Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Darbaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zambar
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Zanbaq
Zanbaq (lat. Lilium) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinə aid bitki cinsi. Qədim zamanlardan bəri Aralıq dənizi boyunca yayılmışdır. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmışdır. Fəsiləyə daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriş və s. yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək kimi istifadə olunur.
Zarçay
Zarçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını 2200 metrlik yüksəklik ərazidindən götürür. Başlanğıcını iki çayın birləşməsindən götürür. Uzunluğu 6 km-dir. Sahilində Zar kəndi yerləşir. Tərtər çayının hövzəsinə aiddir.
Arbat
RusiyaArbat (Moskva)ErmənistanArbat (Ermənistan)İranArbat (Miyanə)
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Zorba
Zorba, Sorik — İrəvan quberniyasının İrəvan qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km məsafədə yerləşir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Sorik qoyulmuşdur.
Ağ zanbaq
Ağ zanbaq (lat. Lilium candidum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Təbii yayılması == Ağ zanbaq daha çox Balkan və Qərbi Asiya ölkələrində yayılmışdır. == Botaniki təsviri == Bitkinin soğanaqları yer səviyyəsində formalaşır və yarpaqla örtülmüş çiçək gövdəsi, adətən, 1,2 m, yaz fəslində isə 2 m-ə qədər yüksələ bilir. Yay fəslində çox gözəl ətirli çiçəkləri olan Ağ zanbağın çiçəkləri, əsasən, ağ rənglidir və bazis rəngini sarı rəng təşkil edir. Ağ zanbaq virus xəstəliklərinə və Botrytis göbələyinə qarşı həssas bitkidir.
Bala Darbaz
Bala Darbaz (gür.: g.ə. პატარა დარბაზი, l.ə. patara darbazi) - Gürcüstanın Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Faxralı kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu (rəsmi olaraq: gür.: g.ə. ტალავერის თემის საკრებულო, l.ə. talaveris temis sakrebulo) təşkil edir. Kənd şimali-şərqdə Faxralı, cənubda dağlarla (Sarvan bələdiyyəsi), şərqdə Qudro (Sarvan bələdiyyəsi), qərbdə Çatax, şimali-qərbdə Şəmşiöyü, İncəoğlu kəndləri, Bolnisi şəhəri, Xatissopeli və Mığırlı kəndləri ilə əhatələnib. Kəndə ən yaxın (5 km məsafədə) yaşayış məntəqəsi Faxralıdır. 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə azərbaycanlılardan ibarət 40 nəfər (22 nəfəri kişilər, 18 nəfəri qadınlar) əhali yaşayır.
Darbaz (Borçalı)
Darbaz (gürcücə: დარბაზი - Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd. == Etimologiyası == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir. == Tarixi == Darvaz sözünün fars mənşəli "darvāze" - darvaza sözündən yarandığı ehtimal edilir.
Darbaz (Pəmbək)
Darbaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Pəmbək çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «ensiz» mənasında işlənən dar sözü ilə türk dilində «dağ çökəkliyi» mənasında işlənən baz sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir.
Farsbaf ilmə
Assimetrik ilmə (Farsbaf ilmə) — olama və ya farsbah adlanıb və xovlu xalça toxunuşunda istifadə edilən ilməyə 1980-ci illərdən sonra mütəxəssislər tərəfindən verilən addır. Assimetrik sözü uyğunsuzluq, assimmetriyasızlıq mənasında da işlənir.
Heraldik zanbaq
Heraldik zanbaq və ya Fleur-de-lis / fleur-de-lys (fransız dilində fleur "çiçək", lis isə "zanbaq" deməkdir.) — Avropada orta əsrlərdə geniş yayılmış heraldik simvol. Bəzəkli bir dizayn və ya simvol olaraq istifadə olunur. Fransa tarixən katolik bir xalq olduğuna görə Herald zanbağı xüsusən də fransız heraldikasında eyni zamanda, dini, siyasi, sülalə, bədii, emblematik və simvolik oldu. Simvol fransız monarxlar və Fransanın katolik müqəddəslərini təmsil edərək tarix boyu istifadə edilmişdir. Xüsusilə Məryəm və Müqəddəs İosif Fleur-de-lis ilə təsvir edilmişdir. Fleur-de-lis müxtəlifnövlü simvollar blokundakı U + 269C (⚜) Unicode ilə təmsil olunur.
