Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Juba
Juba (1978) — İraq işğalı zamanı 645 ABŞ əsgərini öldürdüyü iddia edilən İraqlı snayperçinin ləqəbi. İraq döyüşü və üsyanlarında iştirak edərək, bir neçə videoda yer almışdır. Bu videolardan ikincisi Juba'nın 37 Amerika əsgərini vurduğunu iddia etdiyini göstərir. Juba'nın həqiqi bir fərd olub-olmaması, çoxsaylı insanlar arasında paylaşılan bir rolun olması və ya bir təbliğat məqsədilə medianın yaratması bilinmir. == Həyatı == "Juba" özü haqqında bunları deyib: "Qatil deyiləm, insanları öldürməkdən xoşum gəlmir. Lakin işğal etdiyiniz ölkəmi müdafiə edirəm. Sizin snayperin 14 yaşlı Şeymanı öldürməsini heç vaxt unutmayacağam. Ölkəmizə ziyarət üçün gəlsəydiniz sizi öz ölkənizə gülə-gülə yola salardıq. Amma ölkəmizi işğal etdiyiniz üçün sizə yaşatdıqlarınızın eynisini yaşadacayıq. Analarımız öldürülən oğulları üçün ağladılar.
Jung
Jung — Koreya adı. Jung So-min — Cənubi Koreya aktrisası. Jung Hye-young — Cənubi Koreya aktrisası. Jung İl-woo — Cənubi Koreya aktyoru. Jung Hoseok — Cənubi Koreyalı rəqqas.
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Puna
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Anna Junq
Anna Junq (21 avqust 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Anna Junq Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Don Juan
"Don Juan" — hekayə dəfələrlə müxtəlif yazıçılar tərəfindən yazılmışdır. Don Juan adı məcazi olaraq "avara" mənasında işlədilir. == Don Juan əfsanəsi == Əfsanəyə görə Don Juan zadəgan bir ailənin gənc qızını başdan çıxararaq, özünə aşiq etmiş və atasını öldürmüşdür. Daha sonra məzarlıqda atasının heykəlini hörmətsiz şəkildə yeməyə dəvət etmiş və heykəl yemək təklifini qəbul etmişdir. Atasının heykəli, yeməyə Don Juanın qətli üçün gəlmişdir. Heykəl salamlaşmaq üçün əlini Don Juana uzatmış və Don Juan onun əlini sıxanda heykəl onu cəhənnəmə aparmışdır. Bu səbəblə "Don Juan" zamanımızda avaralıq üçün istifadə olunan məşhur söz halına gəlmişdir. Çox saylı fikirlərə görə Don Juanın ilk yazılı hekayəsi Tirso de Molinanın yazdığı "El burlador de Sevilla y convivado de piedra" (Sevil aldadıcısı və daşdan qonaq) -dır. Bu əsərin 1615-ci ilə aid yazılı variantının İspaniyada tapılmasına baxmayaq 1620 və ya 1625-ci ildə çap olunmuşdur. Bu obraz özünü qadınlara aşiq kimi göstərən və evlilik vəd edən avara obrazdır.
Duna Kolleci
Duna Kolleci (ing. Duna College, tam adı Duna International College) xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.
Hermione luna
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
I Juan
I Juan (port. João) və ya Avizli Juan (port. João de Avis) (d. 11 aprel 1357 – ö. 14 avqust 1433) — Aviz sülaləsinə mənsub ilk Portuqaliya kralı. == Mənbə == Ana Echevarría Arsuaga: Catalina de Lancaster, edit. Nerea, 2002. ISBN 84-89569-79-7 Williamson, D. 1988. Debrett's Kings and Queens of Europe Metcalf, Alida C. (2005). Go-betweens and the Colonization of Brazil: 1500–1600.
Juan Lorensu
Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954, Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur. == Həyatı == Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur. 1978–1982ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır.
