Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.
Zariyat Surəsi
51-ci surə əz-Zariyat (Sovurub dağıdan küləklər) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir). Surə adını ilk ayədə işlənən və sovurub dağıdan küləklər mənasına gələn əz-Zariyat sözündən götürmüşdür.
Derek Parfit
Derek Parfit (11 dekabr 1942[…], Çenqdu, Çin Respublikası – 1 yanvar 2017[…]) — Britaniyalı filosof və yazıçı. 1960-cı illərdə yazdığı kitabların bir çoxu Oksford Universiteti nəşriyyat evindən çıxıb. 1942-ci ildə Çinin Çendu şəhərində anadan olub. Parfit Oksford Universitetinin məzunudur. Uzun illərdir eyni universitetdə fəlsəfə fənnini tədris edən məşhur filosof və yazıçı Derek Parfit 1 yanvar 2017-ci ildə 74 yaşında Britanyanın Oksford şəhərində vəfat etmişdir.
Frederik Qrifit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Teuta Arifi
Teuta Arifi (mak. Теута Арифи, alb. Teuta Arifi 19 oktyabr 1969) — Makedoniya siyasətçisi, 2011-ci ilin iyulundan 2013-cü ilin fevralınadək Makedoniya Respublikası Baş nazirinin müavini. 1991-ci ildə Priştina Universitetinin (indiki Kosovo Respublikası) filologiya fakultəsini bitirib. 1995-ci ildə Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetindən filologiya üzrə magistr dərəcəsi almışdır. Orada "Alban qadını ənənəvi hüquq normalarında və XX əsrin əvvəllərindən sonuna qədər alban ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 10 yanvar 1997-ci ildən - Skopyedəki Müqəddəs Kiril və Mefodiya Universitetinin Filologiya fakültəsində alban ədəbiyyatı tarixi kafedrasının dosenti. 2001-ci ilin oktyabr ayından - Tetovoda Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsində dosent. 2001 - 2006 - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Pedaqoqika fakültəsinin dekanı. 2001-ci ilin oktyabr ayından - Tetovodakı Cənub-Şərqi Avropa Universitetinin Müştərək Şurasının üzvü.
Şıpeytim Arifi
Şıpeytim Arifi (Doğum: May.3, 1979, Priştina) Kosovo-Albaniyalı və Almaniya vətəndaşı olan futbol hücumçusudur. Arifi 2011-ci ilin İyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Almaniyanın SSV Reutlingen 05 və FSV Oggersheim, və İranın Pəyami Məşhəd və Persepolis futbol klublarında oynamışdır.
Əhməd Arifi paşa
Əhməd Arifi paşa (1830, Konstantinopol – 1895, Konstantinopol) — II Əbdülhəmid səltənətində 29 iyul 1879 - 18 oktyabr 1879-cu il tarixləri arasında iki ay iyirmi gün sədrəzəm olan Osmanlı dövlət xadimi. Sədrəzamlıyindən əlavə Əhməd Arifi paşa noyabr 1875 - may 1876-cı illər Vyana səfirliyi, 1874-cü ildə Xariciyə nazirliyi daha sonra da 19 oktyabr 1879-12 sentyabr 1880, 30 noyabr 1882-2 dekabr 1882 və 25 sentyabr 1885-4 sentyabr 1891 tarixlərinde 3 dəfə Şura-yi Dövlət sədri olmuşdu. Əyan məclisinin ilk təşkilində əyanlığa seçilmiş və daha sonra Əyan məclisi rəis vəkilliyinə gətirilmişdir.
Hüseyn Arifin ev-muzeyi
Hüseyn Arifin ev-muzeyi — Azərbaycan şairi Hüseyn Arifin doğulduğu evdə ölümündən sonra yaradılmış muzey. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır. Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var. == Muzey haqqında == Hüseyn Arifin ev-muzeyi Ağstafa ilə Qazaх şəhərini birləşdirən magistral avtomobil yolunun sağ tərəfində yerləşir. Muzey Nazirlər Kabinetinin 24 noyabr 1992-ci il tariхli 692 saylı qərarına və Mədəniyyət Nazirliyinin 5 fevral 1993-cü il tariхli əmrinə əsasən yaradılıb. Muzey 3 otaqdan ibarətdir. Burada 2000-ə yaхın eksponat qorunub saхlanılır.