ÇUST (ayaq geyimi, dabansız ayaqqabı) Bəzisinin əynində pisdən-yaxşıdan köynək-tuman və hətta ayağında çust da vardı (M.İbrahimov); PAPIŞ [Ağa Kərim:] Amma Ağa Salmana mənim təlimim lazım deyil. O özü şeytana papış tikir (M.F.Axundzadə); ŞAPŞAP Oğlanın bir ayağında uzunboğaz çekmə vardı, o birində şapşap və şapşaplı ayağı topuğuna qədər cuna ilə sarınmışdı (H.Abbaszadə).