Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sekstin Akvası
Sekstin Akvası (lat. Aquae Sextiae – "Sekstin suları") — e.ə. 122-ci ildə əsası qoyulmuş Fransanın Eks-en-Provans şəhərinin latınca adı. Roma konsulu Qay Sekstin Kalvin sallüvilərin məğlub ölkəsində bir Roma yaşayış məntəqəsi kimi və onun şərəfinə "Sallüvilərin Sekstin Akvası" (lat. Aquae Sextiae Salluviorum ) adlandırılmışdır. Bu, "Sallüvilərin Sekstin suları (bulaqları)" mənasını verir. Qəsəbə Massiliyadan (indiki Marsel) 26 km məsafədə yerləşirdi və Romaya gedən yolda forpost kimi xidmət edirdi. E.ə. 102-ci ilin yayında Sekstin Akvası yaxınlığında, Roma konsulu Qay Mari 30–40 min nəfərlik ordu ilə say azlığına baxmayaraq tevtonları məğlub etmiş və bununla da "barbarlar"ın Romaya hücumunun ilk dalğasını dəf etmişdir.
Sekstin Akvası döyüşü
Sekstin Akvası döyüşü — e.ə. 102-ci ildə Qay Marinin rəhbərliyi altında olan Roma qüvvələri ilə nəhayət, tevtonlar və ambronlar arasında Sekstin Akvası kəndində baş tutmuş döyüş. "Barbarlar" Alp dağları üzərindən İtaliyaya irəliləməyə çalışarkən məğlub olmuşdular. Sağ qalan əsirlərin bəzilərinin Üçüncü Kölə müharibəsində üsyan edən qladiatorlar arasında olduqları bildirilmişdir.