Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlmenit
İlmenit — mineral, FeTiO3, Mg, Mn qarışıqları olur. İlmenit - triqonal. Kristalları lövhəvari. Rəngi qara. Parıltısı yarımmetallik. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,7. Qabbro, diabaz, piroksenit, siyenit peqmatitlərində və səpintilərdə tapılır. Növ müxtəlifliyi: pikroilmenit, manqanilmenit. Sinonim: Kriçtonit, Titanlı dəmir daşı.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Zenit - pulemyotu
Zenit - pulemyotu - 2000 metrə qədər hündürlükdə uçan obyektlərin vurulması üçün nəzərdə tutulan, bir dayaqda montaj olunan, bir və ya bir neçə bir-birinə pərçimlənmiş zenit gülləbaran qurğusundan ibarət avtomatik silah növü. ZGQ əsas hissələri: bir (tək quraşdırma), iki (birşədirilmiş quraşdırma) yaxud dörd (dördlü quraşdırma) gülləbaran qurğusu;(dörd və ya iki təkərli) lafet, yaxud lafet elementləri olan özüyeriyən baza; zenit nişangahı. Çəkisi təkli - 450 kq, ikili - 650, dördlü - 2100 kq. ZGQ -atəş yerindən, ya da hərəkətli halda aparılır. atəş tempi - dəqiqədə/600 atəş; atəşin döyüş sürəti - hər lüləyə dəqiqədə/150 atəş Əsasən quru qoşunların zenit althissələrində, tanklarda, ZTR, eləcə də kiçik gəmilərdə istifadə olunur. Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995 səh.
İzmit körfəzi
İzmit körfəzi — Mərmərə bölgəsində Mərmərə dənizinin şərq ucunda yer alan körfəz. Şimalında qərbdən şərqə doğru; Pendik, Duzla, Darıca, Eskihisar, Gebze, Dilovası, Hərəkat, Körfəz və izmit ilə əhatə olunmuşdur. Cənubu isə, Gölməçə, Değirmendərə, Halıdərə, Qaramürsəl və Yalova qədər uzanır. İzmit körfəzinin uzunluğu 48 km, eni 2–10 km, sahəsi 300 km², ən dərin yeri 183 m-dir. Şimalında Kocaeli yaylası, Cənubunda Samanlı Dağları yer alır. Dəniz nəqliyyatına son dərəcə uyğun təbii bir liman halında olan körfəzdə Eskihisar-Topçular arası bərə yürüşü keçirilir. Bundan başqa, Gebze — İzmir magistralı layihəsi daxilində Dilovası-Hersek burnu arasına körfəz ətrafında nəqliyyat vasitəsi yolunun azaldılması və keçid müddətinin qısaldılması məqsədilə İzmit Körfəz körpüsü tikilib. Körfəzin ətrafında; D 100, magistral 5, magistral 4, avtomobil yolları ilə Ankara-İstanbul yüksək sürətli dəmir yolu var. Körfəzin cənub sahillərində Samanlı dağlarının şimal yamaclarında şərq-qərb istiqamətli dar və dik quruluşlu bir sahil yaranmışdır. Meylin çox olduğu sahədə sürətli axan qısa boylu axar sular ərazini dərincə aşındırır.
İzmit qətliamı
İzmit qətliamı 24 iyun 1921-ci ildə baş verdi və ingilis jurnalist Arnold Cozef Toynbinin təxmininə görə 300-dən artıq sivil türk o gün öldürüldü. Arnold Cozef Toynbi hadisədən qısa bir zaman sonra şəhəri ziyarət etdi və hadisələri sənədləşdirdi. Hadisələr Türk-Yunan Savaşı (1919-1922) sırasında yunan qüvvələri şəhərdən geri çəkilərkən meydana gəldi, şəhər qarət olundu və bir hissəsi yandırıldı. 29 iyun 1921-ci ildə ingilis parlamenti yunanların geri çəkilməsini və ola biləcək zülmləri müzakirə etdi. İzmit (Qədim Nikomedia) İstanbula yaxın şimal qərbi Anadoluda bir sahil qəsəbəsidir. XIX əsrdə burada türklər, yəhudilər, yunanlar və ermənilər birgə yaşayırdılar. 1920-ci ildə ingilislər şəhərin təxminən 13.000 əhalisinin olduğunu təxmin edirdilər. Osmanlı İmperiyası I Dünya müharibəsinə qatılmış və məğlub olduqdan sonra qalib müttəfiq ölkələr arasında bölünməyə başlandı. May 1919-cu ildə İzmirə yunan ordusunun hücumu türk milliyətçi hərəkatının böyüməsi ilə nəticələndi. Nəticədə yunan ve türk milliyətçi orduları arasında savaş baş verdi.