Nairi Zaryan
Nairi Zaryan (erm. Նաիրի Զարյան; əsl adı: Ayastan Yeğiazaryan; 31 dekabr 1900, Qaragündüz[d], Van vilayəti – 11 iyul 1969, İrəvan[…]) — Ermənistan-sovet şairi və yazıçısı. O, 1944–1946-cı illərdə Ermənistan Yazıçılar İttifaqının prezidenti olmuş, həmçinin Ermənistan SSR Sülhü Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmışdır. == Həyatı == Nairi Zaryan 26 yanvar 1901-ci ildə Osmanlı imperiyasının Van vilayətində yerləşən Qaragündüz kəndində anadan olmuşdur. O, 1915-ci ildə Anadoluda etnik gərginlikdən əziyyət çəkdiyinə görə Rusiyaya qaçmışdır. Zaryan sonradan, 1918-ci ildə Anadoluda Osmanlı qüvvələrinə qarşı vuruşan milislərin tərkibində döyüşmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Zaryan yazıçılıq fəaliyyətinə bu dövrdə başlamışdır. O, İkinci Dünya müharibəsi illərində çoxlu sayda şeir və qeydlər nəşr etdirmişdir. Zaryan 1951–1958-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur.
Nanga Parbat
Nanga Parbat, Nangaparbat, Nanga-Parbat (urdu نانگا پربت — «Çılpaq dağ», ing. Nanga Parbat, sanskr. Diamir — «Tanrıların dağı») (8125 m) — Ən yüksək dağlar siyahısında doqquzuncu ən hündür səkkizminlik zirvə. Himalay dağlarının şimal-qərbində, silsilənin aydın nəzərə çarpan şimal-qərb qurtaracağı. Dünyada hündürlüyü 8000 metrdən yüksək olan dırmanış üçün ən çətin və təhlükəli olan ününcü dağ. = Coğrafiyası = Nangaparbat dağ massivi Qərbi Himalayada, Hind və Astor çayları arasında yerləşir. Massiv Pakistanın Gilgit-Baltistan (Kəşmir) bölgəsinə daxildir. Dağ massivi aydın seçilən dörd zirvədən ibarətdir. Əsas zirvənin hündürlüyü 8000 metri keçir: Nangaparbat massivindən şimal-qərbdə Diamir, Rakiot , Buldar; şərqdə və cənub-şərqdə isə — Çonqra, Tarşinq,Rupal və Rama buzlaqları mövcuddur. Rupal divarı - Nanga Parbatın cənub-şərq yamacını təşkil edir.
Təkqardaş zambaq
Təkqardaş zambaq- (lat. Lilium monadelphum M. Bieb.). Zanbaqkimilər ( Liliaceae) fəsiləsinə aid bitki növü. Bu bitki, Utah solitaire zanbağı, Dağlararası yalançı buğda otu, səhra zanbağı, tənha zanbağı və qum zanbağı kimi ümumi adlarla tanınır. Eremocrinum Eremocrinum albomarginatum tək növünü ehtiva edən Agavoideae yarımfamiləsindəki monotipik bitki cinsidir. O, Arizona və Yutadan tanındığı ABŞ-nin qərbindədir. Eremocrinum albomarginatum (Tənha zanbaq) qulançarkimilər fəsiləsinin çoxillik bitki növüdür. === Qısa morfoloji təsviri === Çoxillik bitkidir. Soğanağı enli-yumurtavari, ağımtıl pulcuqlarla örtülmüşdür. Gövdə qalın, düz, sıx yarpaqlı, 1 m-ə qədər hündürlükdədir.
Təkqardaş zanbaq
Təkqardaş zanbaq (lat. Lilium monadelphum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaq cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 1 m-ə çatan və ondan hündür olan bitkidir. Soğanağı enli-yumurtaşəkilli, xaricdən krem rəngli pulcuqla, qalın, düz, sıx yarpaqla örtülmüşdür. Aşağı yarpaqları enli-neştərşəkilli, yuxarı yarpaqları xətvari-neştərşəkillidir, aşağı tərəfdən kənarları və damarlar kirpikciyə oxşar yumşaq tüklüdür. Çiçəkləri piramidavari salxım çiçək qrupunda toplanmış və (1) 3-6 ədəd əyilmiş çiçəkdən ibarətdir; çiçəkləri iridir, qıfaoxşardır, qızılı-sarı rənglidir, ətirlidir və uzunluğu 8-10 sm-dir. Çiçəkyanlığının yarpaqcıqları neştərvaridir, qaidə hissəsinə doğru az daralmış, çiçəkləmənin sonuna yaxın azacıq geriyə qatlanmışdır. Qutucuq 4 sm-ə yaxın uzunluqdadır. İyun ayında çiçəkləyir, iyun-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Böyük Qafqazın şərqində, qərbində, Quba sahəsində yuxarı dağ qurşağında və subalp qurşağında yayılmışdır.
Vadidəki Zambaq
Vadidəki Zambaq – dahi fransız yazıçısı Onore de Balzak tərəfindən qələmə alınmış romandır. Kitab, ilk dəfə 1835-ci ildə nəşr olunub və yazıçının nəhəng ədəbi varidatı içərisində ən seçilən əsəridir. Məktub şəklində qələmə alınan roman, baş obraz olan Felix de Vandenesse adlı şəxsin dilindən nəql edilir. Əsər, məhəbbət romanı olmaqla yanaşı, həm də, dövrün müxtəlif siyasi və sosyal hadisələrinə də toxunur. Dahi Balzakın özünə xas yazı üslubuyla, bacarığını maksimum şəkildə ortaya qoyduğu bu roman hər bir oxucuya yüksək təsir bağışlayacaq kitablar sırasındadır. == Məzmun == Felix de Vandenesse: Felix, ailəsi tərəfindən qatı qanunlarla, sevgi göstərilmədən böyüdülmüş utancaq bir gəncdir. O, romanın ilk hissəsində, kiçik yaşlarında məruz qaldığı qəddarlıqları uzun uzadıya nağıl edir. Yazıçı, Felixin uşaqlıq illərini nəql edərkən, öz uşaqlıq dövründən təsirlənmişdir. Ailəsindəki sevgisizliyin əksinə, Felix daha emosianal və duyğularına asan qapılan bir kimsədir. Odur ki, bir cümləsində deyir "Təbiət mənə sevməyə əlverişli bir qəlb veribdir." Hələ 20 yaşında olarkən bir dövlət şənliyində ilk dəfə gördüyü gözəl bir qadına aşiq olur.
Xani Çarbağ
Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır. Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə lahiyəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.
Yuxarı Çarbax
Yuxarı Çarbağ (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Yuxarı Çarbağ (Qəmərli) — Qəmərli rayonunda kənd. == Həmçinin bax == Aşağı Çarbax — Qəmərli rayonunda kənd.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Zanbaq gülləri
Zanbaq gülləri (həmçinin vaza və çiçəklər olaraq da bilinir), Vinsent van Qoqun 50–55 milyon dollar dəyəri olan rəsm əsəridir; 2010-cu ilin avqust ayında Qahirənin Məhəmməd Mahmud Xəlil Muzeyindən oğurlanıb və hələ də tapılmayıb.Rəsm 65 x 54 sm ölçülərində və sarı və qırmızı xaşxaş çiçəklərini təsvir edir. Əsəri Van Qoqun intiharından üç il əvvəl, 1887-ci ildə rəngləndiyinə inanılır. Qaranlıq arxafon ilə ziddiyət yaradan rəngli vazada olan sarı və qırmızı çiçəkli rəsm, Van Qoqun 1886-cı ildə Parisdə ilk dəfə gördüyü zaman ona təsir edən köhnə bir rəssam Adolf Montiçelliyə olan dərin heyranlığının əksidir.
Zanbaq inqilabı
Zanbaq inqilabı (qırğ. Жоогазын революциясы) — 2005-ci ilin martında Qırğızıstanda inqilaba səbəb olan kütləvi etirazlar və respublika prezidenti Əsgər Akayevin devrilməsi, Qurmanbek Bakıyevin vəzifəsinə gəlməsi. İnqilabçılar Əsgər Akayevin, ailəsinin və tərəfdarlarının ölkədə korrupsiya və avtoritar sistem qurduğunu iddia edirdilər. Akayev Qazaxıstana, daha sonra Rusiyaya qaçdı. 4 aprel 2005-ci il tarixində Qırğızıstanın Moskvadakı səfirliyində Akayev Qırğızıstan parlamentinin nümayəndə heyətinin iştirakı ilə istefa ərizəsini imzaladı. İstefa 11 aprel 2005-ci ildə Qırğızıstan müvəqqəti parlamenti tərəfindən təsdiq edildi. == "Zanbaq inqilabı" terminin mənşəyi == İnqilabın ilk mərhələlərində kütləvi iğtişaşları "Çəhrayı", "Limon", "İpək" və ya "Nərgiz" inqilabı adlandırırdılar. "Zanbaq inqilabı" terminini yaradan Akayevin özü oldu. Bir dəfə çıxışında, Qırğızıstanda belə bir "Rəngli inqilabın" baş verə biləcəyini xəbərdar etmişdi. Rəng və ya çiçək ifadəsi istifadə etməklə Gürcüstanda zorakılıq olmadan baş verən "Qızılgül inqilabı", Ukraynadakı "Narıncı inqilab" (2004), Çexoslovakiya "Məxməri inqilabı" (1989) və Portuqaliya "Qərənfil inqilabı" (1974) ilə oxşarlıq doğururdu.
Zarğan (Mərənd)
Zarğan (fars. زرغان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (206 ailə).