Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Igranka
Igranka (azərb. Şənlik‎) — Monteneqronun 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
İlinka
İlinka Beçile (rum. Ilinca Băcilă; 17 avqust 1998, Tırqu-Mureş[d]) — Rumıniya müğənnisi və yodelçi. O, Aleks Florea ilə birlikdə Rumıniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 2012-ci ildə İlinka Rumıniyanın Românii au talent məharət yarışmasında iştirak etmişdir. 2013-cü ildə gənc müğənni Quattro qrupunun üzvü olaraq Rumıniyanın The X Factor musiqi yarışmasında iştirak etmişdir. Eyni zamanda İlinka 2014-cü ildə Rumıniyanın The Voice səs yarışmasında iştirak etmiş və yarışmanın yarımfinal mərhələsinədək yüksəlmişdir. Rumıniyanın TVR telekanalının Avroviziya 2017 üçün təşkil etdiyi milli seçim turunda qalib gələn İlinka "Yodel It!" mahnısı ilə Rumıniyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir. Avroviziya səhnəsində İlinkanı Aleks Florea müşayiət etmişdir. Uzun məşqlərdən sonra İlinka və Aleks 11 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 5-ci nömrə altında səhnə almışdır. Nəticədə 174 xalla 6-cı yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdırlar.
Krinak
Krinak (yun. Κρινάκου) — yunan mifologiyasında Axeyada yerləşən Olenin ikinci padşahı. Zevsin oğlu eyniadlı Olendən sonra hakimiyyətə gəlmişdir. O, həm də Zevsin başqa oğlu və Lesbos padşahı olmuş Makarın atası idi. Bəzi hesablarda Krinakın atası Beotiyadakı Hiriyanın eyniadlı padşahı Hiriyey adlanırdı.
Rinka
Rinka adası (ind. Pulau Rinca) — İndoneziyanın ərazisinə daxil olan ada. Sahəsi 198 km² təşkil edir. Kiçik Zond adalarına daxil olan Komodo və Sumbava adaları arasında yerləşir. Birincisindən Lintax boğazı, ikincisindən isə Molo boğazı ilə ayrılır. Adanın təbiəti rəngarəngdir. Burada meymun koloniyaları, vəhşi öküzlər, marallar və qartallar yaşayır. Komodo varanının adada sayı 1300 baş təşkil edir. Ada Komodo Milli Parkı ərazisinə daxildir.
İrina
İrina — ad.
Lesya Ukrainka
Lesya Ukrainka (13 (25) fevral 1871, Novoqrad-Volınsk[d], Volın quberniyası[d], Rusiya imperiyası – 1 avqust 1913[…], Surami, Tiflis quberniyası, Rusiya imperiyası) — ukraynalı şairə. == Həyatı == Lesya Ukrainka dvoryan ailəsində doğulmuşdur. Anası Olyona Pçilka yazıçı idi. Uşaqlıqdan sümük vərəminə tutulan Ukrainka uzun illər Krımda, Gürcüstanda, İtaliyada və Misirdə yaşamalı olmuşdur. Əsasən tarix-filologiya ev təhsili almış, bir neçə əcnəbi dil öyrənmişdir. Yaradıcılığına Taras Şevçenkonun güclü təsiri olmuşdur. "Nəğmələrin qanadında" (1893), "Düşüncələr və arzular" (1899), "Əks-səda" (1902) şeir toplularında bütün xalqların ictimai və milli azadlığı uğrunda mübarizəyə çağırış ruhu hakimdir. "Babil əsiri" (1903), "Katakombalarda", "Payız nağılı" (hər ikisi 1905) poemaları, "Meşə nəğməsi" (1912, tamaşası 1918) dramı mifoloji və tarixi süjetlərlə səsləşir. Anadan olmasının 100 illiyi Ümümdünya Sülh Şurasının qərarı ilə qeyd edilmişdir. Lesya Ukrainka 1913-cü il avqust ayının 1-də Gürcüstanda vəfat edib, Kiyevdə dəfn olunub.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
İlinka (Uçalı)
İlinka (başq. Ильинка, rus. Ильинка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 34 km, kənd sovetliyindən (Abzak): 2 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 7 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (82 %) üstünlük təşkil edir.
Karlos Kirina
Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı. == Bioqrafiyası == Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu. Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub. İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı. Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
İrina Anastasiadi
İrina Anastasiadi — Yazıçı, tərcüməçi və publisist 1968-ci ildə Tbilisidə anadan olub. Gürcüstanda "Xarici dillər" institutunu bitirib. 1993-cü ildə Yunanıstana miqrasiya edib. Hal-hazırda Sankt-Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin "Δρυίδες" (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabın müəllifidir. İrina Anastasiadinin "Günorta" hekayəsini Səid Əliyev tərcümə etmişdir.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İrina Bekeşkina
İrina Bekeşkina (ukr. Ірина Ериківна Бекешкіна; 4 fevral 1952, İvdel, Sverdlovsk vilayəti – 20 mart 2020, Kiyev) – Ukraynalı sosioloq, siyasi və seçki sosiologiyası sahəsində mütəxəssis. 2010-cu ildən 2020-ci ilə qədər Demokratik Təşəbbüslər Vəqfinin direktoru idi. Ukrayna cəmiyyəti və siyasətinin öyrənilməsi sahəsində ixtisaslaşmışdı. Həm də tez-tez media şərhçisi və siyasət müdafiəçisi kimi çıxış edirdi. Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini və Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə doktoru olmuşdur. "Fəlsəfi Düşüncə" jurnalının elmi redaktoru, Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən Ukrayna Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun elmi işçisidir. 1996-cı ildən Demokratik Təşəbbüslər Fondunun direktor müavini, 2001-ci ildən isə elmi məsləhətçisidir.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.
İrina Borodavko
İrina Borodavko (d. 4 noyabr 1979) — Qazaxıstanı təmsil edən su poloçusu. İrina Borodavko, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
İrina Dzyuba
İrina Dzyuba (16 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Dzyuba Rusiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
İrina Melnikova
İrina Nikolayevna Melnikova (ukr. Ірина Миколаївна Мельникова; 24 oktyabr 1918, Mena[d], Çerniqov quberniyası[d] – 3 noyabr 2010, Kiyev) — Ukrayna tarixçisi. O, Slovakiya və Çexiya tarixi, bohemistika üzrə mütəxəssis olmuşdur. Tarix elmləri doktoru olan Melnikova Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü idi. İrina Nikolayevna Melnikova 1918-ci ildə indiki Ukraynanın Mena şəhərində anadan olmuşdur. O, 1940-cı ildə Kiyev Universitetini bitirmişdir. Melnikova İkinci Dünya müharibəsi zamanı Almaniya–SSRİ hərbi münaqişəsinin başlaması ilə Qazaxıstanın Çimkənd şəhərinə təxliyə edilmişdir. O, məcburi olaraq mühacirətdə olmuş, 1941–1942-ci illərdə Cənubi Qazaxıstan Vıçtel İnstitutunda tarix fənnini tədris etməyə başlamışdır. Melnikova Qızılorda şəhərində yerləşən Birləşmiş Ukrayna Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. O, 1946-cı ildə Kiyevdə "1725–1740-cı illərdə Rusiya hökumətinin Ukraynaya qarşı siyasəti" (elmi rəhbər Andrey Vvedenski) dissertasiyasını müdafiə etmiş, lakin bundan sonra ukraynaşünaslıqdan ayrılmış, tədqiqatlarını bohemistika və qərbi slavyanşünaslığa həsr etmişdir..
İrina Tsilık
İrina Andreyevna Tsilık (ukr. Іри́на Андрі́ївна Ці́лик; 18 noyabr 1982, Kiyev) — Ukraynalı kinorejissor, yazıçı, nasir, bir çox mahnı sözləri, poetik və nəsr əsərlərinin müəllifi. Ukraynanın əməkdar artisti (2020), Ukrayna Ukrayna PEN klubunun üzvü. “Yer sanki naringi kimi, mavi” sənədli filminə görə ən yaxşı rejissor nominasiyasında Amerika Sandens Film Festivalının (2020) qalibidir. İrina Tsilık Kiyevdə anadan olub. 2004-cü ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini fərqlənmə diplomu ilə bitirib. O, film istehsalı sahəsində rejissor kimi çalışır. O, bir neçə şeir, nəsr toplularının və uşaq nəşrlərinin müəllifidir. Çoxsaylı ədəbi festivalların və mədəni tədbirlərin ("Poesiefestival Berlin-2017", "Vyana Book Fair-2017", "Leipzig Book Fair-2017", "Frankfurt Book Fair-2016", "Lyrik für Alle" (Babelsprex konfransı, Salzburq) iştirakçısı , 2016), "Meridian Czernowitz" (2015-2016), Vilnüs Kitab Sərgisi - 2016 "Müəlliflərin Oxumaları Aylığı" (Çexiya, Slovakiya, 2016), "Vilenitsa mükafatı" (Sloveniya, 2008) və s.). Fərdi əsərlər alman, ingilis, polyak, fransız, isveç, çex, litva, rumın və katalan dillərinə tərcümə edilmişdir.