Qabdrəhim Utız İməni
Qabdrəhim Utız İməni əl-Bulqari (əsl adı — Qabdrəhim Osman; başq. Ğәbdеrəhim әl-Bolğari, tat. Qаbderəhim Qosman uqılı Utız-İməni əl-Bulqari; d.1752 — ö.1836 (bəzi mənbələrə görə 1754–1834) — tatar və başqırd şairi, alim, din xadimi və maarifçi. İslam dünyasında həmçinin qədim Quranın itirilmiş hissələrinin bərpaçısı kimi tanınan alim (Xəlifə Osmanın yazdığı Quranı). Bioqrafik məlumatlar ziddiyyətlidir. Belə ki, Q. Qaziz, K. Nasıri, Q. Rahim və Q. Saqdinin fikrincə Qabdrəhim Utız İməni 1730-cu ildə anadan olub, və 1815-ci (yaxud 1816-cı) ildə vəfat edib. Lakin ənənəvi versiyalara inansaq Qabdrəhim 1754-cü ildə anadan olub. Atası Osman, onun anadan olmasına qədər vəfat edib və anası Qafifa Qabdrəhimin də anadan olduğu doğma kəndi Utız-İmənə qayıtmağa məcbur olmuşdu. Qabdrəhim in 2–3 yaşı olanda anası da vəfat edir. O, qohumlarının himayəsində böyüyüb başa çatır.
Yeni Zenit Stadionu
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı.. Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı., Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi. Stadion 67000 tamaşaçı tutumuna malikdir. 1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı. Stadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu.
Zenit raket kompleksi
Zenit raket kompleksi (ZRK) — funksional olaraq bir-biri ilə əlaqələndirilmiş, hava-kosmik vasitələrinə qarşı döyüşlərdə qarşıya qoyulan məsələni həll etməyə imkan verən hərbi və texniki vasitələrdən ibarət sistemdir.
İmeni Aleksandra Kosmodemyanskoqo
İmeni Aleksandra Kosmodemyanskoqo (rus. и́мени Алекса́ндра Космодемья́нского) — Rusiyanın Kalininqrad vilayətinin Kalininqrad şəhərinin Mərkəzi İnzibati Rayonunda mikrorayon. Əvvəllər alman dilində Metqethen adı ilə əvvəlcə şəhər mərkəzindən qərbdə yerləşən Köniqsberqin qəsəbəsi, sonra isə şəhərin əsas hissəsi idi. Vistula Laqonun (Kalin ipinqrad körfəzi) şimalında,"Kaporner Heath"da yerləşən Metqethen kəndi ilk dəfə 1278-ci ildə Tevtonik ordeni salnamələrində Myntigeite olaraq adı çəkilir. Bu zaman Landmeister Konrad von Terberq əkin sahəsinin bir hissəsini Regune adlı prusslara verdi. "Metgethen" sonuncu ad olaraq öz qızını On üç illik müharibənin komandiri və Erhard Ernst von Röderin əcdadı Kristof fon Röderlə evləndirənə qədər,yəni 1482-ci ilə qədər idi. Onun malikanəsi 1760-cı ildə bir İtalyan memar tərəfindən inşa edilmişdir. Metqethen bir villa ətrafında böyüməyə başladı. Günlük səfərlər üçün məşhur bir yer idi, xüsusən də Vierbrüderkrug mehmanxanası və 13-cü əsrdə Sudovilər tərəfindən öldürülmüş Tevtonik Cəngavərlərin dörd ögey qardaşının əfsanəsinin şərəfinə Vierbrüdersäule abidəsi. Ətraf ərazidə Şərqi Prussiya qadınları üçün məktəb olan Landfrauenschule Metgethen, həmçinin yanğınsöndürmə akademiyası və bədən tərbiyəsi müəllimləri yetişdirmək üçün bir Volkssportschule vardı.
İzmit saat qülləsi
İzmit saat qülləsi (türk. İzmit Saat Kulesi) ― Türkiyənin İzmit şəhərində yerləşən, sultan II Əbdülhəmidin Osmanlı taxtına yüksəlməsinin 25-ci ildönümünü qeyd etmək üçün vilayət valilərinə göndərilən fərman nəticəsində Osmanlı imperiyasında inşa edilən çoxsaylı saat qüllələrindən biri. Qüllə İzmit valisi Musa Kazım bəyin əmri ilə memar Vedat Tek tərəfindən dizayn edilmiş və 1902-ci ildə inşa edilmişdir. Digər mənbələr qüllənin memarının İzmitdə yaşayan erməni-osmanlı mənşəli Mihran Azaryan olduğunu iddia edir. Sultan Əbdüləzizə məxsus Hünkar köşkünün tam qarşısında dayanan neoklasik üslublu saat qülləsi 3,65m x 3,65 m ölçülərindədidr və dörd mərtəbəlidir. Birinci mərtəbədə fəvvarələr, sonuncu mərtəbədə isə saat yerləşir. İkinci mərtəbəsində balkonu olan tikilinin gövdəsində pəncərələr var. Orta mərtəbələrin dörd tərəfinin dördünün də fasadı sultan II Əbdülhəmidin möhürü ilə bəzədilmişdir. Tikilinin damı dördbucaqlı piramida formasındadır. Qüllənin təpəsindəki sivri konus qurğuşunla örtülmüşdür.Neoklasik Osmanlı memarlığı üslubunda inşa edilmiş İzmit saat qülləsində neoklasik üslub və İslam memarlığı detalları istifadə edilmişdir Saat qülləsi 20-ci əsr boyunca İzmit tarixinin ayrılmaz bir hissəsi olmuş və şəhərin simvoluna çevrilmişdir.
İzmit zəlzələsi (1999)
İzmit zəlzələsi — XX əsrin sonunda 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ. XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olmuşdur. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adamöldü, 48901 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.
Buk (zenit-raket kompleksi)
Buk zenit-raket kompleksi ilk dövrlərdə Sovet İttifaqı, sonradan isə davamçı ölkələrdən biri olan Rusiya Federasiyası tərəfindən istehsal olunan özüyeriyən, orta mənzilli zenit-raket kompleksidir. Qanadlı raketlər, ağıllı bombalar, təyyarə, helikopter, həmçinin pilotsuz uçuş aparatı kimi hava hədəflərinə qarşı mübarizə aparmaq məqsədilə dizayn olunmuşdur. Bu sistem özündən əvvəl istehsal olunan "Kub" zenit-raket komplekslərini əvəz etmək məqsədilə silahlanmaya qəbul olunmuşdur. Seriyalı istehsal olunan ilk "Buk" kompleksləri ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-11 adı ilə tanınır. NATO kod adı Grizzly olan və ABŞ Müdafiə Nazirliyi tərəfindən SA-17 adı ilə tanınan, yeni raketlərlə təchiz olunan növbəti variantlar isə "Buk-M1-2" və "Buk-M2" idi. 2013-cü ildə bu sistemin ən yeni variantı olan "Buk-M3" seriyalı istehsala hazırlanmışdır. Rusiya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dəniz versiyası 2014-cü ildən etibarən silahlanmaya qəbul olunub. == Döyüş tətbiqi == Abxaz separatçılarının verdiyi məlumata görə 2008-ci il may ayının əvvəllərində "Buk" zenit-raket kompleksi vasitəsilə Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd pilotsuz uçuş aparatı məhv edilmişdir. Bəzi məlumatlara görə 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş qısamüddətli hərbi toqquşma zamanı Gürcüstan Silahlı Qüvvələrinə məxsus "Buk" zenit-raket kompleksləri vasitəsilə Rusiya Hərbi Hava Qüvvələrinə aid üç ədəd Su-25 qırıcısı və bir ədəd Tu-22M strateji bombardmançı təyyarəsi məhv edilmişdir. ABŞ rəsmiləri də bu məlumatı təsdiqləmişdir.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Osa (zenit raket kompleksi)
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Tor (zenit-raket kompleksi)
Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir. 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur. Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
Zenit Sankt-Peterburq FK
Zenit (Sankt-Peterburq) — Rusiyanın futbol klubu. Sankt-Peterburq şəhərini təmsil edir. Ev oyunlarını 69501 insan tutumlu Yeni Zenit Stadionunda oynayır Ən böyük uğuru 2008-ci ildəki UEFA Kuboku və UEFA Super Kuboku çempionluğudur. Son illərdə Qazprom şirkətinin maddi dəstəyilə Avropada güclülər sırasına düşən Zenit 2005–06 mövsümündə UEFA Kubokunda 1/4 Final oynamışdır.
