Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İncilli
İncilli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Kənd XIX əsrdə Cənubi Azərbaycandan köçüb gəlmiş əncə tayfasının məskunlaşması nəticəsində yaranmışdır. == Toponimikası == İncilli oyk. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Qarabalaca çayının sahilində, Burovar silsiləsinin ətəyindədir. Keçmiş adı Hüseyn Əncəlu olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycandan çəltik tarlalarında muzdla işləməyə gəlmiş mənşəcə qıpçaqların əncə tayfasına mənsub ailələr salmışdılar. Bu ailələrin başçısı isə Hüseyn adlı şəxs olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 645 nəfər əhali yaşayır.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İnilli (oyk.) - Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12-13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Barnaba İncili
Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir. XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır. Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır. Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur. Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz. == Mətnin tarixi == Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir. Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp. Y así mismo en Evangelio de San Bernabé, donde se hallará la luz) Bu ispan mətninə aid ilk qısa istinad — "De religione Mohamedica" Adrian Reland tərəfindən tapıldığı 1717-ci ildə bu İncilin ilk varıantı çap olunmuşdur. Daha sonra 1718-ci ildə irland deist Con Toland tərəfindən daha ətraflı və italyan dilində mətn tapılmışdır.
Barnabas İncili

Bernaba İncili

Yəhyanın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
İndiki zaman
İndiki zaman — cari anda baş verən hadisələrdən, yəni məkan-zamanın müəyyən bir sahəsindən ibarət olmaqla zaman oxunun bir hissəsidir. Müəyyən fərziyyələrə görə, indiki vaxt cari günlərə, aylara və hətta illərə də aiddir. Bu mənada indiki zaman keçmişə (artıq baş vermiş bir çox hadisələr) və gələcəyə (hələ baş verməmiş bir çox hadisələr) qarşı durur və onların arasında yerləşir.
İohannın İncili
Yəhyanın İncili və ya Yəhyanın nəql etdiyi Müjdə — Əhdi-Cədidin ilk dörd hissəsini əmələ gətirən kanonik incillərdən sonuncusudur. Balıqçılıqla məşğul olan, İsanın on iki həvarisindən ən gənci olan Həvari Yəhya tərəfindən yazılmışdır. == Mənbə == İncil onlayn: http://www.korpu.net/BibleNorth.html Arxivləşdirilib 2013-09-18 at the Wayback Machine Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Matfey İncili
Matfey İncili — Əhdi-cədidin və üç sinoptik İncilin ilk kitabı. Kitab İsrailin Məsihi olan İsanın öz xalqına (yəhudilərə) üz tutması, amma onlar tərəfindən qəbul olunmaması və dirildiyi zaman müridlərini başqa millətlərə göndərməsindən bəhs edir. Matfey yəhudi adət-ənənəsinin getdikcə yəhudilikdən uzaqlaşan kilsədə yox olmasını istəmədiyini vurğulamağa çalışır. İncil özündə evangelist cəmiyyəti və digər yəhudilər arasında hökm sürən mübarizə və münaqişələri əks etdirir. Kitabda, eyni zamanda, fariseylər tənqid olunur və onların İsadan üz döndərməsi ucbatından Tanrı Krallığının onlardan alınıb əvəzində kilsəyə verilməsindən danışılır.İsanın ilahiliyi bu cəmiyyəti erkən xristianlardan fərqləndirən əsas cəhətdir. Mark sözünə İsanın vəftiz edilməsi və sınağa çəkilməsi ilə başlayırsa, Matfey İsanın tarixi köklərinə üz tutaraq, onun doğulduqdan bəri Tanrının oğlu olmasını və Əhdi-ətiqdə bəhs edilən Məsihin zühurunu gerçəkləşdirməsini göstərir. İsanın "Davud oğlu" adlandırılması onun sadəcə İsrailə göndərilən, insanlara şəfa verən və möcüzələr yaradan Məsih olmasına istinad edir. O, "İnsan oğlu" olaraq dünyanı mühakimə etməyə qayıdacaq; müridləri bunu anlasa da, düşmənləri bundan xəbərsizdir. "Tanrının oğlu" kimi isə, o, Tanrının özünü zahirə çıxarır və itaətkarlığı ilə oğulluğunu sübut edir.Elm adamlarının əksəriyyəti İncilin eramızın 80 və 90-cı, bir qismi 70 və 110-cu illəri arasında, azlıq təşkil edən bir hissəsi isə 70-ci ildən əvvəl yazıldığına inanır. Kitabda müəllifin kim olduğu anlaşılmır və onun ənənəvi olaraq həvari Matfeyin adı ilə əlaqələndirilməsi fikri əksər müasir elm adamları tərəfindən inkar olunur.
