Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zabuton
Zabuton (座布団) – Yaponiyada istifadə olunan ənənəvi balınclar. Əsasən dördbucaqlı formada hazırlanır, lakin dairəvi formada olan növləri də var. Döşəmədə rahat oturmaq üçün istifadə olunmaqla yanaşı meditasiya sessiyalarında və interyer dizaynında istifadə olunur. Zabutonun mənşəyi tataminin üzərində oturmaq üçün tikilən kvadratşəkilli kiçik xalçalarla əlaqəlidir. XVII–XIX əsrlərdə dərzilər bu xalçaların içərisini pambıqla doldurmağa başlamış, nəticədə, ilk zabutonlar ortaya çıxmışdır. Zabutonun üstündə əyləşməyin ənənəvi yolu seyza üslubu ilə əyləşməkdir. Zabutonda əyləşmək ayaqlar və dizlər üzərindəki təzyiqi azaldır, döşəmədə uzun müddət rahat oturmağa şərait yaradır. Buna görə də buddist keşişləri və şinto rahibləri meditasiya sessiyalarında, eləcə də, dini mərasimlərdə zabutondan istifadə edirlər. Zabuton yoqa ilə məşğul olan şəxslər tərəfindən də geniş istifadə olunur. XX əsrə qədər sumo oyunlarında tamaşaçılar qələbəni qeyd etmək üçün sumoçulara zabuton atırdılar.
Abutua
Gnetum (lat. Gnetum) — bitkilər aləminin qnetokimilər şöbəsinin knetum dəstəsinin gnetaceae fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Gnemon Rumph. ex Kuntze Thoa Aubl. Abutua Lour. Arthostema Neck.
Abuta
Abuta (lat. Abuta) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Emili Zamurka
Emili Zamurka – evsiz vaxtlarında metroda Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı oxuyarkən Los Anceles Polis əməkdaşı tərəfindən çəkilərək sosial şəbəkədə yerləşdirilən viral video əsasında məşhurluq əldə edən moldavan əsilli amerikalı müğənni. == Həyatı == Emili Zamurka 1991-ci ildə Moldovadan Amerika Birləşmiş Ştatlarına köçür. Bir müddət sonra ciddi sağlamlıq problemi yaşayan Emili tibbi xərcləri baha olduğu üçün onları ödəyə bilmir və Los-Ancelesdə iki il evsiz qalır. Fortepiano və skripka dərsləri verən sənətçi çoxlu işlər görməyə məcbur olur. O, həmçinin iki-üç əvvəl pul qazanmaq vasitəsi olan skripkasını naməlum bir vandalın sındırmasından sonra küçələrə çıxdığını söylədi. Zamurkanın küçələri tərk etməsinə və yeni skripka almasına GoFundMe səhifəsi kömək edir. Metroda mahni oxuduqdan sonra Zamurka 5 oktyabr 2019-cu il şənbə günü San-Pedronun mərkəzindəki Tarixi Kiçik İtaliya lövhəsinin açılış mərasimində onu alqışlarla qarşılayan tamaşaçı qarşısında çıxış etdi. O, orada yalnız bir mahnı ifa etdi, hansı ki onun məşhurlaşmasına səbəb olan Cakomo Puççinin “Canni Skikki” operasından ariyanı ifa etdi. == Məşhurluq dövrü == 3 oktyabr 2019-cu ildə “Qremmi” mükafatı namizədi Coel Daymond ona əməkdaşlıq təklif edir. Onun hələ də evsiz olduğu və bütün köməklərdən imtina etdiyi bildirilir.
Oksana Zabujko
Oksana Zabujko (ukr. Оксана Стефанівна Забужко 19 sentyabr 1960, Lutsk, Volın vilayəti, Ukrayna SSR) — Ukrayna yazıçısı və şairəsi. Oksana Zabujko Kiyev Universitetinin Fəlsəfə fakültəsini (1982) və asfitanturasını (1985) bitirir. "Sözün estetik mahiyyəti sənət istiqaməti kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1987-ci ildə Kommunist Partiyasına üzv olur. Kiyev Konservatoriyasında estetika müəllimi işləyib. 1989-cu ildən Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda baş elmi işçi kimi çalışır. 1992-ci ildə Oksana Zabujko qonaq yazıçı olaraq Pensilvaniya Ştat Universitetində Ukraynaşünaslıqdan dərs deyir. 1994-cü ildə Fulbrayt Fondu təqaüdü alır və Harvard, Pittsburq Universitetlərində dərs deyir. SSRİ Yazıçılar Birliyinin üzvü (1987-ci ildən) olur.
Sitiveni Rabuka
Sitiveni Liqamamada Rabuka (ing. Sitiveni Ligamamada Rabuka; 13 sentyabr 1948, Çakaudrove[d]) — 24 dekabr 2022-ci ildən bəri Ficinin Baş naziri olan siyasətçi, keçmiş əsgər və keçmiş idmançı.
Yabuka (ada)
Yabuka (xorv. Jabuka) — Adriatik dənizində Xorvatiyaya məxsus vulkanik ada. Ada Vis arxipelaqına aiddir. İnzibati baxımdan ölkənin Split-Dalmasiya jupaniyasına məxsusdur. Adanın sahəsi 0,022585 km², ən yüksək zirvəsi dəniz səviyyəsindən ― 99,333 metrdir. Ada ilk dəfə xəritələrdə XIV əsrdə göstərilmişdir. XV—XVII əsrlərdə adada qızılquş yumurtalarının toplanması həyata keçirilmiş və məqsəd onların çoxaldılması idi. 2013-cü ildən Yabuka və ətraf sular «Natura 2000»-nin qorunan ərazilər siyahısına salınmışdır. 2017-ci ildən Yabuka akvatoriyasında balıqçılığa məhdudiyyət qoyulmuşdur. 17 aprel 2019-cu ildən bütün arxipelaq UNESCO-nun geopark statusunu almışdır.