Arpad Tot (mac. Árpád Tóth; 14 aprel 1886[1][2], Arad – 7 noyabr 1928[1][2], Budapeşt) — Macarıstan şairi[3] və tərcüməçisi.[4]
Arpad Tot | |
---|---|
mac. Tóth Árpád | |
Doğum tarixi | 14 aprel 1886[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1928[1][2] (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Fəaliyyəti | şair, tərcüməçi |
Əsərlərinin dili | Macar dili |
Arpad Tot Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Arpad Tot 1886-cı ildə Avstriya-Macarıstanın Arad şəhərində anadan olmuşdur. Debreçen gimnaziyasında təhsil almış və daha sonra isə Budapeşt Universitetində alman və macar dillərini öyrənmişdir. 1907-ci ildə onun poemaları A Hét və Vasárnapi Újság qəzetlərində, 1908-ci ildən isə Nyuqat jurnalında dərc edilməyə başladı. 1911-ci ildən Debreceni Nagy Újság qəzetində teatr oyunlarının tənqidçisi oldu.
1913-cü ildə varlı bir ailədə müəllim kimi işləməyə başladı və yazıçılıqdan bir az gəlir əldə etdi, lakin hələ də yoxsulluq şəraitində yaşayırdı.[5] Vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün Tatra dağlarında Şvedler sanatoriyasında müalicə aldı.
Birinci Dünya müharibəsindən sonra yaranan inqilabi hökumətin mövcudluğu dövründə o, Vöröşmarti Akademiyasında katib kimi işlədi, lakin tezliklə öz vəzifəsindən kənarlaşdırıldı və hökumətin süqutundan sonra özünə yeni iş tapa bilmədi. 1928-ci ildə Budapeştdə xəstəliyə tutulan Tot ömrünün qalanını yoxsul yaşayaraq keçirdi.[6] Uzun müddət çəkdiyi əzablar sonda intihar etməsi ilə nəticələndi.
1921-ci ildə Az Est heyətinə qoşulub. Debreçendə bir gimnaziya onun şərəfinə adlandırılmışdır. 2011-ci ilin aprel ayında Macarıstan Milli Bankı şairin 125-ci yubileyi münasibətilə gümüş pul hazırladı.[7]
Arpad Tot görkəmli bir şair idi və Nyuqat məktəbinə böyük töhfələr vermişdi. Əsərlərinin əsas mövzusu müvəqqəti xoşbəxtlik və təslimiyyət ilə bağlı idi.
Con Milton, Oskar Vayld, Persi Biş Şelli, Şarl Bodler, Qüstav Flober, Teofil Qotye, Gi de Mopassan və Anton Çexovun əsərlərini macar dilinə tərcümə etmişdir.[8]
It is to the author's pleasure that two of Toth's poems could be published in English in the supplement to this article. It is worthwhile to get acquainted with this fine-stringed and soft-speaking poet
The majority of the translations are outstanding, thanks to the participation of all the important Hungarian poets and translators: Sandor Weores, Gyula Illyes, Lorinc Szabo, Dezso Kosztolinyi, Arpad Toth...
His family inheritance of poverty and tubercolosis accompanied him all his life; and he died of the latter at the age of 42, on 7 November 1928
The faultless poet died from tuberculosis at Budapest in 1928
Arpad Tóth (1886-1928), one of the leading translators of his day (Baudelaire, Flaubert, Keats, Milton, and others)