk Ləvənt
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. == Həyatı == Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
III Bakur
III Bakur (gürc. ბაკურ, lat. Bacurius; VI əsr – 580) — Chosroid sülaləsindən olan sonuncu İberiya hökmdarı. III Bakur 580-ci ildə vəfat etmişdir. Onun ölümü ilə yerli Kartli sülaləsi kimi tanınan Chosroid sülaləsinin varlığına son qoyulmuş, İberiya monarxiyası öz müstəqilliyini itirmiş və Gürcüstan rəsmən Sasanilər imperiyasının tərkibinə daxil edilmişdir. O, İberiya hökmdarı olaraq atası VI Parsmanın yerinə hakimiyyətə gəlmişdir. Dəqiq taxta çıxma vaxtı bilinmir. O, ölkəni Sasani hökmdarı IV Hörmüzün vassalı kimi idarə etmişdir. Onun hakimiyyəti altında olan torpaqlar kifayət qədər kiçik olmuşdur. Onun hakimiyyəti çox məhdud əraziləri əhatə edirdi.
I Bakur
I Bakur — Quqark knyazlığının dördüncü knyazı, Vaxtanq Qorqasalinin qaynı.
Jarık (şirkət)
Jarık (qaz. «Жарық», ЖШС, rus. ТОО «Жарык» , ing. "Jarykh", LLP) — Qazaxıstanda kosmik rabitə, televiziya, radio yayımı və radio rabitəsi ilə məşğul olan bir qazaxıstan şirkəti. == Tarixi == Məhdud məsuliyyətli "Jarık" ortaqlığı, 1991-ci ildə "Kazsvyazitekhnika" kiçik müəssisəsi tərəfindən 1990-cı ilin sonunda istifadəyə verilmiş Ku-banddakı SSRİ-də peyk televiziyası yayım sistemi "Jarık" -a xidmət göstərmək üçün 1991-ci ildə qurulmuşdur. 1990-cı ilin sonunda Qazaxıstanda "Jarık" televiziya peyk yayım şəbəkəsi istifadəyə verildi, burada 80 ° East, "Horizon" kosmik gəmisinin 12 transponderi vasitəsilə milli bir televiziya proqramı paylandı. Qeyd etmək lazımdır ki, Jarık sistemi SSRİ-də ilk Ku-band peyk televiziya şəbəkəsi oldu. "Katelko Plus" - Qazaxıstan Respublikasının birbaşa peyk televiziya yayımı şəbəkəsidi Federal Qanun Rusiya Federasiyası ərazisində və Rusiya Federasiyasının yurisdiksiyasına aid ərazilərdə rabitə sahəsində fəaliyyətin hüquqi əsaslarını müəyyənləşdirir, rabitə sahəsində dövlət orqanlarının səlahiyyətlərini və hüquqlarını müəyyənləşdirir. və bu fəaliyyətlərdə iştirak edən və ya rabitə xidmətlərindən istifadə edən şəxslərin vəzifələri. == Fəaliyyəti == Jarık bir sıra iri şirkətlərin yaradılmasında iştirak etmişdir: TRK 31 Kanal televiziya və radio şirkəti, Alma-TV kabel televiziyası operatoru, Alma-Page çağrı şirkəti və digərləri.
Kakek Bantal
Malik İbrahim (tam adı: Mövlanə Malik İbrahim əs-Səmərqəndi; ö. 7 aprel 1419) və ya Sunam Qirsik və ya Kakek Bantal — Azərbaycan torpaqlarından olan qafqazlı din xadimi. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada İslam dinini yaymağa başlamışdır. Məhz onun İndoneziyaya gəlişi ilə İslam dini bu torpaqlarda formalaşmağa başlamışdır. Həmçinin, onun övladları da İslam dininin İndoneziyada yayılmasında yaxından iştirak etmiş və tanınmış din xadimi kimi fəaliyyət göstərmişdir. == Həyatı == Malik İbrahimin nəsəbi haqqında məlumat tam olaraq bilinməsə də ümumi nəzərə əsasən onun Yavanın xaricindən gəldiyi qəbul edilmişdir. Malik İbrahim XIV əsrin birinci yarısında dünyaya gəlmişdir. O, "Babad Tanah Yavi" və digər mətnlərdə bir çox adlarla tanınır. J. J. Meinsmanın müəllifi olduğu əsərdə onun adı Məxdum İbrahim əs-Səmərqəndi (Şeyx İbrahim Əs-Səmərqəndiyə lokallaşdırılmış) olaraq keçir. Bu indiki Özbəkistanda yerləşən Səmərqənd şəhəri ilə əlaqələndirilir.
