Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur.
Mirzə Ələsgər Növrəs
Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi. Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı. Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib.