Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sapand
Sapand -bir ucunda, barmağa keçirmək üçün ilgək olan, ipdən atıcı soyuq silah və ov vasitəsi. Sapand ipinin ortasındakı enliyə daş yerləşdirilərək, ipin bir ucunda olan ilgək barmağa keçirilir, o biri ucunda olan düyün isə, həmin əlin barmaqları ilə sıxılaraq, başın üzərində, üfuqi müstəvidə, ya da, əgər döyüş sıx səfli cərgədə baş verirsə, yandan şaquli müstəvidə fırladılır. Lazımı fırlanma sürəti yığılandan sonra, ipin düyünlü ucu buraxılır. Daş ətalət qanununa tabe olaraq atılır.
Tarpan
Tarpan (Equus ferus ferus), Avrasiya vəhşi atı kimi də tanınan ,nəsli kəsilmiş vəhşi at növünün yarımnövüdür. Yarımnövə aid sonuncu nümayəndənin 1909-cu ildə Rusiyada əsirlik altında öldüyü güman edilir. Bəzi mənbələr isə yarımnövün nümayəndələrinin əhliləşdirilmiş atla oxşarlığını nəzərə alıb bunun həqiqi vəhşi at olmadığını iddia edirlər. 1930-cu illərin əvvəllərində, "təkrari seçmə" adlanan süni seçmə yolu ilə tarpanlara bənzəyən at növlərininin alınmasına cəhdlər olmuşdur. Bu vasitə ilə alınan bəzi atlar kommersiya məqsədi ilə "tarpan" kimi təqdim olunur. Ancaq qədim vəhşi atların tarixi haqqında təhsil alanlar iddia edirlər ki, "tarpan" adı yalnız həqiqi vəhşi atı xarakterizə edir. "Tarpan" və ya "tarpani" adı Türk dillərindən (Qırğız və ya Qazax) tərcümədə "vəhşi at" mənasına gəlir. Tatarlar və Kazaklar vəhşi atlarla yarım əhliləşdirilmiş (feral) atları ayırırlar, və sonuncuları Takca və ya Muzin adlandırırlar. Müasir dövrdə, bu termin daha çox müasir atların əhliləşdirilməmiş əcdadlarını, Equus ferus, tarixi dövrlərdə yaşaması güman olunan əhilləşdirilməmiş yarımnövlərini, Equus ferus ferus, və bütün primitiv və ya vəhşi Avropa atlarını ifadə etmək üçün istifadə olunur.
Çapand
Çapand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Marmand (rayon)
Marmand (fr. Marmande) — Fransanın Akvitaniya regionun rayonlarından biri. Departamenti — Lo və Qaronna. Suprefektura — Marmand. Rayon əhalisi 2006-cı ildə 79 296 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 57 nəf / km². Rayon ərazisi — 1388 km².
Barrand Yoaxim
Barrand Yoaxim (11 avqust 1799[…], Soq[d] – 5 oktyabr 1883[…], Lansenkirxen[d], Aşağı Avstriya[d]) — Fransa geoloqu və paleontoloqudur . Çexiyanın aşağı paleozoy çöküntülərinin stratiqrafiyası haqqında əsərlərin müəllifi və paleontologiyaya dair çoxcildliyin yaradıcısıdır. == Həyatı == Barrand Yoaxim Paris Politexnik Məktəbində oxuduqdan (1824) sonra Fransa kralı X Kralın nəvəsi - Qraf Şambordun (V Henrix) müəllimi olub. 1830-cu ilin iyulunda Fransa monarxiyası devrildikdən sonra kral ailəsi ilə birlikdə Şotlandiyaya, 1831-ci ildə isə o vaxt Avstriya İmperiyasının tərkibində olan Çexiyaya (Bohemiya) getdi. Barrand Mərkəzi və Qərbi Çexiyanın aşağı paleozoy çöküntülərini ətraflı tədqiq etmişdir. "Systeme silurien du center de la Bohème" (1852) adlı əsas əsəri ilə o, yer qabığının ən qədim çöküntü formasiyalarının faunasının öyrənilməsi üçün möhkəm zəmin yaratdı. O, Cuvierə görə “fəlakət nəzəriyyəsi”nin tərəfdarı idi. Barrand şagirdi Qraf de Şamambord ilə eyni yerdə - Avstriya Frosdorfunda (qrafın ölümündən bir ay sonra) Vəfat etdi.. Tədqiqatların aparıldığı Praqa ətrafı (indiki Praqa rayonlarından biri) - Barrandov (1928), kinostudiya, Praqada körpü və Çexiyada bir geoloji tikili - Barrandien Yoahim Barranın şərəfinə adlandırılmışdır. Onun geoloji və paleontoloji kolleksiyalarının əhəmiyyətli bir hissəsi Praqa Milli Muzeyinin kolleksiyalarına daxildir.
