Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melburn
Melburn (ing. Melbourne) — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. 3,5 milyon əhalisi olan şəhəri adətən Avstraliyanın mədəniyyət və idman paytaxtı adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatı Melburn şəhərini yaşamaq və oxumaq üçün ən təhlükəsiz və rahat yer kimi qiymətləndirib. YUNESKO isə Melburnu "Ədəbiyyat şəhəri" adlandırıb. == Tarixi == 1901-ci ildən 1927-ci ilədək Avstraliyanın paytaxtı olmuşdur.
Yekbun
Yekbun (azərb. Birlik‎) — Sovet İttifaqında kürdlər arasında yaradılmış və kürd mədəniyyətini Sovet İttifaqı sərhədləri daxilində muxtar etmək və Kürdüstanın muxtariyyətini qurmaq üçün fəaliyyət göstərən kürd siyasi təşkilatı. 1980-ci illərin yenidənqurma siyasətlərindən sonra sovet kürdlərinin mədəni səyləri və muxtariyyət tələbləri özünü daha qabarıq göstərdi. Bütün respublikalarda yaşayan kürdlər 1989-cu ildə Yekbun adlı təşkilatda birləşərək Kürdüstan qəzasını yenidən qurulması üçün çalışdılar. Sovet hakimiyyəti kürd muxtariyyətinin yenidən qurulması üzərində işləməyə başladı, lakin ideoloji fərqliliklər, azəri-erməni münaqişələri, Türkiyənin müdaxiləsi və Sovet İttifaqının dağılması kimi səbəblərdən Kürd Muxtar Vilayəti yaradıla bilmədi. 1989-cu il siyahıyaalınmasının nəticələrinə görə, ölkədə cəmi 152.717 kürd yaşayırdı. == Yekbundan əvvəl muxtariyyət təşəbbüsləri == Sovet İttifaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin 1953-cü ildə vəfatından sonrakı dövrdə sovet kürdlərinin həyata keçirdikləri siyasət, Orta Şərq və Avropada yaşayan kürd diasporu ilə əlaqələrinin artması ilə daha geniş miqyas aldı. Keçmiş sürgün siyasətləri kürd probleminin spesifik regional həlli üçün ideyaların hazırlanmasına və müzakirəsinə töhfə verdi. Dövrün üçüncü dünya ölkələrinə təsir etmək məqsədi daşıyan sovet siyasəti nəticəsində sovet kürd qurumlarının meydana çıxması sürətlə artdı. 1961-ci ilin əvvəllərində Sovet İttifaqının bir çox üzvləri, o cümlədən Mehmed Babayev, Şamil Əsgərov, Kanat Kürdoyev, Useyne Sadıqov, Zaare Evdi Sadıqov, Sano Migiyev, Mamed Tahirov, Temure Əliyev, Mehmed Əziz, Hüseyne Nevo, Çerkeze Bako və M. Abdullayev, müxtəlif respublikalardan olan kürd fəallar Laçın mərkəzli muxtar vilayətin, "Kürd Muxtar Vilayəti"nin yenidən qurulması üçün danışıqlar aparmaq üçün Moskvaya gediblər.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. == Həyatı == Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. == Yesugey bahadurın ölümündən sonra == Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Con Kelhun
Con Kelxun (ing. John Caldwell Calhoun, 18 mart 1782[…] – 31 mart 1850[…]) — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Con Kelxun
Con Kelxun (ing. John Caldwell Calhoun, 18 mart 1782[…] – 31 mart 1850[…]) — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Melburn (Florida)
Melburn [Tələffüz: ˈmɛlbɚn] Amerika Birləşmiş Ştatlarının Florida ştatında yerləşən Brevard qraflığında bir şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına əsasən 76.068 nəfərdir.