İrina Fliqe
İrina Anatoliyevna Fliqe (rus. Ирина Анатольевна Флиге; 25 yanvar 1960, Leninqrad) — Sovet və Rusiya hüquq müdafiəçisi, repressiyalar tarixinin tədqiqatçısı, uzun müddət Sankt-Peterburq Memorial Araşdırmalar Mərkəzinin direktoru (2002-ci ildən). İrina Anatoliyevna Fliqe 25 yanvar 1960-cı ildə Leninqradda anadan olub. 1977-ci ildə məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsinə daxil olub. Bir il sonra Gəmiqayırma İnstitutuna daxil olanda oranı tərk edib, lakin sonradan orda da tədrisə başlamayıb. 1976-1979-cu illərdə “Sol müxalifət” marksist gənclər qrupunun üzvü olub. 1978-ci ildə İrina Venyamin İofe ilə tanış olub. 1978-ci ildə dissident Andrey Reznikovla nigaha girib. 1981-ci ildə İrina Flieqe ikinci övladına hamilə olarkən Leninqrad Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olur. İrina Flieqe 1988-ci ildə universiteti bitirib, rəsmi olaraq dördüncü və beşinci övladına qulluq etmək üçün iki akademik məzuniyyət götürmək məcburiyyətində qalıb.
İrina Vilde
İrina Vilde (ukr. Іри́на Ві́льде əsl adı Darina Dmitryevna Makaqon ukr. Дарина Дмитрівна Макогон; 5 may 1907, Çernovtsı, Avstriya-Macarıstan – 30 oktyabr 1982, Lvov, Ukrayna SSR, SSRİ) — UNESCO tərəfindən XX əsrin və II minilliyin məşhur adamları siyahısına daxil edilmiş Ukrayna sovet yazıçısı. İrina Vilde 1907-ci il mayın 5-də Çernovtsıdə müəllim, şair və yazıçı Dmitri Makoqonun ailəsində anadan olub. Vilde bir il Çernivtsi şəhərinin gimnaziyasında təhsil alıb. 1923-cü ildə ailəsi ilə birlikdə Stanislavov (indiki İvano-Frankivsk) şəhərinə köçüb. Orada atası müəllim işləməyə davam edib. Stanislavda ailə şəhərin ən böyük küçələrindən birinin - Vovçinetskanın yaxınlığında yerləşən Potiçnı küçəsində yaşayırdı. İrina burda yerli gimnaziyada oxuyub. Vilde Lvov Universitetinin humanitar fakültəsini bitirdikdən sonra (1928-1933) Kolomyada müəllim, sonra isə “Qadınların taleyi” (ukr.
İrina Yasina
İrina Yevgeniyevna Yasina (rus. Ири́на Евге́ньевна Я́сина; 18 may 1964, Moskva) — iqtisadçı, publisist, hüquq müdafiəçisi, 2008-2011-ci illərdə Rusiya Prezident yanında Vətəndaş Cəmiyyəti İnstitutlarının İnkişafı və İnsan Hüquqları Şurasının üzvü. O, əlillərin hüquqlarını müdafiə edən çıxışları ilə tanınır. Rusiya Yəhudi Konqresinin ictimai şurasının üzvüdür. Mixail Xodorkovskinin yaratdığı fondun direktoru, Açıq Rusiya Fondunun proqramlar direktoru, Regional Jurnalistika Klubunun rəhbəri, Rusiya Mərkəzi Bankının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Liberal Missiya Fondunun vitse-prezidenti, "2008-ci il Komitə"sinin üzvü olub. İrina Yevgeniyevna Yasina 18 may 1964-cü ildə Rusiyanın məşhur iqtisadçısı Yevgeni Yasinin ailəsində anadan olub. Atası Yevgeni Yasin (1934-2023), Rusiyanın İqtisadiyyat Naziri olub. Anası Yasina (Fedulova) Lidiya Alekseyevna (1939-2012) evdar qadın idi. Ana tərəfdən babası - Böyük Vətən müharibəsi iştirakçısı Aleksey Stepanoviç Fedulov (1906-1942)almanlara əsir düşmüş, əsirlikdə həlak olmuş və Bergen-Belzen əsir düşərgəsində dəfn edilmişdir. O, ateist ailədə böyüyüb.
İrina Taqunova
İrina Mixaylovna Taqunova (rus. Ирина Михайловна Тагунова; ) — Rusiya filoloqu, myanmaşünas. == Həyatı == Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir (1958). 1958–1973-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dil şöbəsində işləmişdir. 1963-cü ildə "Birma dili" monoqrafiyasının müəlliflərindən biri olmuşdur (məsul redaktor V. M. Solntsev). O, xüsusilə, Birma postpozisiyalarının öyrənilməsi ilə məşğul idi.