Armand Madyar
Armand Madyar (mac. Magyar Armand; 5 fevral 1898, Budapeşt – 12 fevral 1961, Budapeşt), Armin Munk kimi də tanınır, — macar Yunan-Roma güləşçisi, Avropa çempionu. 1898-ci ildə Budapeştdə doğulmuşdr. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etdi və orada 5-ci yeri tutdu. 1925-ci ildə Avropa çempionu oldu. Avropa çempionatlarında 1926 və 1927-ci illərdə gümüş medalların sahibi oldu.
M1 Garand
M1 Garand — Karabin növü == Tarix == İkinci dünya müharibəsinin əvvəlində ABŞ-də istehsal olunan bu karabinin öz dövrü üçün özəlliyi özünü doldurma qabiliyyəti idi. Dövrünün geniş yayılmış silahlarından olsa da çəkisinin ağır olması istifadəsini çətinləşdirirdi. Ona görə də yerini az keçməmiş “M1 Carabine”yə verdi.
Nairi Zaryan
Nairi Zaryan (erm. Նաիրի Զարյան; əsl adı: Ayastan Yeğiazaryan; 31 dekabr 1900, Qaragündüz[d], Van vilayəti – 11 iyul 1969, İrəvan[…]) — Ermənistan-sovet şairi və yazıçısı. O, 1944–1946-cı illərdə Ermənistan Yazıçılar İttifaqının prezidenti olmuş, həmçinin Ermənistan SSR Sülhü Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Nairi Zaryan 26 yanvar 1901-ci ildə Osmanlı imperiyasının Van vilayətində yerləşən Qaragündüz kəndində anadan olmuşdur. O, 1915-ci ildə Anadoluda etnik gərginlikdən əziyyət çəkdiyinə görə Rusiyaya qaçmışdır. Zaryan sonradan, 1918-ci ildə Anadoluda Osmanlı qüvvələrinə qarşı vuruşan milislərin tərkibində döyüşmüşdür. O, 1927-ci ildə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Zaryan yazıçılıq fəaliyyətinə bu dövrdə başlamışdır. O, İkinci Dünya müharibəsi illərində çoxlu sayda şeir və qeydlər nəşr etdirmişdir. Zaryan 1951–1958-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı olmuşdur.
Zarğan (Mərənd)
Zarğan (fars. زرغان‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (206 ailə).
İnessa Armand
İnessa Armand (fr. Élisabeth Pécheux d’Herbenville); 26 aprel 1874, Paris – 24 sentyabr 1920, Nalçik) — Rusiya inqilabi hərəkatın təşviqatçısı. Vladimir İliçin seçdiyi qadın İnessa Armand idi. Lenin Armandla 1910-cu ildə tanış olmuşdu. Parisə gənc inqilabçı İnessa Armand təşrif buyurmuşdu. O, eleqant, həyatsevər və qeyri-adi idi. Onun üzərində inqilab və həyat eşqi uzlaşırdı. Lenini də cəlb edən elə bu amillər idi. Maraqlısı odur ki, yaraşıqlı qadınlar Lenini cəlb etməzdi. Onun heç yoldaşları da yox idi.
Armand Artsruni
Armand Artsruni (erm. Արմենակ Արծրունի; avqust 1901, Ərzurum, Ərzurum vilayəti – 1963, Qahirə) və ya mononimi ilə Armand — Misirdə yaşamış erməniəsilli fotoqraf. O, gəlirli bir niş bazarında fəaliyyət göstərən zaman portret fotoqrafiyasında ixtisaslaşmışdır. Armand Misirin yuxarı təbəqəsi tərəfindən çox zaman işə götürülmüş və Misirdə fotoqrafiya çətirlərindən istifadə edən ilk fotoqraf olmuşdur. == Həyatı == Armand Artsruni 1901-ci ilin avqustunda o zamanlar Osmanlı imperiyasının bir hissəsi olan Ərzurumda anadan olmuşdur. O, 1907-ci ildə atası ilə birlikdə Misirin İsgəndəriyyə şəhərinə gəlmişdir. Məktəbdə rəsm çəkməyə həvəsi var idi. O, İsgəndəriyyədə yaşayan fotoqraf Nadirin yanında şagird kimi fəaliyyətə başlamışdı. Armand 1925-ci ildə Midan Mustafa Kamal küçəsi yaxınlığında, Ard əl-Şərifdə yerləşən studiyasında avstriyalı yəhudi fotoqraf və portretçi Solanın köməkçisi kimi Qahirəyə getmişdir. Sola Artsrunini ağ-qara fotoşəkillərin rənglənməsi, eləcə də boya çiləyiciliyi texnikası, kömür və təbaşirdən istifadəni öyrənmək üçün Avstriyaya göndərmişdir.
