Elgün Fuad oğlu Xıdırov (23 dekabr 1989, Qasım İsmayılov rayonu – 1 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Elgün Xıdırov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xoylu, Goranboy, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Xoylu, Goranboy, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Heydər Əliyev adına AAHM |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Elgün Xıdırov 1989-cu il dekabrın 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub.[1] 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Davud adında oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Xıdırov noyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunun Xoylu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]