Juja Konts
Juja Konts (tam adı: Juja Konts, mac. Zsuzsa Koncz; 7 mart 1946) — Macarıstan pop müğənnisi. Mahnılarının sözlərində bəzən ölkənin 1990-cı ilə qədərki siyasi sistemi hədsiz dərəcədə tənqid edilirdi. Bu mahnıların sözlərinin əsas müəllifi Yanoş Brudidir. Onun karyerası 1962-ci ildə Ki mit tud? istedad yarışmasında iştirakından sonra başlamışdı. O, illərdir müxtəlif orkestrlər və musiqiçilərlə, xüsusilə də İlliş orkestri və Yanoş Brudi ilə çalışır. 1970-ci illərdə xaricə, xüsusilə də Şərq bloku ölkələrinə, eləcə də Qərbi Almaniya, Fransa, ABŞ və Yaponiyaya bir neçə uğurlu turlar etmişdir. O, indi də Macarıstanda hədsiz məşhurdur və bəzi mahnıları macar folklorunun tərkib hissəsinə çevrilmişdir. Onların arasında "A Kárpáthyék lánya", "Ha én rózsa volnék" və "Valahol egy lány" də var.
Jung Hoseok
J-Hope (kor. 정호석; 18 fevral 1994, Kvanju) — Əsl adı Jung Ho-Seok , səhnə adı J-Hope , Cənubi Koreyalı rəqqas , repper , bəstəkar.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS-in əsas rəqqası,repperi və alt vokalıdır. J-Hope 2018-ci ildə özünün ilk solo mixtapı olan Hope World-ü buraxdı. Albom tənqidçilər tərəfindən müsbət qarşılandı və ABŞ-də Billboard 200-də 38-ci yerə yüksəldi və onu o zamankı reytinqə əsasən dünyada ən yüksək siyahıya düşən solo Koreyalı sənətçi etdi. O, 2019-cu ildə müğənni Becky G-nin iştirak etdiyi "Chicken Noodle Soup" adlı sinqlı qrafikdə 81-ci yerdə debüt etdiyi zaman solist kimi Billboard Hot 100-ə daxil olan ilk BTS üzvü oldu. 2022-ci ildə J-Hope debüt studiya albomu "Jack in the Box"-u buraxdı. == Haqqında == === İlk illər === Jung Ho-seok (Hanqıl: 정호석) 18 fevral 1994-cü ildə Cənubi Koreyanın (Gwangju) Qvancu şəhərində anadan olub, burada valideynləri və böyük bacısı ilə yaşamışdır.BTS ilə debut etməzdən əvvəl yeraltı rəqs komandası Neuron-un bir hissəsi olmuş və Big Hit Entertainment ilə müqavilə imzaladığı 4-cü sinifdən 9-cu sinifədək altı il Qvancu Musiqi Akademiyasında rəqs dərsləri almışdır.J-Hope debutdan əvvəl rəqs bacarıqları ilə nisbətən yaxşı tanınırdı. O,2008-ci ildə milli rəqs yarışmasında birinci yer də daxil olmaqla bir neçə yerli rəqs mükafatı qazandı. Rəqs etmək bacarığı nəticədə ona bir idol təcrübəçisi kimi mahnı oxumağa və seçməyə marağının inkişafına kömək etdi. Stajyer olaraq J-Hope, (Jo Kwon) Co kvon-un 2012-ci ildə çıxardığı "Animal" mahnısında repçi olaraq iştirak etdi.