Arpad Gents
Arpad Gents (mac. Árpád Göncz, 10 fevral 1922[…], Budapeşt, Macarıstan – 6 oktyabr 2015[…], Budapeşt) — Macar dövlət xadimi, Macarıstanın ilk prezidenti. O, həmçinin 1956-cı ildə baş verən macar inqilabının iştirakçılarından biri olmuşdur. == Həyatı == Arpad Gents 10 fevral 1922-ci ildə Budapeştdə zadəgan ailəsində anadan olmuşdur. Atası Layoş Gents poçt işçisi anası İliona Hayman isə evdar xanım idi. Bunda başqa atası Layoş Gents məşhur tennis oyunçusu olmuş və 1924-cü i yay olimpiya oyunlarında Macarıstanı təmsil etmişdi. Ilk təhsilini 4 illik məktəbdə aldıqdan sonra təhsilini 1932-ci ildə Verbösi orta məktəbində davam etdirmişdir. Orta məktəbi bitirən Gents 1944-cü ildə Budapeşt Pamani Piter adına İncəsənət Universitetinə daxil olmuşdur. Həmin il- 1944-cü ilin 19 mart tarixində Macarıstan almanların hücumuna məruz qaldı. Arpad Gents hələ təhsil aldığı üçün orduya çağırışdan azad edilmişdi.
Arpad Tot
Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886, Arad – 7 noyabr 1928, Budapeşt) — Macarıstan şairi və tərcüməçisi. == Həyatı == Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu. 1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı. Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı. Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.
Arpad sülaləsi
Arpad sülaləsi (mac. Árpádok) — Orta Avropada qurulan Macar krallığının ilk xanədanlığı (896 – 1301). == Tarixi == Uzun illər Kuban çayı bölgəsində yaşayan Macarlar, Peçeneqlərin təzyiqi nəticəsində qərbə köç etdiler. Bu köç olayı sırasında macarların başına Arpat adlı şəxs dayanırdı. Macar boyları, 896-cı ildə bugünkü Macarıstana gələrək burda yerləşdilər. 955-ci ilə qədər Balkanlarda böyük bir dövlet qurdular. Bu dövlet, 955-ci ildə Germanlar tərəfindən yıxıldı. Macar tayfaları X əsrdə xristianlığı qəbul etdilər. Ancaq daha sonra təkrar qurulan Macar krallığında 1301-ci ilə qədər Arpad sülaləsi hökm sürdü. Avropalı tarixçilər və o dönəmki Avropa dövlətləri, özəlliklə Bizanslılar Macar dövlətini "Qərbi Türkiyə" olaraq adlandırmışlar, Macar xanədanına "Türklərin şahzadəsi" olaraq xitab etmişdilər.
Arpad fon Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866, Bratislava – 30 mart 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Armand Pyer Kossen de Perseval
Arman Pyer Kossen de Perseval (fr. Armand-Pierre Caussin de Perceval; 11 yanvar 1795 – 15 yanvar 1871, Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Arman Pyer Kossen de Perseval 13 yanvar 1795-ci ildə Parisdə doğulmuşdu. Şərqşünas olan atası Jan-Jak Antuan Kossen de Persevalın təsiri ilə Şərq dillərinə yaxın maraq duydu. 1817-ci ildə Türkiyəyə gəldi. Bir müddət sonra Livana getdi və orada üç il qaldı. Ərəb ölkələrindəki Fransız səfarət və konsulluqlarında tərcüman olaraq çalışdı. Dönüşündə Parisdəki "École des Langues Orientales Vivantesa" məktəbinə Ərəb dili müəllimi təyin edildi (1822). 1833-cü ildə "Collège də FrancEt" məktəbində Ərəb dili və ədəbiyatı profesoru vəzifəsinə yiyələndi. Arman Pyer Kossen de Perseval 15 yanvar 1871-ci ildə Paris şəhərində vəfat etdi.