İndiki bitmiş zaman
İndiki bitmiş zaman (Present Perfect) - keçmişdə qeyri-müəyyən bir vaxtda baş verən və nəticəsi indiki zamanla əlaqəli olan zaman forması. İndiki bitmiş zaman "to have" feli və keçmiş feli sifət vasitəsilə düzəldilir: Biz yeni informasiya verərkən bu zaman formasından istifadə edirik: Ow! I've cut my finger. Bu zaman formasında hərəkət keçmişdə, nəticə isə indiki zamandadır: I have lost my keys. I can't open the door now. "gone to" ilə "been to" arasındakı fərq: He has gone to Rome. (O, hal-hazırda Romadadır.)He has been to Rome. ( O, hal-hazırda geri dönüb.) İndiki bitmiş zaman "just" , "already" və "yet" sözləri ilə istifadə edilə bilər. "Just" dilimizə "indicə" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: She has just had lunch. "Already" dilimizə "artıq" kimi tərcümə olunur və təsdiq cümlələrdə köməkçi fellə əsas felin arasında istifadə edilir: He has already left.
İndiki uşaqlar möcüzədir (roman)
İndiki uşaqlar möcüzədir - Əziz Nesinin 1967-ci ildə yazdığı romandır. 2014-cü ilin aprel ayından etibarən 68-ci nəşri olan bu kitab indiyədək 525.000 tirajla nəşr olunub və yazıçın ən çox satılan kitabıdır. == Haqqında == Əhməd və Zeynəb adlı iki uşaq ayrılır və bir-birlərinə yaşadıqlarını məktublar vasitəsilə danışırlar. Əhməd və Zeynəb əvvəllər eyni məktəbdə oxuyublar, lakin sonradan Zeynəb Ankaraya köçüb. Məktub yazacaqlarına söz verdilər. Zeynəbin Mətin adlı qardaşı, Əhmədin isə Fatoş adlı bacısı var. Əhməd Zeynəbə, Zeynəb isə Əhmədə məktəbdə və evdə yaşadıqları hadisələri danışır. Bu kitab uşaqların analarına, atalarına və müəllimlərinə necə baxdıqlarını təsvir edir və uşaqlara özlərini necə müdafiə etməyi öyrədir. == Xarici keçidlər == Şimdiki Çocuklar Harika [1] Şimdiki Çocuklar Harika [2] == İstinadlar == "İndiki uşaqlar möcüzədir". "Kitab evim".
Geosiyasi dəyişikliklərin qrafiki (2000-indiki)
Bu, 2000-ci ildən bəri dünyanın" ölkələrdə və paytaxtlarda dəyişikliklərin qrafiki " dir. Buraya müstəqillik, ölkə adının dəyişdirilməsi, paytaxt və ya adın dəyişdirilməsi və ərazinin dəyişdirilməsi ilhaq, güzəşt, güzəşt, işğal və ya ayrılma Torpaq. Müharibə nəticəsində ərazi fəthləri hərbi kampaniya başa çatdıqdan sonra zaman çizelgesine daxil edilir, lakin xüsusi döyüşlərdə və gündəlik əməliyyatlarda dəyişikliklər ümumiyyətlə daxil edilmir. Hava məkanında və dəniz ərazisində dəyişikliklər yalnız mübahisə mövzusu olduqda daxil edilir.