Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzmit
İzmit ― Türkiyədə şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir. Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur.
İzmit körfəzi
İzmit körfəzi — Mərmərə bölgəsində Mərmərə dənizinin şərq ucunda yer alan körfəz. Şimalında qərbdən şərqə doğru; Pendik, Duzla, Darıca, Eskihisar, Gebze, Dilovası, Hərəkat, Körfəz və izmit ilə əhatə olunmuşdur. Cənubu isə, Gölməçə, Değirmendərə, Halıdərə, Qaramürsəl və Yalova qədər uzanır. İzmit körfəzinin uzunluğu 48 km, eni 2–10 km, sahəsi 300 km², ən dərin yeri 183 m-dir. Şimalında Kocaeli yaylası, Cənubunda Samanlı Dağları yer alır. Dəniz nəqliyyatına son dərəcə uyğun təbii bir liman halında olan körfəzdə Eskihisar-Topçular arası bərə yürüşü keçirilir. Bundan başqa, Gebze — İzmir magistralı layihəsi daxilində Dilovası-Hersek burnu arasına körfəz ətrafında nəqliyyat vasitəsi yolunun azaldılması və keçid müddətinin qısaldılması məqsədilə İzmit Körfəz körpüsü tikilib. Körfəzin ətrafında; D 100, magistral 5, magistral 4, avtomobil yolları ilə Ankara-İstanbul yüksək sürətli dəmir yolu var. Körfəzin cənub sahillərində Samanlı dağlarının şimal yamaclarında şərq-qərb istiqamətli dar və dik quruluşlu bir sahil yaranmışdır. Meylin çox olduğu sahədə sürətli axan qısa boylu axar sular ərazini dərincə aşındırır.
İzmit qətliamı
İzmit qətliamı 24 iyun 1921-ci ildə baş verdi və ingilis jurnalist Arnold Cozef Toynbinin təxmininə görə 300-dən artıq sivil türk o gün öldürüldü. Arnold Cozef Toynbi hadisədən qısa bir zaman sonra şəhəri ziyarət etdi və hadisələri sənədləşdirdi. Hadisələr Türk-Yunan Savaşı (1919-1922) sırasında yunan qüvvələri şəhərdən geri çəkilərkən meydana gəldi, şəhər qarət olundu və bir hissəsi yandırıldı. 29 iyun 1921-ci ildə ingilis parlamenti yunanların geri çəkilməsini və ola biləcək zülmləri müzakirə etdi. İzmit (Qədim Nikomedia) İstanbula yaxın şimal qərbi Anadoluda bir sahil qəsəbəsidir. XIX əsrdə burada türklər, yəhudilər, yunanlar və ermənilər birgə yaşayırdılar. 1920-ci ildə ingilislər şəhərin təxminən 13.000 əhalisinin olduğunu təxmin edirdilər. Osmanlı İmperiyası I Dünya müharibəsinə qatılmış və məğlub olduqdan sonra qalib müttəfiq ölkələr arasında bölünməyə başlandı. May 1919-cu ildə İzmirə yunan ordusunun hücumu türk milliyətçi hərəkatının böyüməsi ilə nəticələndi. Nəticədə yunan ve türk milliyətçi orduları arasında savaş baş verdi.
İzmit saat qülləsi
İzmit saat qülləsi (türk. İzmit Saat Kulesi) ― Türkiyənin İzmit şəhərində yerləşən, sultan II Əbdülhəmidin Osmanlı taxtına yüksəlməsinin 25-ci ildönümünü qeyd etmək üçün vilayət valilərinə göndərilən fərman nəticəsində Osmanlı imperiyasında inşa edilən çoxsaylı saat qüllələrindən biri. Qüllə İzmit valisi Musa Kazım bəyin əmri ilə memar Vedat Tek tərəfindən dizayn edilmiş və 1902-ci ildə inşa edilmişdir. Digər mənbələr qüllənin memarının İzmitdə yaşayan erməni-osmanlı mənşəli Mihran Azaryan olduğunu iddia edir. Sultan Əbdüləzizə məxsus Hünkar köşkünün tam qarşısında dayanan neoklasik üslublu saat qülləsi 3,65m x 3,65 m ölçülərindədidr və dörd mərtəbəlidir. Birinci mərtəbədə fəvvarələr, sonuncu mərtəbədə isə saat yerləşir. İkinci mərtəbəsində balkonu olan tikilinin gövdəsində pəncərələr var. Orta mərtəbələrin dörd tərəfinin dördünün də fasadı sultan II Əbdülhəmidin möhürü ilə bəzədilmişdir. Tikilinin damı dördbucaqlı piramida formasındadır. Qüllənin təpəsindəki sivri konus qurğuşunla örtülmüşdür.Neoklasik Osmanlı memarlığı üslubunda inşa edilmiş İzmit saat qülləsində neoklasik üslub və İslam memarlığı detalları istifadə edilmişdir Saat qülləsi 20-ci əsr boyunca İzmit tarixinin ayrılmaz bir hissəsi olmuş və şəhərin simvoluna çevrilmişdir.
İzmit zəlzələsi (1999)
İzmit zəlzələsi — XX əsrin sonunda 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən zəlzələ. XX əsrin sonunda 1999-cu ildə Türkiyədə (İzmit) baş verən zəlzələnin gətirdiyi fəlakətlər daha böyük olmuşdur. Avqustun 17-də baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adamöldü, 48901 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir. Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.