Luna 1
Luna 1 (rus. Луна-1; Мечта) və ya E-1 No.4 (kod adı) — Luna proqramı çərçivəsində SSRİ tərəfindən həyata keçirilən Yerdən Aya göndərilmiş və Günəşin orbitinə daxil olmuş ilk kosmik gəmi. Luna 1 kosmik gəmisi xarici Van Allen qurşağından keçərkən burada olan az miqdardakı yüksək enerjili zərrəciklərlə bağlı müşahidələr apardı. Bu missiyada aparılan müşahidələr nəticəsində Yerin radiasiya qurşağı və xarici kosmosla bağlı yeni məlumatlar əldə olundu. Eyni zamanda Luna 1 Ayın zəif maqnit sahəsini kəşf etmişdir. Luna 1 kosmik gəmisi ilk dəfə planetlərarası boşluğa yayılan Günəş küləyinin və plazmasının birbaşa müşahidəsini həyata keçirmişdir. İonlaşmış plazmanın miqdarı 20-25 min km məsafədə 1 sm³-də 700 zərrəcik, 100-150 min km məsafədə isə 1 sm³-də 300-400 zərrəcik olaraq ölçülmüşdür. Luna 1 yarım milyon km məsafədən radio siqnallarla əlaqə qurulmuş ilk kosmik gəmidir. Luna 1 kosmik gəmisi Ayla toqquşmaq üçün nəzərdə tutulmuşdu. Buna baxmayaraq kosmik gəminin Yerdəki nəzarət sistemində baş verən nasazlıq səbəbindən Ayla toqquşma baş tutmadı və Luna 1 kosmik gəmisi Aya 5995 km uzaqlıqdan keçdi.
Luna Miyoviç
Luna Zimiç Mijoviç ( bosn. Luna Zimić Mijović ; cins. 2 dekabr 1991, Sarayevo) — bosniyalı aktrisa . == Bioqrafiya və karyera == Luna Miyoviç jurnalist Vlastimir Mijoviç və Amra Zimiç Miyoviçin qızıdır . Lunanın özündən 2 yaş kiçik bir bacısı var. Luna bir müddət Sloveniya və Rusiyada yaşamışdır. Müqayisəli ədəbiyyatşünaslığı öyrənmişdir. Hal-hazırda Sarayevo Film Akademiyasında rejissorluq təhsili alır . Luna 2006-cı ildə "Qrbavitsa" filmində Sara rolu ilə debüt etmişdir. İkinci rolu 2010-cu ildə "Yolda" filmində Diyadır.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Muna Mahmudnizad
Muna Mahmudnizad (fars. مونا محمودنژاد‎‎; 10 sentyabr 1965, Ədən – 18 iyun 1983, Şiraz) — Bəhai dininə mənsub olması səbəbindən Şiraz şəhərində digər doqquz qadınla birlikdə asılaraq edam edilmiş bəhai dinin təbliğatçısı, gənc müəllim. Muna Mahmudnizad əsasən bəhai olduqları üçün İrandakı orta məktəblərdə təhsil almaq hüquqlarından məhrum edilmiş uşaqlara əlavə dərs verməkdə ittiham olunmuş və bu hərəkətləri ilə həmin uşaqları pis yola çəkməkdə günahlandırılmışdır. Bəhai dininin inzibati orqanı olan Ümumdünya Ədalət Evinin İsrailin Hayfa şəhərində yerləşməsi səbəbindən Munaya sionist damğası da vurulmuşdur. == Həyatı == Muna Mahmudnizad 1965-ci ilin 10 sentyabr tarixində Yəmən dövlətinin paytaxtı Səna şəhərində Yadulla və Fərxundə Mahmudnizadların ailəsində anadan olmuşdur. Mahmudnizadlar ailəsinin əsli İrandan idi və onlar yeni inancı təbliğ etmək üçün Yəmənə yerləşmişdilər. Muna, ailənin ikinci qız övladıdır. Həyatının ilk dörd ilini Yəməndə keçirdikdən sonra 1969-cu ildə Yəmən hökumətinin qərarı ilə ölkədə yaşayan bütün xarici əsilli şəxslərin deportasiya edilməsi ilə ailə İrana qayıtmışdır. Mahmudnizadlar İsfahan şəhərində iki, Kirmanşah şəhərində altı ay və Təbrizdə üç il müddətində yaşamış və son olaraq 1974-cü ildə Şiraz şəhərinə köçmüşdülər. Bu müddət ərzində atası kiçik emalatxana açaraq qazanc əldə etməyə çalışan Mahmudnizadlar ailəsi eyni zamanda getdikləri yerlərdəki bəhai təsisatları ilə də sıx əlaqədə olmuşdular.
Muna çayı
Muna çayı- (Улахан-Муна)-Lena çayının sol qolu. == Əsas xüsusiyyətləri == Yakutiyanın Jiqan və Olenek rayonlarında yerləşir. Çayın uzunluğu-715 km, hövzəsinin sahəsi isə 30 100 km²-dir. O, öz başlanğıcını, Orto-Muna və Ulaxan-Muna çaylarının kəsişməsindən götürür və Orta Sibir yaylasının şimal-şərqindən axır.Çayın qidalanmasında əsasən qar suları və yağış suları üstünlük təşkil edir. Çayın suyu noyabr-dekabr aylarından donmaya başlayıb, aprel-may aylarında açılmağa başlayır.Çayın bolsulu dövrü isə may-iyun aylarına düşür. Çayın illik su sərfi-40 m³/san. 100 km- naviqasiya əhəmiyyətlidir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. == Tərcümeyi-hal == Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. == Haqqında == Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Suat Suna
Suat Suna — Türk pop musiqiçisi və bəstəkarı Məktəblə bərabər eyni zamanda davam etdirdiyi İstanbul Universiteti Konservatoriyası "Skripka" fakültəsində, 1992-ci ildə məzun olan sənətkar Saint Benoit Fransız Liseyini 1994-cü ildə bitirmişdir. Daha sonra Maltəpə Universitetində bakalavr pilləsinə qalxmışdır. Azərbaycanda, 2002-ci ildə çıxardığı "Su Damlası" albomundakı, sözləri məşhur türk pop musiqçisi Kayahana, musiqisi isə özünə aid olan "O Lelli" mahnısı ilə məşhurlaşmışdır. Uzun illər insanların dilindən düşməyən bu mahnı, Suat Sunanın bir il boyunca 100-ə yaxın konsert verməyinə səbəb olur. 2000-ci illərin, həm Türkiyədə həm də Azərbaycanda ən çox dinlənilən mahnısı kimi ön sıralarda yer alır.
Suna Vidinli
Suna Vidinli (d. 1978, Samsun) — Türk televiziyaçı, jurnalist və server.
Tuna vilayəti
Tuna vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1878–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ruse şəhəri idi.
Yakşiç Jura
Qeorqi Jura Yaksiç (serb. Георгије „Ђура“ Јакшић George "Yura" Kakshi, xorv. Georgije „Đura“ Jakšić Georgije "Đura" Jakšić; 27 iyul 1832 və ya 1832 – 16 noyabr 1878[…] və ya 1878, Belqrad) — Serb şairi, nasir, rəssam, dramaturq, Serbiya bohemiyasının üzvü, vətənpərvər. Serb rəssamlığında romantizmin ən parlaq nümayəndəsi. == Tərcümeyi-halı == Srpska Tsrniyanın Voyevodina kəndində (hazırda orda ev-muzeyi var) kənd keşişinin ailəsində anadan olub. Erkən təhsilini Timişoara və Seqeddə almışdır . Bir müddət Budapeştdəki Maraatoni xüsusi sənət məktəbində oxudu. 1848-ci il inqilabı ilə əlaqədar olaraq təhsilini yarımçıq qoyur və sonra da tamamlamır. İnqilabda fəal iştirak etmiş hətta Srbobran yaxınlığında yaralanmışdı. İnqilabdan sonra Serbiyaya qayıdır.
Yuna Kim
Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya) — Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub. O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub.Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb. Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır. Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb. == Həyatı == Yuna Kim 1990-cı il sentyabrın 5-də Kyonqido vilayətinin Puçxon şəhərində anadan olub. 1996-cı ildən ailəsi birgə Kunpxo şəhərində yaşamağa başlayan Yuna Kim, yeddi yaşından idmanla məşğul olmağa başladı. Yuna Kim 2013-cü ildə Koreya Universitetini bitirib. == Karyerası == === 2004–2005-ci illər mövsümü: Beynəlxalq səviyyədə debüt === Yuna Kim beynəlxalq səviyyədə birinci yarışına 2004-cü ilin 1-5 sentyabrda Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 48.24 balla birinci pillənin sahibi oldu.