Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vaşi
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). == Tarixi == === İxtira === Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Arazbar livası
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Astrid İvask
Astrid İvask (7 avqust 1926, Riqa – 24 mart 2015, Riqa) ― Latviya-ABŞ şairi. == Həyatı == Riqa şəhərində doğulmuş İvaskın ilk adı Astrid Helena Hartmanis idi. Onun atası Martins Hartmanis Latviya silahlı qüvvələrinin generalı idi, anasının adı İrma Mariya Hartmanis idi. Kompüter alimi Yuris Hartmanis onun qardaşı idi. 1940-cı ildə Sovet İttifaqının Latviyanı işğal etməsindən sonra general Hartmanis Sovet İttifaqı tərəfindən həbs edildi. O, 1941-ci ildə edam edildi, lakin ailəsi bu məlumatı ancaq 1991-ci ildə SSRİ-nin süqutundan sonra öyrənə bildi.İvask, anası və qardaşı 1944-cü ildə Latviyadan Almaniyanın yeri dəyişilmiş şəxslər üçün nəzərdə tutulan düşərgələrə yollandılar. İvask Marburq Universitetində dillər üzrə təhsil aldı. O, sonradan yazırdır ki, "Marburqda mənim önümə Avropanın intellektual həyatı açıldı. Universitetdə oxuduğum üç il ərzində bəziləri sağ, bəziləri çoxdan ölmüş yeddi xarici dil ilə işlədim və fin-uqor mədəniyyətinə heyran qaldım". O, magistr dərəcəsini 1949-cu ildə bitirdi.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Bərdə livası
Bərdə sancağı və ya Bərdə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərdə idi.
Bərgüşad livası
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Marağa livası
Marağa livası və ya Marağa sancağı — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1725 ci ildə XVIII əsrdə bu ərazilərdə aparılmış təhrirə əsasən isə Marağa livasının tərkibinə Benacu, Səracu, Bukan , Kavdul maa′ Miyandoab (yəni, Kavdul ilə Miyandab birlikdə), Əcri, Leylan və Əkərtu nahiyələri, ibarətdir Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Marağa livasına Benacu və Bukan nahiyəsi əlavə edilmiş, yuxarı və aşağı olan Əcri nahiyəsi birləşdirilmiş, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış, XVI əsrdə Marağa livasının tərkibində olan Axtaçı nahiyəsi vahid nahiyəyə çevrilərək Soyuqbulaq livasına daxil edilmişdir.
Qapan livası
Qapan sancağı və ya Qafan livası — 1725 ci ildə Osmanlı İmperiyasının inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qafan idi.
Qarabağ livası
Qarabağ sancağı və ya Qarabağ livası — 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qarabağ idi.
Qazax livası
Qazax sancağı — Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəri idi. Qazax livasının adı Kasax (əsli Qazax) çayının adındandır. Osmanlılar Qazax sancağını 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata (Ağstafa), İncə, Türk və Cuvar nahiyyələri idi.
Somxit livası
Somxit livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Somxit idi. Somxit livası nahiyəyə bölünürdü.
Soyuqbulaq livası
Soyuqbulaq livası — Liva-i Soyuqbulaq (Soyuqbulaq livası) Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Soyuqbulaq kəndi (indiki Mahabad) Müfəssəl dəftərin ikinci hissəsində mərkəzi Soyuqbulaq qəsəbəsi olmaqla Soyuqbulaq livası on üç nahiyəyə bölünmüşdür Soyuqbulaq livasının tərkibinə Şəhri-viran, Dərbaz, Yıltimur, Kilas, Mirabad, Tərkeş, Telyuş, Alan (tədqiq olunan dəftərdə nahiyənin adı bu şəkildədir), Turcan, Axtaçı, Lacan, Suldus, Qıpçaq tabe-i Suldus (yəni, Suldusun tabeliyində olan Qıpçaq) nahiyələri daxil idi səh.1).
Sulduz livası
Sulduz sancağı və ya Sulduz livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sulduz idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Suldus livası isə Sulduz nahiyəsindən təşkil olunmuşdur Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış.
Səidabad livası
Səidabad sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Səidabad idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər.
Təbriz livası
Təbriz sancağı və ya Ərdəbil livası — 1725 ci ildə Osmanlı İmperiyasının inzibati–ərazi vahidi. İnzibati mərkəzi Təbriz idi.
Urmiya livası
Urmiya sancağı və ya Xalxal livası — inzibati–ərazi vahidi 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin livası. İnzibati mərkəzi Urmiya idi.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Xalxal livası
Xalxal sancağı və ya Xalxal livası — inzibati–ərazi vahidi 1725 ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin livası. İnzibati mərkəzi Xalxal idi.
Xoy livası
Xoy sancağı və ya Xoy livası — inzibati–ərazi vahidi 1725 ci ildə Osmanlı İmperiyasının Azərbaycan vilayətinin livası. İnzibati mərkəzi Xoy idi.
Xılxına livası
Xılxına livası — 1727cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xılxına idi. Xılxına livası (Xılxına şəhəri, Xılxına, Həsənsu, Tavus, Axıncı, Əsrik nahiyəsi, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm nahiyələrinə bölünürdü.
Çavundur livası
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
Çuləndər livası
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
İrəvan livası
İrəvan livası— 1727 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi İrəvan idi. İrəvan livası nahiyəyə bölünürdü.
İsgəndərqalası livası
İsgəndərqalası livası — Osmanlı İmperiyasının İrəvan əyaləti tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi İsgəndərqalası idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livası 13 nahiyəyə bölünürdü.