Zenit raket kompleksi "OSA"
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Zenit raket kompleksi S125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
Zenit raket kompleksi S200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
Özüyeriyən zenit-raket kompleksi
Özüyeriyən hava hücumundan müdafiə sistemi, hava hücumlarından müdafiə xüsusiyyətlərinə malik olan bir mobil texnikadır. Özüyeriyən hava hücumundan müdafiə sistemi, ümumilikdə, avtomatik toplar, daha böyük silahlar, döyüş raketləri və ya daha uzun mənzilli döyüş raketlərindən istifadə edir. İstifadə edilən platformalar adətən, yük maşınları, zirehli transportyor və tanklar kimi ağır döyüş texnikalarıdır.
1700-cü zenit-artilleriya alayı
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
PZA Loara zenit-top kompleksi
İstehsalçı ölkə: Polşa İstehsalçı firma: Radwar Tip: Özüyeriyən zenit-top kompleksi İstehsal tarixi: 1990 Xidmətə giriş ili: 1990 – günümüzə Ekipaj: 3 nəfər Ağırlığı: 45.3 ton Uzunluğu: 6.67 m Eni: 3.4 m Hündürlüyü: 2.19 m Klirens: 0.47 m Zireh: 490 mm-lik homogen polad Sis bombaları Dalış dərinliyi: 1.2 m Xəndək keçmə: 2.8 m Maneə keçmə: 0.85 m Qalxma dərəcəsi: 60º Motor: S-1000 dizel Güc: 1000 at gücü Maksimal sürət: 60 km/saat Mənzili: 650 km Dayandırılması (Asqı tipi): fərdi burulma bar 2 ədəd 35 mm-lik Oerlikon L/90 avtomatik top Kalibr: 35 mm Mərmi: 35x228 mm Lülənin qalxma bucağı: -5º... +92º Üfüqi tuşlama bucağı: 360º Mərminin çıxış sürəti: 1175 metr/saniyə Atış tezliyi: 550 atış/dəq (hər biri) Hədəfi məhvetmə hündürlüyü: 5 km Hədəfi məhvetmə uzaqlığı: 4 km Radarın avtomatik hədəf izləmə məsafəsi: 26 km Polşa 35 mm-lik PZA “Loara-A” zenit-top kompleksi, T-72M1 tankının Polşa variant olan PT-91-in bazasında hazırlanmışdır.
120 mm-lik M1 zenit silahı
120 mm-lik M1 zenit silahı Amerika Birləşmiş Ştatları Ordusunun İkinci dünya müharibəsidövründə istifadə etmiş olduğu standart ağır zenit silahıdır. Onun maksimum hündürlük diapazonu maksimum 60.000 ft, ləqəbi isə stratosfer silahı (ing. stratosphere gun) olmuşdur. Bu silahlar Amerika ordusunun xidmətində olan aparıcı zenit müdafiə sistemlərindən biri hesab olunurdu.