Melburn (dəqiqləşdirmə)
Melburn — Avstraliyanın ikinci ən böyük və kosmopolit şəhəri. Melburn (vulkan) — Antarktidada fəaliyyətdə olan vulkan. Melburn (ABŞ) — ABŞ-də şəhər. Melburn (Florida) — Floridada şəhər.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. == Xarici keçidlər == "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Melburn Universiteti
Melburn Universiteti (ing. University of Melbourne) — Avstraliyanın Viktoriya ştatında, Melburn şəhərinin ətraf qəsəbəsi olan Parkvilldə yerləşən ali təhsil müəssisəsi. Bu ali məktəb Avstraliyanın ikinci, Viktoriya ştatının isə birinci ən qədim universitetidir. == Tarixi == 1853-cü ildə dövlət xadimi Hyu Çaylders Viktoriya ştatının parlamentinə Melburn Universitetinin yaradılması haqqında akt təqdim edir və bu təklif qəbul edilir. Universitetdə ilk dərslər 3 professor və 16 tələbənin iştirakı ilə 1855-ci ildə keçilir. Universitet binasının rəsmi açılışı 1855-ci il oktyabrın 3-də ştatın vitse-qubernatoru Çarlz Hothemin iştirakı ilə baş tutur. Ali məktəbin ilk kansleri Redmond Barri təyin edilir və o, bu vəzifədə ömrünün sonuna qədər, 1880-ci ilədək qalır. Universitetdə ilk vaxtlar yalnız hüquq elmi tədris olunur, lakin şəhər sakinlərinin tələbi nəticəsində 1857-ci ildə burada tibb, 1860-cı ildə isə mühəndislik fakültələri açılır. 1881-ci ildə universitetə qızlar qəbul olunmağa başlayır. Sonrakı illər Melburn Universitetində gərginlik yaşanır, 1902-ci ildə isə ali məktəb faktiki olaraq müflis olur.
Tanit Belbin
== Karyerası == === 1999—2000-ci illər: === Tanit Belbin və Bencamin Aqosto cütlüyü 1999-2000-ci illər mövsümündə gənclər arasında Kanada və Yaponiya Qran-Prilərində mübarizə apardı. 28-30 sentyabrda Kanadanın Monreal şəhərində baş tutan gənclərin ISU Kanada Qran-Prisinin məcburi rəqsində, orijinal rəqsində və sərbəst rəqsində birinci pillələrin sahibi olan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, ümumi nəticədə 2.0 balla gənclərin ISU Kanada Qran-Prisinin qalibi oldu. Daha sonra Tanit Belbin və Bencamin Aqosto cütlüyü, Yaponiyanın Naqoya şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Yaponiya Qran-Prisində mübarizə apardı. Nəticədə Tanit Belbin və Bencamin Aqosto cütlüyü gənclərin ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu. === 2000—2001-ci illər: === === 2001—2002-ci illər: === === 2002—2003-cü illər: === === 2003—2004-cü illər: === === 2004—2005-ci illər: === === 2005—2006-cı illər: === === 2006—2007-ci illər: === === 2007—2008-ci illər: === === 2008—2009-cu illər: === === 2009—2010-cu illər: === == Uğurları == Karyerası ərzində 11 mövsümdə mübarizə aparan Tanit Belbin və Bencamin Aqosto cütlüyü, 25 qızıl, 18 gümüş və 6 bürünc medala sahib olub.
İbn Xəldun
İbn Xəldun (tam adı: Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami (ərəb. أبو زيد عبد الرحمن بن محمد بن خلدون الحضرمي‎; 27 may 1332, Tunis – 17 mart 1406, Qahirə) — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Orta əsrlərin ən böyük mütəfəkkirlərindən biri olaraq qəbul edilir. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür. Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır.
Əbdülməcid Təbbun
Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون‎; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri. Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib. == Həyatı == Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib. == Siyasi fəaliyyəti == Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu.
Jeyhun Samedov
Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar. 2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub. == Haqqında == Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb. 2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb. Daha sonra qrupa Anar Bünyad da qoşulub. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb. 2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Quliyev
Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elgün Sadıqov
Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006–2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Sadıqov 12 yanvar 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov
Elgün İlham oğlu Səmədov (26 avqust 2001, Mehrili, Şəmkir rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Səmədov 2001-ci il avqustun 26-da Şəmkir rayonunun Mehrili kəndində anadan olub. 2008–2019-cu illərdə İ. Mehdixanov adına Yuxarı Seyfəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Səmədov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgün Səmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Səmədov oktyabrın 6-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mehrili kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elgün Xanoğlanlı
Elgün Xanoğlanlı (d.1992, Füzuli ray., Əhmədbəyli k.) — Amerikanın azərbaycanlı çempionu., Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri == Həyatı == Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-yə dəvət alanadək orada çalışıb. == Fəaliyyəti == === İdman fəaliyyəti === Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə idmanla məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub. 2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda Şüa idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
Elgün Xıdırov
Elgün Fuad oğlu Xıdırov (23 dekabr 1989, Qasım İsmayılov rayonu – 1 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Xıdırov 1989-cu il dekabrın 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Davud adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Xıdırov noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunun Xoylu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elgün Yunusov
Elgün Yedulla oğlu Yunusov (30 iyun 1986, Jdanov rayonu – 27 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Yunusov 1986-cı il iyunun 30-da Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elgün Yunusov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elgün Yunusov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 8-ci maddəsinə (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır) əsasən nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Yunusov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elgün Yunusov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.