Kolas Yakub
Kolas Yakub (22 oktyabr (3 noyabr) 1882 – 13 avqust 1956[…], Minsk) — belarus yazıçısı, şair, dramaturq, tərcüməçi, siyasətçi, tənqidçi. == Həyatı == Kolas Yakub 3 noyabr 1882-ci ildə Belarusiyanın Akinçitsı xutoru, indiki Minsk vilayətində meşəbəyi ailəsində anadan olmuşdur. O, Nesvijsk müəllimlər seminariyasını bitirmiş və 1915-ci ildə orduya çağırılmışdır. == Əmək fəaliyyəti == Kolas Yakub 1928-ci ildən ömrünün sonuna qədər BSSR EA-nın prezident müavini vəzifəsində çalışmış, Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur. == Yaradıcılığı == Kolas Yakub 1906-cı ildən bədii yaradıcılıqla məşğul olmağa başlamış, müasir belorus ədəbiyyatının banilərindən biri kimi tanınmışdır. Ədib müasir belorus ədəbiyyatının yaranması, sosialist məzmunlu, milli formalı sovet belorus mədəniyyətinin inkişafı, ədəbi dilin çiçəklənməsi uğrunda böyük xidmət göstərmişdir. O, "Taras Quşça", "Tamaş Bulava", "Yakub Kolas" imzaları ilə əsərlər yazmış və bir şair, nasir, dramaturq, publisist kimi məşhurlaşmışdır. Yakub Kolasın 1910-cu ildə "Şikayət nəğmələri" adlı şeirlər məcmuəsi, 1912-ci ildə bədii nəsrini əhatə edən "Hekayələr" və 1914-cü ildə "Doğma surətlər" adlı kitabları işıq üzü görmüşdür. Şairin bioqrafik xarakter daşıyan əsərləri 1907-ci ildə "Bunt", 1910-1923-cü illərdə "Yeni torpaq" poeması, 1923-cü ildə "Polesyenin ucqarlarında", 1927-ci ildə "Polesyenin dərinliklərində", 1954-cü ildə "Yol ayrıcında" adlı trilogiyasında öz əksini tapmışdır. Yazıçının "Yeni torpaq" poeması XIX əsr kəndli həyatının ensiklopediyası adlandırılır.
Kristian Makun
Kristian Frederik Bayoi Makun Reyes (5 mart 1999-cu ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən Kamerun əsilli peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Makun Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Kyakuk syaye
Kyakuk syaye-(Ququşka çay; başq. Кәкүк сәйе, tatar. Кәкүк чәе, кәкүк—"ququşka",сәй, чәй—"çay") Yazın gəlişinə həsr olunmuş, Başqırd mərasim bayramıdır. == Tarixi == Kyakuk siyaye adının başlanğıcı islamdan öncəki inanclara əsaslanır. Belə ki, ölənlərin ruhlarının quşlara çevrilməsi inancının mövcud olması. == Ənənələri == Kyakuk siyaye yaz və yay mövsümündə keçirilir, belə ki, aprel ayından iyul ayına kimi. Bayramın təşkilatçısı bayramın qaydalarını bilən yaşlı qadın olur. Bəzi rayonlarda onu yulbars adlandırırlar. Yulbarslar qısa qollu, qırmızı üstü sikkələrlə bəzədilmiş paltar geyinirlər. Onların başına 2 dəsmal atılır, onlardan birinin ucunda mis dəyirmi lövhələr olur və o kürəyə qədər düşür, digəri isə şal ilə bağlanır.
Lüsi Dakus
Lüsi Elizabet Dakus (2 may 1995, Norfolk, Virciniya) — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı "No Burden" albomu ilə diqqətləri üzərinə çəkib. Onun 2018-ci ildə yayımladığı ikinci albomu olan "Historian" müsbət rəylərlə qarşılanıb. Dakusun üçüncü studiya albomu "Home Video" 2021-ci ildə işıq üzü görüb. Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür. == Həyatı == Dacus körpə ikən övladlığa götürüleb. Riçmond şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Mekaniksvill şəhərində böyüyüb. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən yaşlarından maraq göstərib.
Manuk Abeqyan
Manuk Xaçaturoviç Abeqyan (erm. Մանուկ Աբեղյան, rus. Ману́к Хачату́рович Абегя́н; 17 (29) mart 1865, Təzəkənd, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya – 25 sentyabr 1944, İrəvan) — Ermənistan-sovet ədəbiyyatşünası, dilçisi. == Həyatı == Manuk Xaçaturoviç Abeqyan 17 mart 1865-ci ildə İrəvan quberniyasının Təzəkənd kəndində anadan olmuşdur. "Erməni xalq eposu" (1908), "Yeni erməni ədəbi dilinin sintaksisi" (1912), "Qədim qusan xalq mahnıları" (1931), 2 cildlik "Qədim erməni ədəbiyyatı tarixi" (1944–1946) və s. əsərlərin müəllifidir. "Sasunlu David" dastanını nəşr etdirmişdir. O, 1943-cü ildən Ermənistan SSR Elmlər Akademiyasının üzvüdür. Ermənistan SSR Elmlər Akademiyası Ədəbiyyat İnstitutu Abeqyanın adınadır. O, 25 sentyabr 1944-cü ildə SSRİ respublikalarından olan Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir.