Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Giraffa
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Viraya
Waitzia (lat. Waitzia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonim == Leptorhynchos sect. Viraya (Gaudich.) DC. ex Pfeiff. Helichrysum sect. Waitzia (J.C.Wendl.) Baill. Aphanorrhynchus sect. Morna' (Lindl.) Rchb. ex Pfeiff. Leptorhynchos sect.
Siraf
Bəndər Siraf və ya Tahiri— İranın Buşehr ostanının Kəngan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3 500 nəfər və 722 ailədən ibarət idi.
Birata etrapı
Birata etrapı (türkm. Birata etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Birata qəsəbəsidir.
Giraffa camelopardalis
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Hiraqa Qennay
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.
Jiralda ekzoxordası
Jiralda ekzoxordası (lat. Exochorda giraldii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin ekzoxorda cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Çinin şimal-şərq hissəsində yayılmışdır. Mədəni şəraitdə Krımda və Qafqazda becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m, çətrinin diametri 1,7 m olan şaxəli koldur. Cavan budaqları qırmızımtıl-boz rəngli, çılpaqdır. Yaşlı budaqları isə qırmızı-qonur rənglidir. Yarpaqları açıq yaşıl, 8-10 sm uzunluğunda, neştərvari, tam kənarlı, uc hissəsi dişlidir. İyun ayında çiçəkləyir. Çiçək saplağı 0,7-1 sm uzunluğundadır.
Jirayr Liparityan
Jirayr Liparityan (erm. Ժիրայր Լիպարիտեան; 10 iyul 1945, Beyrut, Livan) — erməni əsilli Amerika tarixçisi və diplomatı. == Həyatı == Jirayr Liparityan 10 iyul 1945-ci ildə Beyrutda erməni ailəsində anadan olub. Los-Anceles Kaliforniya Universitetini bitirib, tarix elmləri doktorudur. 1993-cü ildə Ermənistan xarici işlər nazirinin birinci müavini, 1991-1994 və 1994-1997-ci illər ərzində Ermənistan Prezidentinin siyasi analiz məsələləri üzrə müşaviri, Ermənistan Təhlükəsizlik Şurasının katibi və xüsusi tapşırıqlar üzrə elçisi vəzifələrində çalışıb. Hal hazırda Miçiqan universitetində dərs deyir, Erməni tarixi kafedrasının müdiridir.
Jirayr Səfilyan
Jirayr Səfilyan (erm. Ժիրայր Սեֆիլեան, 10 iyul 1967, Beyrut) — Ermənistan hərbi komandiri və siyasi fəal. 1992-ci ildə "Şuşi" xüsusi hərbi batalyonun komandiri olub və Şuşanın işğalında mühüm rol oynayıb. Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.
Mirağa Ağayev
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993, Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı. == Həyatı == M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir. == Şahmat yolu == 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). == Həyatı == Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub.
Mirağa Əliyev
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini (1954–1955), Azərbaycan Kommunist Partiyasının Qubadlı (1948–1951), Duvannı, İmişli, Qasım İsmayılov rayon komitələrinin və Kirovabad Şəhər Komitəsinin birinci katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin ikinci katibi. == Həyatı == Mirağa Əli oğlu Əliyev 1912-ci ildə Zəngəzur qəzasının Çardaqlı kəndində anadan olmuşdur. 1926-cı ildə orta məktəbi bitirdikdən sonra Quba Kənd Təsərrüfatı Texnikumuna oxumağa göndərilmişdir. O, burada komsomol üzvü olmuş və texnikumun ilk komsomol təşkilatının katibi seçilmişdir. 1930-cu ildə təhsilini bitirdikdən sonra Qubadlı və Laçın rayonlarında müəllim işləmiş, heyvandarlıq texnikumunun direktoru, Azərbaycan SSR Xalq Torpaq Komissarlığının inspektoru olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Böyük Vətən müharibəsiin ilk günlərindən müharibə iştirakçısı olan Mirağa Əliyev bir sıra komandir vəzifələrində çalışmış, minamyot divizionunun komissarı, atıcı polku komandirinin siyasi hissə üzrə müavini olmuşdur. Döyüş xidmətlərinə görə "Qırmızı bayraq" ordeni, iki "Qırmızı ulduz" ordeni və medallarla təltif edilmişdir. Fəhlə-Kəndli Qırmızı Ordusu sıralarında mayor rütbəsinədək yükləsən Mirağa Əliyev 1944-cü ilin fevral ayında Dnepr çayından keçərkən ağır yaralanaraq ordudan tərxis edilmişdir. 1945-ci ilin yanvar ayında Mirağa Əliyev Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru təyin edilmiş və 1948-ci ilin fevral ayınadək bu texnikuma başçılıq etmişdir.
Ophrys jurana
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Tirana FK
Tirana FK – Albaniyanın futbol klubu. Albaniyanın paytaxtı Tirana şəhərinin təmsilçisidir və Albaniyanın Birinci diviziyonunda çıxış edir. 1920-ci il avqustun 16-da yaradılıb. Ev oyunlarını 12 500 tamaşaçı tutumuna malik Selman Styormaşi stadionunda keçirir. Albaniyanın ən titullu və populyar futbol klubu sayılır. == Nailiyyətləri == Albaniya çempionu (24): 1930, 1931, 1932, 1934, 1936, 1937, 1964/65, 1965/66, 1968, 1969/70, 1981/82, 1984/85, 1987/88, 1988/89, 1994/95, 1995/96, 1996/97, 1998/99, 1999/00, 2002/03, 2003/04, 2004/05, 2006/07, 2008/09 Albaniya kubokunun sahibi (15): 1938, 1963, 1976, 1977, 1983, 1984, 1986, 1994, 1996, 1999, 2001, 2002, 2006, 2011, 2012 Albaniya superkubokunun sahibi (9): 1994, 2000, 2002, 2003, 2005, 2006, 2007, 2009, 2011 == Stadion == Ku ən əhəmiyyətli oyunları 30 594 tamaşaçı tutan Albaniyanın əsas stadionu Kemal Stafada keçirir, həmçinin Albaniya millisi də bu stadionda ev oyunlarını oynayır.
Tirana Universiteti
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti. == Tarixi == 1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır. == Haqqında == Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir. Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var. Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Tirana derbiləri
Tirana Derbiləri — Albaniyanın Tirana şəhərini təmsil edən futbol klublarının bir biriləri ilə aralarında baş tutan derbilərdir. Bu futbol klubları "Partiazni", "Dinamo Tirana" və "Tirana FK" klublarıdır. Tirana Albaniyada üç peşəkar futbol klubu olan yeganə şəhərdir. Bu üç futbol klubunun aralarındakı rəqabəti, oyunlar ətafında yaranan ajiotaj və azarkeşlərin oyunlar zamanı etdikləri çılğınlıqları təsvir etmək üçun bu ifadədən istifadə edilir. == Derbilərdəki Rəqiblər == === Tirana FK və Partizani === Tirana şəhərinin iki böyuk klubu olan "Tirana FK" və "Partizani Tirana" futbol klubları arasında baş tutan bu oyun Albaniyada "Derbi I" və ya "Derbi i madh" adlanır. Derbi həmçinin "Böyuk oyun" və "Əbədi derbi" adlarıylada tanınır. Bu iki komanda arasındakı oyunlar uzun bir tarixə malikdir və demək olar ki həmişə ölkədəki kütləvi informasiya vasitələrinin ilk səhifəsini təşkil etmiş, tribunadakı azarkeşlər və oyunçular arasında yüksək gərginlik yaratmışdır. Komandalar arasında ilk oyun 1947-ci ildə baş tutub. === Dinamo — Tirana FK === Albaniyanın ən köklu klublarından olan bu iki klub arasındakı ilk oyun 1967-ci ildə baş tutub. === Dinamo — Partizani === "Partizani Tirana" və "Dinamo Tirana" klubları arasında baş tutan oyunlarda "Tirana derbi"lərinə daxildir.
Tirana vilayəti
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana şəhəri
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Vilayət Tirana
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana çayı
Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır. == Təsviri == Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. . Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub.
Mirsafa Rzayev
Mirsafa Rzayev (tam adı: Mirsafa Mircəlil oğlu Rzayev; 9 fevral 1995; Sumqayıt, Azərbaycan — 27 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirsafa Rzayev Mircəlil oğlu 1995-ci il 9 fevral tarixində Sumqayıt şəhərində anadan olub. Rzayev Mirsafa Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. Bakı Limanının Dəniz xidmətləri departamenti və Dispetçer xidmətində Bərə terminalı üzrə dispetçer vəzifəsində çalışmışdır. == Hərbi xidməti == 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Mirsafa Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətində gedən döyüşlərdə olub. Mirsafa Rzayev oktyabr 27-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 27 oktyabr 2020-ci il tarixində Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirsafa Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aqrafa (vilayət)
Aqrafa ( yun. Άγραφα ) — materik Yunanıstanının coğrafi və tarixi vilayəti. Pind dağ sisteminin cənub hissəsinin davamıdır. Evritaniya və Kardisanın periferik bölmələrinin ərazisini əhatə edir. Eyniadlı icma da var, lakin o, ərazinin yalnız kiçik bir hissəsini əhatə edir. Ən yüksək zirvəsi dəniz səviyyəsindən hündürlüyü 2,184 metr olan Karavadır (Καράβα). == İstinadlar == == Əlavə ədəbiyyat == Αλεξάκης, Χριστόφορος Δ. Τα Γράμματα στην Περιοχή Αγράφων κατά την Τουρκοκρατία. Αθήνα. 2001.